Alpı

AlpıAzərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.

Alpı
40°29′24″ şm. e. 47°44′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1042 (2009) nəfər
Xəritəni göstər/gizlə
Alpı xəritədə
Alpı
Alpı

Alpı Ucar rayonunun Qulabənd (Güləbənd) inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmışdə Alplı adlanmışdır. Bəzi mənbələr bu toponimi Alplı etnotoponiminin fonetik dəyişikliyə uğramış forması kimi qəbul edir. Türk dillərində alp "böyük, iri, yüksək"; "qəhrəman"; "atıcı"; "pəhləvan"; monqol dilində alba/alpa "vergi, gəlir novu"; "məcburi xidmət" deməkdir. Beləliklə, Alpı kəndinin adı "böyük kənd" və ya "vergi verən kənd" mənasını ifadə edir[1].

Alpı kəndində əhalinin sayı 1042 nəfərdir. (2009-cu ilin statistikası)[2]

  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.