Azərbaycan hərbi musiqisi — Azərbaycanda yaranan hərbi musiqinin növü. Azərbaycan hərbi musiqisi əsasən hərbi mahnılar və marşlardan ibarətdir.
Azərbaycan musiqisi | |
---|---|
Ümumi mövzular | |
Janrlar | |
Xüsusi formalar | |
Milli musiqi | |
Alt janrlar | |
Media və təqdim etmə | |
Musiqi festivalları | |
Musiqi mediası | Mədəniyyət TV |
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar | |
Milli himn | Azərbaycan himni |
Azərbaycanda hərbi-orkestr xidmətinin yaranmasında başlanğıc nöqtə 1992-ci il 1 iyul sayılır.[1] Həmin tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin ayrıca əmri ilə hərbi orkestr xidməti rəisi — baş hərbi dirijor təyin olunmuş və bu qurumda xidmət edənlərin sayı və vəzifələri haqqında nizamnamə təsdiq edilmişdi.[1] Bunun nəticəsində çox qısa zaman kəsiyində Bakı birləşmiş ali zabitlər məktəbinin və "N" hərbi hissəsinin orkestrləri heyətləri doldurularaq tamamlandı və bütün başlıca çatışmazlıqlar, o cümələdən, repertuar çatışmazlıqları aradan qaldırıldı.[1]
1992-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin Azadlıq meydanında keçirilən ilk təntənəli rəsmi-keçidində ifa repertuarı — "Qarşılama marş"-ından tutmuş toplu orkestrin keçidində səslənən marşadək — bütövlüklə sırf Azərbaycanlı bəstəkarların əsərlərindən hazırlanmışdı.[1] 1993-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin vəzifəsi Azərbaycan prezidentinin, eləcə də müdafiə nazirinin əmrləri ilə keçirilən dövlət səviyyəli tədbirlərdə iştirak və çıxış etməkdən ibarətdir.[1] Orkestrin ilk rəisi polkovnik-leytenant S. Reşetov təyin olunmuşdu.[1] 1996-cı ilin iyulundan orkestrin rəisi baş leytenant A. Kərimovdur.[1]
Qarabağ müharibəsi zamanı vətənpərvərlik və hərbi bard janrda olan mahnılar Mübariz Tağıyev, Xədicə Abbasova və Şəmistan Əlizamanlının ifaları nəticəsində Azərbaycanda məşhur olmuşdur.[2][3]
2014-cü ildə Azərbaycan Respublikası Daxili Qoşunların orkestrin heyəti 115 nəfərdən ibarət idi.[4] Onun nəzdində mahnı və rəqs ansamblı fəaliyyət göstərir.[4] Kollektiv fleyta, qoboy, klarnet, şeypur, alt, tenor, bariton, saksofon, trombon, tuba, böyük və kiçik təbil ifaçılarından ibarətdir.[4] Leytenant Zaur Əmiraslanov, gizir Vəsilə İbrahimova, Fidan Hacıyeva, Səlim Abbasov, Amil Məmmədov, Zabitə Alıyeva, Zeynalabdin Kərimov, Aslan Hüseynov orkestrin solistləridirlər.[4]