Amerikalılar teleserialının I mövsümü 30 yanvar 2013-cü ildə yayıma başlamış və 1 may 2013-cü ildə yayım tamamlanmışdı. Mövsüm 13 seriyadan ibarət olub, hər seriya təxminən 45 dəqiqə çəkmişdi. Serial çərşənbə günləri saat 10-da FX kanalında yayımlanmışdı. Co Uayzberq tərəfindən yaradılan serial DreamWorks Television tərəfindən istehsal edilmişdi.
I mövsüm | |||||||
---|---|---|---|---|---|---|---|
Ölkə | ABŞ | ||||||
Seriya sayı | 13 | ||||||
Ekranlaşdırma | |||||||
Orijinal kanal | FX | ||||||
Orijinal efir | 30 yanvar 2013 | – 1 may 2013||||||
Ev video çıxışı | |||||||
| |||||||
| |||||||
Mövsüm xronologiyası | |||||||
← Əvvəlki — Sonrakı → II mövsüm | |||||||
Amerikalılar serialının seriyalarının siyahısı |
Hadisələr 1980-ci illərin əvvəlində Soyuq Müharibə dövründə Vaşinqtonda yaşayan KQB agentləri olan Elizabet və Flip Cenninqs və onların qonşusu FTB agenti Stan Biman haqqındadır.[4]
Aktyorun (aktrisanın) adı | Personajın adı | Seriya sayı | Qeyd |
---|---|---|---|
Keri Rassell | Elizabet Cenninqs | 13 | KQB agenti |
Metyu Ris | Flip Cenninqs | 13 | KQB agenti |
Noa Emmeriç | Stan Biman | 13 | FTB agenti |
Holli Teylor | Peyc Cenninqs | 13 | Flip və Elizabetin qızı |
Keydriç Sellati | Henri Cenninqs | 11 | Flip və Elizabetin oğlu |
Maksimiliano Hernandez | Kris Amador | 8 | FTB agenti |
Aktyorun (aktrisanın) adı | Personajın adı | Seriya sayı | Qeyd |
---|---|---|---|
Riçard Tomas | Frenk Qaad | 13 | FTB nəzarətçisi |
Annet Mahendru | Nina Serqeyevna | 12 | Sovet səfirliyinin işçisi |
Marqo Martindeyl | Klaudiya | 10 | KQB nəzarətçisi |
Suzan Misner | Sandra Biman | 10 | Stanın həyat yoldaşı |
Alison Rayt | Marta Hanson | 10 | Qaadın katibəsi |
Lev Qorn | Arkadi İvanoviç Zotov | 9 | Sovet səfirliyində rezident |
Piter Von Berq | Vasili Nikolayeviç | 4 | Sovet səfirliyində rezident |
Derek Lyuk | Qriqori | 3 | Elizabetin KQB-yə cəlb etdiyi şəxs |
Req Rocers | Çarlz Dulut | 2 | jurnalist və KQB müxbiri |
Cillian Aleksi | Anneliz | 1 | Flipin müxbiri |
Amerikalılar keçmiş Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq tərəfindən yaradılıb.[5] Baxmayaraq ki, serial casusluq xarakterlidir, Uayzberq evlilik mövzusunu əsas hədəfdə saxlayıb.[6] Hekayə əsasən Cenninqslərin şəxsi və peşəkar həyatına yönəlsə də, bəzən hekayəyə real həyat hadisələri də daxil edilir. Yaradıcısı daha çox evlilik haqqında serial kimi xarakterizə edir.[7] "Amerikalılar evliliyin tam özəyində durur. Beynəlxalq əlaqələr insan münasibətləri üçün sadəcə alleqoriyadır. Evlilikdə və uşaqlarla mübarizə aparmaq bəzən ölüm dirim məsələsidir. Flip və Elizabet üçün bu tez-tez yaşanır." [8] Baş rejissor Coel Filds serialı müxtəlif səviyyəli gerçəkliklərlə işləmək kimi təsvir edir : Elizabet və Flipin uydurma evliliyi və Soyuq Müharibə dövründə real həyatın personajları əhatə etməsi.[8]
—Co Uayzberq, Amerikalılar-ın yaradıcısı və serialdan məsul şəxs[7]
