Amerika (roman)

Amerika və ya əsil adı ilə İtkin düşmüş (alm. Der Verschollene‎) — Frans Kafka tərəfindən yazılmış yarımçıq roman. Əsər onun vəfatından sonra dostu Maks Brod tərəfindən çap halına salınmış, tamamlanmış və bu adla nəşr etdirilmişdir. Romanın əsl adı "İtkin düşmüşlər"dir.

Amerika
İtkin düşmüş (alm. Der Verschollene‎)
İlk nəşrin üzlüyü.
İlk nəşrin üzlüyü.
Müəllif Frans Kafka
Janr Roman
Orijinalın dili Almanca
Ölkə Almaniya
Orijinalın nəşr ili 1927
Tərcüməçi Elxan Rzayev
Nəşriyyat Bakı Kitab Klubu (2017)
Səhifə 256
Elektron versiya

On altı yaşlı Karl, qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir. Burada o, öz evində alışmış hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək. Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir: real hadisələrin təsvirini hər-hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Roman Elxan Rzayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2017-ci ildə Bakı Kitab Klubunda, 256 səhifədə nəşr edilib.[1]

  1. "Amerika. İtkin düşmüş" (az.)). bbclub.az. 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]