Alman Müstəmləkə imperiyası (alm. Deutsches Kolonialreich), Almaniya İmperiyasının ölkə xaricindəki koloniyaları, ondan asılı aid olan ərazilərin və torpaqların cəmi idi. Birinci dünya müharibəsindən sonra bağlanılmış Versal sülh müqaviləsi ilə Almaniya İmperiyası bütün koloniyalarını itirmişdir. 1884-1918-ci illərdə mövcud olmuşdur.