Arslantəpə (türk. Arslantepe) və ya Melid (Hitit. Malidiya[1] və ya Midduva[2] akkad. Meliddu;[3] urartu. Melitea; lat. Melitene) ― Tavr dağlarından başlayan Fəratın yuxarı qolu olan Tohma çayı üzərində mövcud olmuş qədim şəhər. Şəhərin dağıntıları müasirTürkiyənin Malatya şəhəri yaxınlığındakı eyniadlı arxeoloji ərazidə yerləşir.[4]
Arslantəpə | |
---|---|
38°22′55″ şm. e. 38°21′40″ ş. u. | |
Yer | Malatya ili, Türkiyə |
Tip | Yaşayış məntəqəsi |
Yer qeydləri | |
Vəziyyəti | Dağıntı |
Rəsmi adı: Arslantepe Mound | |
Tipi | Mədəni |
Kriteriya | iii |
İstinad nöm. | 1622 |
Sahə | 4,85 ha |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ərazidəki ilk yaşayış yeri Mis dövrünə aiddir.[5] Mis dövrünün sonunda Aslantəpənin bölgədəki əhəmiyyəti artmışdır.
Melidin 24 km şimal şərqində yerləşən Değirməntəpə adlı yer mis əridilməsinə dair ən erkən etibarlı dəlil olaraq diqqət çəkir.[6] Ərazi Fərat çayından 40 metr məsafədə, allüvial düzənlikdəki kiçik bir təbii ərazidə inşa edilmişdir.
Bu dövrə aid qalıqlar Uruk dövrünün sonlarında inkişaf etmiş böyük məbəd/saray kompleksini əhatə edir.[7]
Melid bu dövrdə Fərat çayı boyunca ticarət koloniyası olaraq fəaliyyət göstərən "Böyük Mesopotamiyanın şimal bölgələri" nin bir hissəsi idi və şəhərdən Şumerə xammal daşınırdı.
Şəhər eramızdan əvvəl 3000-ci ildə baş vermiş böyük yanğında və məhv olmüş və bundan sonra ərazidə Kür-Araz mədəniyyətinə aid saxsı qablar meydana gəlmişdir. Bu, əsasən Qafqaz dağları ilə əlaqəli pastoralist mədəniyyət idi.[8]
Ərazi Son Tunc dövründə İşuva krallığındakı daha böyük bir bölgənin inzibati mərkəzinə çevrildi. Bu dövrdə şəhər bəlkə də qərbdən gələn Hett təhlükəsi səbəbi ilə istehkamla əhatə olunmuşdu. Son Tunc dövründə şəhər mədəniyyət olaraq Hurri, Mitanni və Hettlərdə təsirlənmişdir.
Hett imperiyasının süqutundan sonra, VII–XII əsrlərdə şəhər müstəqil Luvi Neo-Hett dövləti olan Kammanunun mərkəzi oldu.
Aşşur kralı I Tiqlatpalasar (e.ə. 1115–1077) ilə qarşılaşma Melid krallığının Aşşur dövlətinə xərac verməyə məcbur olması ilə nəticələndi. Melid Aşşur kralı II Sarqonun (e.ə. 722–705) şəhəri e.ə. 712-ci ildə ələ keçirməsinə qədər öz mövqeyini qoruyub saxladı.[9] Sarqonla eyni vaxtda Kimmer və İskitlər də Anadolunu işğal etmiş və nəticədə şəhər tənəzzüllə uğramışdır.
İqor Dyakonov və Con Qreppinin dediklərinə görə, e.ə. 1200-cü ilə qədər Melid əhalisi arasında ermənilər də var idi.[10]
Arslantepe ilk dəfə 1932–1939-cu illərdə Fransız arxeoloq Luiz Delaporte tərəfindən araşdırılmışdır.[11][12][13]
Arslantəpədə italyanlar tərəfindən ilk qazıntı 1961-ci ildə başlamış və 1968-ci ilə qədər professor Piero Meriggi və Salvator M. Puqlisinin rəhbərliyi altında aparılmışdır.[14][15][16] Onların Arslantəpəyə olan maraqlarının əsas səbəbi ərazinin Neo-Hett dövründəki məskunlaşma mərhələlərini araşdırmaq istəkləri idi. Meriggi yalnız ilk bir neçə kampaniyada iştirak etdi və daha sonra bu işi Türk hökumətinin müntəzəm icazəsi ilə illik araşdırmaları daha da genişləndirən və mütəmadi olaraq aparan paleoetnoloq Puqlisinin öhdəsinə buraxdı. 1970-ci illər ərzində qazıntı işlərinə nəzarəti Alba Palmieri öz üzərinə götürdü.[17][18] 21-ci əsrin əvvəllərində aparılan arxeoloji araşdırmaya isə Marsella Frangipeyn rəhbərlik edirdi.[4]
Erkən Tunc dövrünə (təqribən 33–31 əsrlər) aid ilk qılınclar Roma Universitetindən Marsella Frangipeynin Arslantəpədəki tapıntılarına əsaslanır.[19][20][21] Ərazidə arsen-mis ərintisindən hazırlanmış doqquz qılınc və xəncəri ehtiva edən gizli yer tapılmışdır. Bunların arasından üç qılınc gümüşlə bəzədilmişdi.
Bu silahların ümumi uzunluğu 45–60 sm arasındadır və uzunluqlarına görə qısa qılınc və ya uzun xəncər kimi təsvir edilir.