An-140 qəzası (2005)

An-140 qəzası — 23 dekabr 2005-ci ildə Azərbaycan Hava Yolları "AZAL"a məxsus Bakı–Akatu reysi ilə hərəkət edən "An-140" təyyarəsinin qəzası.[1]

An-140 qəzası
Ümumi məlumatlar
Tarix
  • 23 dekabr 2005
Yer Azərbaycan Azərbaycan
Koordinatlar 40°33′22″ şm. e. 50°00′20″ ş. u.HGYO
Sərnişin sayı 18
Komanda 5
Yaralı sayı 0
Ölü sayı 23
Qurtulan sayı 0
Təyyarə
Təyyarə modeli An-140-100
Havayolu şirkəti Azərbaycan Hava Yolları
Qalxma yeri Bakı, Azərbaycan
İstiqamət Bakı-Aktau

Həmin gün Azərbaycan Hava Yollarına məxsus An-140-100 tipli sərnişin təyyarəsi Heydər Əliyev adına hava limanından saat 22:19-da havaya qalxdıqdan təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşmüşdür.[2] Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib.[1]

Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur. Onların 15 nəfəri Azərbaycan Respublikasının, 8 nəfəri xarici ölkə vətəndaşlarıdır.[2]

Dövlət Komissiyası

[redaktə | mənbəni redaktə et]

Baş vermiş hadisənin səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2005-ci il tarixli, 1196 nömrəli Sərəncamına əsasən aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılmışdır:[2]

Komissiyanın sədri
Komissiyanın üzvləri
  1. 1 2 Azərbaycanda baş vermiş dəhşətli təyyarə QƏZALARI - SİYAHI Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine. modern.az, 23.02.2015  (az.)
  2. 1 2 3 "Azərbaycan Hava Yolları ("Azal") Dövlət Konserninə məxsus AN-140 tipli sərnişin təyyarəsinin Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün dövlət komissiyasının yaradılması haqqında" Arxivləşdirilib 2018-06-04 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2005-ci il tarixli, 1196 nömrəli Sərəncamı. e-qanun.az  (az.)