Anna Komtes Metyu de Noay (tam adı: Anna Komtess Metyu de Noay, fr. Anna Comtesse Mathieu de Noailles; 15 noyabr 1876[1][2][…], Parisin 7-ci dairəsi[d][1][3] – 30 aprel 1933[1][2][…], Parisin XVI dairəsi[d][4][5]) — Rumıniya-Fransa yazıçısı.
Anna de Noay | |
---|---|
fr. Anna de Noailles | |
Doğum adı | Anna Elisabeth Bibesco Bassaraba de Brancovan |
Doğum tarixi | 15 noyabr 1876[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1933[1][2][…] (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, sahibə[d], şairə, model[d], roman yazıçısı, aristocrat, monarx |
Əsərlərinin dili | fransız dili |
Janrlar | poeziya, roman |
Mükafatları | |
Anna de Noay Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Parisdə anadan olmuş Şahzadə Anna Elizabet Bibesko-Bassaraba de Brankovan Rumıniya boyarlarının Bibesku və Krayoveşt ailələrinin nəslindəndir. Atası Şahzadə Qreqoar Bibesko-Bassaraba Valaxiya şahzadəsi Georgi Bibesku və Zoe Mavrokordato-Bassaraba de Brankovanın oğludur. Anası Ralouka (Raşel) Mussurus isə yunan əsilli musiqiçidir. Polyak bəstəkar İqnatsi Yan Paderevski bir neçə bəstəsini məhz həmin xanıma həsr etmişdir.
1897-ci ildə Anna 7-ci hersoq de Noayın dördüncü oğlu Metyu Fernand Frederik Paskal de Noay (1873–1942) ilə ailə həyatı qurmuşdur. Cütlük tezliklə Parisin ali təbəqəsində məşhurlaşır. Onların Kont Ann-Jul de Noay (1900–1979) adlı bir oğlu da olur.
Anna de Noay üç roman, bir avtobioqrafik əsər və çoxsaylı şeirlər yazmışdı. Onun dövrün intellektual, ədəbi və bədii elitası ilə dostluq münasibətləri vardı: onların arasında Marsel Prust, Fransis Jamm, Kolet, Andre Jid, Frederik Mistral, Rober de Monteskyö, Pol Valeri, Jan Kokto, Pyer Loti, Pol Ervye və Maks Jakob da vardı.
Anna de Noay 1933-cü ildə 56 yaşında ikən Parisdə vəfat etmişdir. Per-Laşez məzarlığında dəfn olunmuşdur. O, Antuan Bibesko və Marta Bibeskonun yaxın qohumudur.
Anna de Noay o qədər məşhur olmuşdur ki, dövrün görkəmli rəssamları — Antonio de La Qandara, İqnasio Suloaqa, Kes van Donqen, Jak-Emil Blanş və britaniyalı rəssam Filip de Laslo onun portretini çəkmişdilər. 1906-cı ildə Ogüst Roden onun heykəlini düzəltmişdi: hazırda gildən hazırlanan modeli Parisdəki Roden muzeyində görmək mümkündür, tamamlanmış mərmər büstü isə Nyu-Yorkun Metropoliten muzeyində nümayiş olunur.
Anna Komtes de Noay, Jan-Lui Forenin əsəri (1914)
Anna Komtes de Noay, Ceyms Viberin əsəri (1936)
Anna de Noay "Fəxri Legion" ordeninin komandoru olan, eləcə də Belçikanın Fransız dili və ədəbiyyatı Kral Akademiyasına qəbul olunan ilk qadındır. O, 1921-ci ildə Fransa Akademiyasının "Qran Pri"si ilə mükafatlandırılmışdır.[6]
Kontes de Noay 1919-1954-cü illərdə rəssamlar, heykəltəraşlar, dekoratorlar, qravürçülər, yazıçılar və musiqiçilərə verilmiş bir hədiyyə olan Blumental mükafatının (fr. Prix Blumenthal) təqdim edilməsində Florens Meyer Blumental ilə birgə münsiflər heyətində iştirak etmişdir.[7]