Qumqapı nümayişləri

Qumkapı nümayişləri 27 iyul 1890-cı il tarixində Osmanlı İmperiyasının paytaxtı İstanbul şəhərinin Qumqapı rayonunda baş verən siyasi aksiya olmuşdur. Nümayişlərə görə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında başlayan qarşıdurmada çox sayda nümayişçi və zabit həyatını itirmiş, bir çoxu da yaralanmışdır.[1]

Qumqapı nümayişləri
Tarix 27 iyul 1890
Yeri İstanbul
Münaqişə tərəfləri

Hnçak partiyası

Osmanlı hüquq mühafizə orqanları

Komandan(lar)

Hampartsum Boyacıyan
Mihran Damadyan

Sultan II Əbdülhəmid

İtkilər

3 etirazçı

4 polis

Hadisələrdən əvvəl

[redaktə | mənbəni redaktə et]

XIX əsrin son rübündə inqilabçı erməni qrupları ermənilərə yeni haqq və azadlıqların verilməsi üçün təzyiqlər göstərir, Avropanın erməni məsələsinə daha artıq diqqət ayırması üçün fəaliyyətlər həyata keçirirdilər. Xüsusilə də Sosial Demokrat Hnçak Partiyası kütləvi nümayişlər təşkil etmək taktikası ilə bu prosesi sürətləndirməyi qarşısına əsas məqsəd olaraq qoymuşdu. 1890-cı ilin iyun ayında Ərzurumda baş vermiş olan erməni üsyanının arxasında da Hnçak partizanlarının durduğu güman edilirdi.

27 iyul 1890-cı il

[redaktə | mənbəni redaktə et]

27 iyul 1890-cı ildə Harutün Cangülyan, Mihran DamadyanHamparsum Murat Boyacıyan Əfəndi nümayiş zamanı İstanbul Erməni Patriarxlığını və Osmanlı hakimiyyəti altında olan Erməni Milli Məclisini erməni probleminə etinasızlıqlarına görə tənqid edən manifest oxumuşdurlar. Nümayişin təşkilatçıları sırasında 1915-ci ildə Harutun Canqulyan və Hamparsum Boyacıyan kimi öldürüləcək Aram Açıqbaşyan da var idi.

Patriarx Yıldız sarayına təşkil ediləcək olan yürüşə qatılmağa məcbur edilmişdir. Nümayişin və saraya yürüş edilməsinin əsas məqsədi sultanı ermənilərin sıx məskunlaşdığı vilayətlərdə lazımi islahatları aparmağa və Berlin müqaviləsinin ermənilərin kürd və çərkəz qruplarının mümkün hücumlarına qarşı müdafiə olunmasına qarantiya verən 61-ci maddəsini dərhal həyata keçirməyə çağırmaq idi. İştirakçılar Qumqapıdakı Patriarxlığın qarşısına yığışmağa başladığı zaman zabitlər izdihamı mühasirəyə alırlar. Bu zaman baş vermiş olan qarşıdurma zamanı çoxlu zabit və nümayişçi həyatını itirmişdir.

Bu hadisədən sonra həm patriarx, həm də sultan hərəkətə keçmişdir. Baş vermiş bu hadisədən sonra erməni inqilabi dəstələri konkret müvəffəqiyyət əldə etməsələr də, Hnçakpərəst erməni mətbuatı nümayişdə göstərilən müqaviməti və şücaəti tərifləyən xəbərlər dərc etmişdirlər. Buna oxşar olan, lakin daha az səs-küy yaratmış nümayişlər 1890-cı illər boyu ölkənin müxtəlif yerlərində keçirilməyə davam etdirilmişdir.[2]

  1. "Arxivlənmiş kopya". 3 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2020.
  2. Hovhanissian, Richard G. (1997) The Armenian People from Ancient to Modern Times. New York. St. Martin's Press, 218-9