Arzu Bağırova

Arzu Bağırova (11 dekabr 1980, Sumqayıt[1]) — ictimai xadim, iş adamı. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, müxtəlif mövzularda maarifləndirmə ilə bağlı bir çox sosial tədbirlərin təşkilatçısı, layihə rəhbəri.[2][3]

Arzu Bağırova
Doğum tarixi 11 dekabr 1980(1980-12-11) (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 4
Təhsili
Fəaliyyəti aktivist, biznes ledi, ictimai xadim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Bağırova Arzu Zakir qızı 11 dekabr 1980 tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilinə Sumqayıtda başlamış, Masallı rayonunun Bədəlan kəndində bitirmişdir. Taras Şevçenko adına Kiyev Milli Universitetində Hüquq ixtisası üzrə bakalavr təhsilini bitirdikdən sonra həmin universitetdə Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsi almışdır.[4]

Evlidir. 4 övladı, 2 nəvəsi var.[4]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Arzu Bağırova 2005-ci ildən özəl sektorda fəaliyyət göstərir. Hazırda Gözəl Yaşam Mərkəzinin təsisçisidir.[5] Arzu Bağırova şəhid, qazi ailələrinə, o cümlədən fiziki imkanları məhdud şəxslər, tənha, yaşlı, aztəminatlı ailələrə göstərdiyi aktiv fəaliyyəti ilə tanınır.[6][7][8][9] O, onlarla gənc yazarın ilk kitablarını nəşr etməsinə və onlarla gənc rəssamların ilk sərgilərini, yaradıcılıq gecələrinin təşkil olunmasına öz töhfəsini vermişdir. Regionlarda yaşayan onlarla qadının ilk sahibkarlıq fəaliyyətinə başlamasına dəstək olmuşdur.[10] Məktəblilər arasında kitab mütaliəsini artırmaq üçün region kitabxanalarına minlərlə kitab hədiyyə etmişdir. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədridir.[11][12]

2019-cu ildə RHİM sədri Azru Bağırovanın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əmədaşlığı çərçivəsində görmə imkanları məhdud insanların yaradıcılığının dəstəklənməsi və cəmiyyətə tanıdılması, onların gələcək uğurlara stimullaşdırılması məqsədilə həmin şəxslərin şeirlərindən ibarət "Zülməti dələn işıq" şeirlər antologiyası, "Vətən, Bayraq, Millət" kimi kitablar və kitab-albomları çap olunub.[13][14][15]

Həmin ildə Arzu Bağırovanın dəstəyi ilə solo-saz ifaçısı Azər Xanlaroğlunun anım gecəsinə həsr olunmuş "Sazın məcnunu Azər",[16] Tovuz futbolunun 100 illiyi ilə bağlı "100 yaşlı Tovuz futbolu"[17] kitabının təqdimatı və eyni adlı tədbir, Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi yaradıcılığında folklor izləri" kitabı,[18] Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş "Sumqayıtda ədəbi həyat" kitabı,[19] Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin yaradıcılıq gecəsi, Özbəkistan sənətçilərinin "Azərbaycan, Qarabağ və sülh üçün oxu",[20] İraqın mətbuat tarixinə həsr olunmuş "İraq mətbuat tarixi" kitabı[21] və eyni adlı tədbir, "Azərbaycan-Özbəkistan münasibətlərinin və Türk dünyası birliyinin güclənməsində gənclərin rolu" adlı bir sıra mədəniyyət layihələri keçirilmişdir.

O həmin ildə şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının nəşrinə və eyniadlı layihəyə, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr olunmuş "Alı zirvəsi" filmi,[22] Xocalı soyqırımının tarixi faktlarından bəhs edən "Erməni zindanında səkkiz gün" kitabı və eyni adlı tədbir,[23] Azərbaycan Milli Qəhrəmanı Səfiyar Behbudovun xatirəsinə ithaf olunmuş "Qürur dastanı" kitabı, aprel döyüşləri şəhidi, kəşfiyyatçı, polkovik-leytenant Raquf Orucova həsr olunmuş "Komandir" romanı, Qarabağ müharibəsi zamanı həlak olmuş Masallı şəhidlərinə həsr olunmuş "Şəhidlik Manifesti" kitabı kimi çoxsaylı layihələrə dəstək olub.[24]

Azru Bağırova məktəblilərin maarifləndirilməsi üçün aktiv fəaliyyət göstərir. Həmin ildə müxtəlif məktəblərdə "Milli Dirçəliş Günü", "Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu" kimi layihələrin keçirilməsinə dəstək olmuşdur. Onun təşəbbüsü ilə keçirilən "Evdə qal, kitab oxu" layihəsi çərçivəsində məktəblilərə minlərlə kitab bağışlanmışdır.[25][26][27]

Azərbaycan Respublikasının Milli Məclisinin mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablardan "Tarixə adını yazan qadınlar" (3 cildlik), "Addım-addım Yaponiya", "Səni Allaha eşq götürür" və digər kitabların çapını və təqdimatını Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova həyata keçirmişdir.[28]

Arzu Bağırova qadın hüquqlarının müdafiəsi üzrə aktiv fəaliyyəti ilə seçilir. Onun dəstəyi ilə "Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" kimi layihər icra olunmuşdur.[29]

Arzu Bağırovanın dəstəyi ilə təkrar nəşr olunan "Azərbaycan mətbəxində Dolmalar: 381 çeşid" kitabı Dünya Qurman Mükafatı Sərgisində ən yaxşı kulinariya kitabı adına layiq görülüb.[30]