MKİ-də işləməsini səhv kimi qəbul etsə də, Uayzberqin bu təcrübəsi serialda hekayələrin təkmilləşdirməsinə,[9] real həyat hadisələrinə əsaslanmasına [9] və təlim müddətində öyrəndiklərinin əlaqələndirməsinə kömək edib.[10] Ailəsi ilə birlikdə ölkədən xaricdə xidmət edən agentlərdən eşitdiyi hekayələr Uayzberqi heyran etmişdi.[10] O bir şəxsin deyil, ailənin cəsus olduğu konsepsiyanı televiziyaya gətirməklə maraqlanırdı.[10] MKİ-nin ona təsadüfən cəsuslar haqqında serial yaratmağa necə ideya verdiyini o belə izah edir : "Mən poliqraf testinə girdikdə onlar mənə belə bir sual verdilər ki, Siz daha sonra kəşfiyyat kollektivi haqqında məlumat toplayaraq yazıçı olmaq məqsədilə MKİ-də işə başlamaq istəyirsiniz?. Bu mənim heç ağılma gəlməmişdi. Mən MKİ-yə sadəcə cəsus olmaq istəydiyim üçün işə düzəlirdim. Onlar sualı təkrarladıqda mən düşündüm ki, testi keçə bilməyəcəm."[11]
Uayzberq pilot mətnini yazarkən Qanunsuzlar Proqramından ilham almışdı. Onun tədqiqat materialları Vasili Mitroxinin Soyuq Müharibə dövrüna aid qeydləri və MKİ-dəki köhnə iş yoldaşları ilə olan söhbətləri olmuşdu.[6] Baxmayarq ki, Qanunsuzlar Proqramı müasir dövrə aiddir və ən pik nöqtəsinə 2010-cu ildə çatmışdı, o bunun 1980-ci illərin əvvələri kimi göstərmişdi. Uayzberq bunun "müasir dünyaya tətbiqi gözəl ideya kimi görünmədiyini" deyir və əlavə edir ""Həmin dövrdə (2010-cu ildə) insanlar bundan şok olmuşdular və Rusiya ilə artıq düşmən kimi görünmədiklərini əsas gətirərək bu skandaldan imtina edirdilər. Bunun də əlacı serialı Soyuq Müharibə dövrünə geri qaytarmaq idi. İlk əvvəl mən 70-ci illərə müraciət etmək istədim, çünki o dövrün saç dəbi və musiqisini sevirdim. Amma Ronald Reyqanın şeytan imperiyası haqqında qışqırdığı 80-ci illərdən daha yaxşı bir seçim olduğunu düşünə bilərdiniz?"[6]
An Ordinary Spy əsərini oxuduqdan sonra Qrem Yost Uayzberqin cəsus janrında seriallar üçün də senari yazdığını öyrənir. Bu senariləri oxuduqdan sonra onun həddən artıq gözəl olduğunu kəşf edir. Bu isə ona serialı inkişaf etdirməkdə motivasiya olur.[12] Pilot seriyanın çəkilişinə 2012-ci ilin may ayında başlanılmış, iyun ayının ortasında tamamlanmışdı. I mövsümün çəkilişlərinə 2012-ci ilin noyabr ayında Nyu York şəhərində başlanılmışdı. Filmin yaradıcı heyəti əsasən Vaşinqtona bənzər yerləri seçmişdilər. Çəkilişlərin ilk dövründə Sendi qasırğası səbəbi ilə meydana gələn daşqınlar gecikməyə səbəb olmuşdu.[13]
Uayzberqin öz dediyinə görə, kastinqlər başlamadan əvvəl serialın ulduzunun kim olacağı haqqında heç birfikri yox idi.[14] FX-in rəhbəri Con Landqraf Keri Rasselin serialda rol təklif etmək haqqında düşünürdü.[14] DreamWorks şirkətinin kastinq müdiri Lesli Feldman Metyu Risin oyununu görmüş və onu Uayzberqə tövsiyə etmişdi.[14] Rassel və Ris bir necə il əvvəl qonaqlıqda tanış olsalar da bir-birlərini yaxşı tanımırdılar.[15] Onları seriala cəlb edən rollarının bir-birilə olan əlaqəsi idi. Ris deyir :"Bir çox çətin riskə girərək həyatlarını inanılmaz qədər qəribə yaşayan iki insan var, evlilikləri təmamilə yalandır və ilk seriyanın sonunda onlar sanki bir-birlərini yenidən tanıyırlar."[15]
