Gəraybəyli (Ucar)

Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır.[2]

Gəraybəyli
40°31′51″ şm. e. 47°39′21″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Gəraybəyli xəritədə
Gəraybəyli
Gəraybəyli

Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır.

Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.[3]

Kəndin indiki sakinləri əvvəllər hazırda İsmayıllı rayonunun Qaraməryəm tirəsinin (dağ adıdır) ətəyində məskunlaşmışlar. İndi də həmin kənd orada qalmaqdadır. Lakin 1883-cü ildən sonra yəni Bakı-Tibilisi dəmiryolu xətti çəkilib istifadəyə verildikdən sonra yaşayış tərzini daha da yaxşılaşdırmaq, Bakı şəhərinə, Tibilisiyə və digər yerlərə gedib gəlmək işini asanlaşdırmaq və başqa səbəblərə görə İsmayıllı rayonundakı Gəraybəyli kəndindən Ucar dəmir yolu stansiyası ətrafına əvvəlcə bir neçə ailə köçübgələrək Qarabörk kəndinin şimal-qərb tərəfində Ucar dəmir yolu stansiyasına yaxın məsafədə məskunlaşaraq indiki Gəraybəyli kəndi dəmir yolu stansiyasına yaxın məsafədə yerləşməklə kəndin çox hissəsi Ucar şəhərinə birləşmişdir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Şirvan düzündə, aranda, Ucar rayon dəmiryolu stansiyasından 2–3 km şimal-şərqdə yerləşir.

Əhalisinin sayı 2009-cu ildə 1269 nəfər olmuşdur.[4]

Kənddə 1 kitabxana var.

Kənddə sürücülük məktəbi mövcuddur.

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. Gəraybəyli (Ucar) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.