2021-ci ilin sentyabrında Azərbaycan-Özbəkistan arasında ədəbi əlaqələrin inkişafı, Özbək ədəbiyyatının tədqiqi, təbliği istiqamətində fəaliyyətləri, habelə xalqlar arasında dostluq münasibətlərinin inkişafı üzrə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri diplomu ilə təltif olunub.[31]

2021-ci ilin oktyabrında Abşeron rayonunda göstərdiyi fəaliyyətlərinə görə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən və Masallı rayonunda həyata keçirdiyi önəmli layihələrə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman ilə təltif edilib.[32]

Beynəlxalq tədbirlər[redaktə | mənbəni redaktə et]

Arzu Bağırova Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətlərinin tərkibində qlobal əhəmiyyət daşıyan mövzulara həsr olunmuş bir sıra beynəlxalq konfranslarda iştirak etmişdir, o cümlədən:

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bu gün Arzu Bağırova üçün özəl gündür - FOTOLAR". Yeni Gündəm (az.). 2021-12-10. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  2. "Arzu Bağırova: Yolumuz adımızdan bəllidir..." ikisahil.az (az.). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  3. Gazetesi, Önce Vatan. "Başarılı kadın : Arzu Bağırova". www.oncevatan.com.tr (türk). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  4. 1 2 İctimai siyasi xadim,İş qadını Arzu Bağırova’nın “Uğur Yolu” Sevinc Tofiqqızının təqdimatında (ingilis), 2023-05-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-05-18
  5. "Xanımların yeni məkanı - "Gözəl Yaşam Mərkəzi"". BAKU.NEWS (az.). 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  6. "Arzu Bağırova: "Evliliyimin 6-cı ayında onu sevdiyimə və yanılmadığıma əmin oldum" - MÜSAHİBƏ » Cenub.az - Regional Qazet". Cenub.az - Regional Qazet (türk). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  7. "Arzuları reallaşdıran Arzu xanım » Cenub.az - Regional Qazet". Cenub.az - Regional Qazet (türk). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  8. "Arzu Bağırova 20 ahılın təminatını üzərinə götürdü". Axar.Az (az.). 2020-04-08. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  9. "Arzu Bağırova: Xidmət meyarımız peşəkarlıq və sədaqətdir". YeniHeyet.Az - Yeni Həyat Qazeti. 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  10. "525-ci Qəzet - Arzu Bağırova: "Bizim cəmiyyətimizdə hər zaman qadının yeri və rolu olub"". 525.az. 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  11. "Qənirə Paşayeva və Arzu Bağırova Şəhid əsgər Ülvi Nüsrətbəylinin atası ilə görüşüb". www.musavat.com (az.). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  12. "Qənirə Paşayeva və RHİM İB-in sədri Arzu Bağırova qəhrəman şəhidimizin valideynləri ilə görüşüblər". www.musavat.com. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  13. "Arzu Bağırova - Niyə bu ad və soyadı eşidəndə hamının cöhrəsində xoş duyğular oyanır? -VİDEO » Cenub.az - Regional Qazet". Cenub.az - Regional Qazet (türk). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  14. ""Vətən, Bayraq, Millət"in təqdimatı keçirildi - Foto". Axar.Az (az.). 2019-12-27. 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  15. "Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı fiziki imkanları məhdud insanlar üçün tədbir keçirilib". azertag.az (az.). 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  16. ""Sazın Məcnunu Azər" adlı möhtəşəm tədbir keçirilib". musavat.com. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  17. ""100 yaşlı Tovuz futbolu" kitabının təqdimatı keçirilib - FOTO". Aznews.az (az.). 2019-05-01. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  18. "Aygün Cəfərovanın "Nəsimi yaradıcılığında folklor izləri" adlı kitabının təqdimat mərasimi keçirilib". Edebiyyatqazeti.az. 2019-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  19. ""SUMQAYITDA ƏDƏBİ HƏYAT" kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR". Edebiyyatqazeti.az. 2019-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  20. "Klipə baxanda sanki bir anlığa Qarabağa getdik - Qənirə Paşayeva". Aznews.az (az.). 2019-10-14. 2019-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  21. "Arxivlənmiş surət". musavat.com. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  22. ""Alı Zirvəsi" təqdim olundu - FOTOLAR". Azərbaycanın xəbər saytı - NEWS24.AZ (az.). 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  23. "Beynəlxalq Mətbuat Mərkəzində "Erməni zindanında səkkiz gün" kitabının təqdimatı olub". azertag.az (az.). 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  24. ""ŞƏHİDLİK MANİFESTİ"NİN TƏQDİMATI". respublika-news.az (ingilis). 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  25. ""Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu" - TƏDBİR". versus.az (az.). 2019-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  26. ""Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu" adlı tədbir keçirilib". Faktor.az (az.). 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  27. "Arzu Bağırovanın rəhbərlik etdiyi QHT "Evdə qal, kitab oxu" aksiyası həyata keçirib". versus.az (az.). 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  28. anews.az. "Vaxtınızı mənasız işlərə sərf etməyin – Paşayevadan çağırış". anews.az (az.). 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  29. ""Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" - FOTOLAR". aqreqator.az (az.). 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
  30. ""Azərbaycan mətbəxində Dolmalar :381 çeşid" kitabı ictimaiyyətə təqdim edilib". musavat.com (az.). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  31. Arzu Bağırova Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən mükafatlandırıldı (ingilis), 2023-05-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-05-18
  32. "Arzu Bağırova təltif edilib". BAKU.NEWS (az.). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin 2 illik hesabatı. 176 səh. 2020. ISBN 978-9952-414-05-9
  • Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin 3 illik hesabatı. 112 səh. 2021. ISBN 978-9952-414-11-0
  • Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin 4 illik hesabatı. 308 səh. 2022.