Rassel pilot mətnini "maraqlı" olaraq xarakterizə edərək deyir: "Bu prosessual üsuldan çox uzaqdır. Və mən bunu istədiyimi bilmirdim. Mən heçnə etmək istəmirdim.(Gülür) Amma bunun haqqında düşünmədən dayana bilmirdim. Onu oxudum və anlamağa çalışdım, çünki bu çox aydın deyildi. Hələ də mənə aydın deyil. Amma burda bir çox səviyyələr var."[16] Ris öz rolu barədə deyir : "Onun çox yönlü və çox istiqamətli olması onun üçün hədiyyə idi. Və siz onunla tanış olduqda o, həyatında bütün hər şeyin dəyişdiyi nöqtədə idi. Siz hər şeyi görürsünüz. Siz kunq-fu, emosional səhnələr və maskalanmağı görürsünüz. Bu bir aktyor üçün tam paketdir. Bu xəyaldır."[16] Noa Emeriç əvvəllər serialdakı rol haqqında tərəddütdə idi. O izah edir : "Həqiqət budur ki, mən ən əvvəldən düşünürdüm ki, silah və döş nişanı gəzdirəcəyim bir serialda oynamaq istəmirdim. Mən silah və döş nişanları ilə işimi bitirdim. Mən artıq bunu istəmirəm. İlk dəfə senarini oxuyanda fikirləşdim : "Bəli, bu çox maraqlı və yaxşıdır, lakin mən FTB agenti olmaq istəmirəm."[17] Emeriç ailəsi və evliliyindən də cavabdeh olduğunu gördü. "Bu, həqiqətən maraqlı idi və həqiqətən ağıllı və qeyri-adi idi və tamamilə yeni idi."[17]
Seriya nömrəsi |
Mövsüm nömrəsi |
Adı | Rejissor(lar) | Ssenarist(lər) | İlk efir tarixi | İstehsal kodu | ABŞ-da izlənmə sayı (milyon) |
---|---|---|---|---|---|---|---|
1 | 1 | Pilot | Qavin O'Konnor | Co Uayzberq | 30 yanvar 2013 | BDU179 | 3.22[18] |
1981-ci il. Flip və Elizabet Cenninqs Vaşinqtonda KQB-nin 1-ci Baş İdarəsi üçün işləyən gizli sovet agentlərdir. Lakin uşaqları - Peyc və Henri bundan xəbərsizdir. Cenninqslər SSRİ-dən qaçan mühacir Timoşevi oğurlayırlar, lakin o 3-cü agenti-Robu bıçaqlayır. Rob xəstəxanada ölür. Eyni zamanda, FTB əks-kəşfiyyat agenti Stan Biman ailəsi ilə Cenninqslərin evinin qarşısındakı evi kirayələyir. Bundan sonra Ceninqslər Timoşevin müqəddaratı haqqında müzakirə etməyə başlayırlar. Flip onu Stana təhvil verərək FTB-dən pul və toxunulmazlıq almaq barədə düşünür, lakin Elizabet bunun vətənə xəyanət olaraq qəbul etdiyi üçün razı olmur. Timoşevin Elizabeti təlim illərində təcavüz etdiyini öyrənən Flip onu öldürür. Daha sonra cəsədi tərk edilmiş bir fabrikdəki kanalizasiya su hövzəsinə atırlar. Ceninqslərdən şübhələnən Stan gecə gizlicə onların qarajını və maşınını yoxlasa da orda bir şey tapmır. Timoçevin qaçırılmasından hiddətlənən Ronald Reyqan ABŞ ərazisində bütün sovet agentlərini təmizləmək üçün FTB-yə xüsusi icazə verir. | |||||||
2 | 2 | Saat | Adam Arkin | Co Uayzberq | 6 fevral 2013 | BDU101 | 1.97[19] |
Flip Annalisanı yoldan çıxarmaq üçün özünü İsveç kəşfiyyat agenti kimi təqdim edir və onu ABŞ Müdafiə Naziri Kaspar Uaynberqerin ofisinin gizlicə şəklini çəkməyə razı salır. 3 gün sonra Uaynberq Böyük Britaniyanın Baş Naziri Marqaret Tetçer və onun müdafiə katibi Con Nott arasında "Strateji Müdafiə Təşəbbüsü" proqramını müzakirə edəcəklər. Flip və Elizabet həmin ofisə sızmaq və dinləmə cihazı yerləşdirmək tapşırığı alırlar. Annalisanın çəkdiyi şəkillərə baxan cütlük dinləmə cihazını divar saatının içərisinə yerləşdirmək qərarına gəlirlər. Onlar Uaynberqin xadiməsi Violanı bu işi görməyə vadar edirlər. Bu arada Stan sovet səfirliyinin işçisi olan Ninanı FTB-yə agent kimi işləməsi üçün şantaj edir. | |||||||
3 | 3 | Qriqori | Tomas Şlamme | Coel Filds | 13 fevral 2013 | BDU102 | 1.65[20] |
