Alman federal bankı (alm. Deutsche Bundesbank, qısaca: Bundesbank və ya Doyçe Bundesbank adlarından da istifadə olunur) — Almaniyanın mərkəzi bankı.
Alman Federal Bankı | |
---|---|
Yerləşməsi | |
50°07′46″ şm. e. 8°39′39″ ş. u.HGYO | |
Ölkə | |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 1 avqust 1957[2] |
Digər məlumatlar | |
Saytı | bundesbank.de |
Vikianbarda əlaqəli mediafayllar |
AFR Bank Qanununa və digər xüsusi qanunlara uyğun olaraq, Bundesbank pul dövriyyəsini və krediti tənzimləmək funksiyalarını yerinə yetirir:
Deutsche Bundesbank və Almaniya Federal Maliyyə Nəzarəti Orqanları birlikdə Almaniyanın maliyyə tənzimləyiciləridir.
Bundesbank-ın baş ofisi Frankfurt-Mayn şəhərində yerləşir.
2016-cı ilin dekabrında Bundesbank Frankfurt-Maynda xaricdən alman qızılının qaytarılması prosedurunun sürətləndirilməsini elan etmişdir[3] .
Almaniya Federal Bankının idarə edilməsini prezident (Präsident), vitse-prezident (Vizepräsident) və idarə heyətinin 4 üzvü (Mitgliedern des Vorstands), prezident, vitse-prezidentdən ibarət idarə heyəti (Vorstand) tərəfindən həyata keçirilir[4]. Üzvlərdən biri federal hökumət tərəfindən, digər üç üzv isə federal hökumətlə razılaşdırılaraq federal şura tərəfindən təyin edilir