Aloiz Zenefelder (6 noyabr 1771[1][2][…], Praqa, Bohemiya tacı torpaqları[d][3][4] – 26 fevral 1834[1][2][…], Münxen[5]) — poliqrafiya sahəsində alman ixtiraçısı.
Aloiz Zenefelder | |
---|---|
alm. Alois Senefelder | |
Doğum tarixi | 6 noyabr 1771[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 26 fevral 1834[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Praqada ziyalı ailəsində doğulmuş, Münxendə ölmüşdür. Gənc yaşlarından mətbəə – çap prosesləri ilə maraqlanmış, ədəbi-bədii fəaliyyət göstərmiş, dram əsərləri də yazmışdır. 1796-cı ildə əhəng daşının kimyəvi emalı ilə əlaqədar hündür çap formalarının hazırlanmasını müəyyənləşdirmiş, 1798-ci ildə litoqrafiyanı kəşf etmişdir. Sonralar Zenefelder litoqrafiya çap maşınının konstruksiyasını hazırlamışdır. 1818-ci ildə çapdan buraxdığı "Litoqrafiyaya dair tam rəhbərlik" əsəri geniş yayılmışdır.