Nina Stana Timoçevin qaçırıldığı gecə bir sovet agentinin öldüyünü deyir. Timoçevin bıçaqladığı bu şəxsin Rob olduğunu öyrənən FTB onun Filadelfiyadakı ünvanını və onun ailəsini tapır. Robdan Filadelfiyada görüşmək barədə mesaj alan Cenninqslər bundan çaşırlar. Buna görə də onlar görüşə qaradərili agent olan Qriqorini göndərirlər. Görüşə gedən Qriqori bu görüşün Robun arvadı-Coys tərəfindən təşkil edildiyini anlayır. Robun arvadını FTB-nin izlədiyini bilən Qriqori öz dəstəsi ilə onların fikirlərini yayındıraraq onu qaçırır. Coys Flipə Robun gizli məktubunu verir. Klaudiya Ceninqslərə Robun məktubundakı şəxslə görüşməyi tapşırır. Həmin şəxs raket əleyhinə lazerin sxemini satır. Bu arada, Kladuiya Coysu və onun körpəsini Kubaya qaçırmağa çalışır. FTB Cosyu öldürməyə nail olsa da, körpə SSRİ-də Robun qohumlarına təhvil verilir. | |||||||
4 | 4 | Nəzarət altında | Jan de Seqonzak | Coel Filds və Co Uayzberq | 20 fevral 2013 | BDU103 | 1.91[21] |
Prezident Reqana qarşı sui-qəsd olur. | |||||||
5 | 5 | Rabitə Kəşfiyyatı | Holli Deyl | Melissa Ceyms Qibson | 27 fevral 2013 | BDU104 | 1.44[22] |
6 | 6 | Mənə inan | Daniyel Sakheim | Sneha Kurse | 6 mart 2013 | BDU105 | 1.88[23] |
7 | 7 | Vəzifə və şərəf | Aleks Çappl | Joşua Brand | 13 mart 2013 | BDU106 | 1.70[24] |
8 | 8 | Balansın məhvi | Bill Connson | Coel Filds və Co Uayzberq | 20 mart 2013 | BDU107 | 1.65[25] |
9 | 9 | Təhlükəsiz Ev | Jim McKay | Joşua Brand | 3 aprel 2013 | BDU108 | 1.38[26] |
10 | 10 | Sadəcə Sən | Adam Arkin | Bradford Winters | 10 aprel 2013 | BDU109 | 1.50[27] |
11 | 11 | Gizli Müharibə | Nicole Kassell | Joşua Brand və Melissa Ceyms Qibson | 17 aprel 2013 | BDU110 | 1.81[28] |
12 | 12 | And | John Dahl | Joşua Brand və Melissa Ceyms Qibson | 24 aprel 2013 | BDU111 | 1.49[29] |
13 | 13 | Polkovnik | Adam Arkin | Coel Filds və Co Uayzberq | 1 may 2013 | BDU112 | 1.74[30] |
İl | Mükafat | Kateqoriya | Nominasiya | Nəticə |
---|---|---|---|---|
2013 | 3-cü Tənqidçilərin Seçimi Televiziya Mükafatı[31] | Ən yaxşı dram serialı | Amerikalılar | Namizəd |
Dram serialında ən yaxşı aktyor | Metyu Ris | Namizəd | ||
Dram serialında ən yaxşı aktrisa | Keri Rassell | Namizəd | ||
Dram serialında ən yaxşı köməkçi aktyor | Noa Emmeriç | Namizəd | ||
29-cu Televiziya Tənqidçiləri Birliyi Mükafatı[32] | İlin verilişi | Namizəd | ||
Uğurlu Yeni Proqram | Qazandı | |||
Uğurlu Müvəffəqiyyət - dram | Namizəd | |||
Fərdi Müvəffəqiyyət - dram | Metyu Ris | Namizəd |
Ölkə | Kanal | Yayım tarixi | ||
---|---|---|---|---|
İlk yayım | Sonuncu yayım | |||
ABŞ | FX | 30 yanvar 2013 | 1 may 2013 | |
Kanada | FX Kanada | 30 yanvar 2013 | 1 may 2013 | |
Polşa | Fox Polska | 12 may 2013 | 23 iyun 2013 | |
Avstraliya | Network Ten | 27 may 2013 | 24 avqust 2013 | |
İrlandiya | RTÉ2 | 30 may 2013 | ||
Belçika | BeTV | 23 sentyabr 2013 | 28 oktyabr 2013 | |
İtaliya | Sky Italia | 4 noyabr 2013 | 10 fevral 2014 | |
Fransa | Canal+ Séries | 18 dekabr 2013 | 22 yanvar 2014 | |
Almaniya | ProSieben Maxx | 5 fevral 2014 | 12 mart 2014 | |
İsveç | RTS Un | 10 fevral 2014 | 14 aprel 2014 | |
Kvebek | Addik TV | 5 yanvar 2014 | 30 mart 2014 |