Qaracallı (Ucar)

QaracallıAzərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1]

Qaracallı
40°25′55″ şm. e. 47°51′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 3431 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qaracallı xəritədə
Qaracallı
Qaracallı

Ucar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar.

Yaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır.[2]

Kənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir.

Əhalisi 4500 nəfər. 2009-cu ildə isə əhalisinin sayı 3431 nəfər olub. [3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi əsasən maldarlıqəkinçiliklə məşğul olur.

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.