Qaradağlı (Ucar)

QaradağlıAzərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.[1]

Qaradağlı
40°28′33″ şm. e. 47°34′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 3440 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qaradağlı xəritədə
Qaradağlı
Qaradağlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisinin sayı 3440 nəfərdir. [2]

Yaşayış məntəqəsi çaylaq ərazidə yerləşdiyi üçün 1930-cu ilə­dək Çaykənd Qaradağlısı da adlanırdı. Qara­dağlı ən böyük Azərbaycan ellərindən birinin adı­dır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.[3]

Kənddə Qaradağlı kənd məscidi dini icması fəaliyyət göstərir[4].

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Qaradağlı (Ucar) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)