Aram Açıqbaşyan

Aram Açıqbaşyan (erm. Արամ Աչըքպաշյան, türk. Aram Açıkbaşyan; gerçək adı: Qriqor Qarabedyan, erm. Գրիգոր Կարապետյան; 1867, Ərəbgir[d]15 iyun 1915, Konstantinopol) — Osmanlı ermənilərindən olan hüquqşünas, siyasətçi, təşkilatçı, fədai, terrorçu, Sosial Demokrat Hnçak partiyasının üzvü.

Aram Açıqbaşyan
Şəxsi məlumatlar
Doğum tarixi 1867
Doğum yeri
Vəfat tarixi 15 iyun 1915(1915-06-15)
Vəfat yeri
Vəfat səbəbi edam
Milliyyəti erməni
Partiya
Təhsili
İxtisası hüquq
Fəaliyyəti siyasətçi, fədai

Aram Açıqbaşyan 1867-ci ildə Osmanlı imperiyasının Mamurətül-əziz vilayətində yerləşən Ərəbgir kəndində anadan olmuşdur. O, ali təhsilini 1886-cı ildən Konstantiniyyə Darülfünunun hüquq fakültəsində almışdır. Açıqbaşyan 1889-cu ildə Boyacıyan Hampartsum Murad Əfəndinin tövsiyəsi ilə Sosial Demokrat Hnçak partiyasının üzvləri ilə dostluq əlaqəsi qurmuşdur. O, 27 iyul 1890-cı ildə Qumqapı nümayişlərinin təşkilatçısı olmuşdur. 1894-cü ildən etibarən Anadaoludakı erməni fədailər hərəkatının təşkilatçısı olmağa başlamış və 1903-cü ildə Sosial Demokrat Hnçak partiyasının mərkəz komitəsinin üzvü olmuşdur. Açıqbaşyanın 1985-ci ildə gerçəkləşən Şəbinqarahisar üsyanında əhəmiyyətli bir rolu var idi. Bundan sonra ona Məclis-i Ümumiyə vəkil olaraq seçilməsi tövsiyə edilmişdir, fəqət o, vəkil olmaq təklifini geri çevirmişdir. O, 1908-ci ildə gerçəkləşən Gənc Türklər inqilabından sonra Konstantiniyyə şəhərinə qayıtmış, lakin 1914-cü ildə ittihadçılar tərəfindən həbs edilmişdir. Aram Açıqbaşyan 15 iyun 1915-ci ildə 20 dostu ilə birlikdə Bəyazid Meydanında edam edilmişdir.

  • "Aram Achekbashian" (PDF). massisweekly.com (ingilis). Massis Weakly. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 may 2019.
  • Սիրվարդ, Արամ Աչըգպաշեան // Հերոս Փոքր Հայքի (Կեանքն ու գործունէութիւնը) (erməni). İrəvan: Փրավիտենս. 1957. səh. 155.