Apollon (yelkənciklər)

<td_align="right"_width="40%">Cins:<td_align="left">Parnassius&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Parnassius}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Parnassius]])[1]
???:
Adi apollon

Adi apollon (lat. Parnassius apollo) — pulcuqqanadlılar dəstəsinin yelkənciklər fəsiləsinə aid nəsli kəsilmək üzrə olan növ.

Adi apollon
Apollo butterfly.JPG
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Parnassius
Cins:Parnassius
Cins:Parnassius
Cins:Parnassius
Cins:Parnassius
Beynəlxalq elmi adı
Poçt markası (2005).
Poçt markası (2010).

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açıq halda 70–94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur. Bədən nəzərəçarpacaq dərəcədə tüklüdür. Bığcıqları qara toppuzludur.[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

Cənubi və Orta Avropa, keçmiş SSRİ-nin Avropa hissəsinin cənubu, Qafqaz, Orta Asiya, Qazaxıstan, Qərbi, Cənubu və Şərqi Sibir. Azərbaycanda Kiçik və Böyük Qafqazın dağ və dağətəyində (Göygöl, Dərələyəz, Zəngəzur dağ silsiləsinin cənub yamaclarında, Əsgəran rayonunun Topxana meşəsinin kənarlarında və Zaqatala Dövlət Qoruğunun subalp zonasında) rast gəlinir.[3]

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Az-çox sıldırımlı açıq yamaclarda bitən kserofil, yaxud hemokserofil ot və yarımkol bitkiləri yetişən sahələr yaşayış yerləridir. Kəpənəklər iyulun ikinci yarısından avqustun sonuna qədər uçur. Uçuş həzin və sərbəstdir. Qanadları açıq vəziyyətdə 90 – 100 mm-ə çatır. Cütləşməyumurtaqoyma prosesi avqustun birinci yarısında olur. Tırtıllar sentyabrda görünür. Qışlamadan sonra isə may-iyun aylarında, dovşan kələmi – Sedum album L. bitkisinin yarpaqları ilə qidalanır.

Sayı[redaktə | mənbəni redaktə et]

R.Əffəndi tərəfindən 3 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Növün yayıldığı təbii biotopların məhv edilməsi. Bu biotopların mal-qara tapdağına, şumlanaraq əkin sahələrinə çevrilməsi, ot örtüyünün müntəzəm olaraq biçilməsi. Kəpənəklərin yaşadığı ərazilərin insanların yaşayış məskənlərinə çevrilməsi. Bu növ zəif miqrasiya qabiliyyətinə malik olduğundan onun bu və ya digər yaşayış yerlərində yox olması çox zaman geri dönməz bir prosesə çevrilir. Bəzi alimlərin fikrincə Avropanın düzən ərazilərində apollonun yox olması qlobal istiləşmə ilə də əlaqədardır. Son zamanlar müşahidə edilən isti qış fəsilləri apollonun tırtıllarının vaxtından əvvəl qışlamadan çıxmasına səbəb olur. Bu isə onların zəifləməsinə və məhvinə gətirib çıxarır. Apollonun həvəskar kolleksiyaçılar tərəfindən kütləvi surətdə tutulması da onun populyasiyasına mənfi təsir göstərir.[2]

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

Rusiya Federasiyası, Ukrayna, Belarus respublikası, Almaniya, İsveç, Norveç, Finlandiyanın Qırmızı kitabınaAzərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir. Ümumdünya Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabında 3-cü kateqoriya altında, "Avropanın gündüz kəpənəklərinin Qırmızı kitabında" SPEC 3 kateqoyiyası ilə qorunur. Polşada, Rusiyada qoruqlarda qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]

Polşanın Penin dağlarında və Moskva vilayətinin Priok-Terras qoruğunda Apollonun populyasiyasını bərpa etmək üzrə layihə həyata keçirilmiş, lakin uzunmüddətli nəticə əldə etmək mümkün olmamışdır. İlk növbədə növün yaşadığı biotopları bərpa edib, genişləndirmək lazımdır. Bunun üçün meşə ətəklərində əkin - biçin, kimyəvi dərmanlama işlərini dayandırmaq, kəpənəklər üçün nektarlı bitkilər, onların tırtılları üçün isə qida bitkiləri əkmək lazımdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cins:Parnassius
  2. 1 2 Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013
  3. Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.;

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013
  2. Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.;
  3. Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1 - 2, 1972, с. 136 - 154, 352 - 368.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]