Asif İmaməliyev

Asif İmaməliyev (29 aprel 1969, Qafan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı[1]; Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini[2], Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dissertasiya Şurası Nəzdində "Siyasi Nəzəriyyə" ixtisası üzrə Elmi Seminarın üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru.

Asif İmaməliyev
Şəxsi məlumatlar
Doğum tarixi 29 aprel 1969(1969-04-29) (54 yaş)
Doğum yeri
Partiya
Təhsili
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Tərəqqi" medalı — 2009

Həyatı[redaktə | mənbəni redaktə et]

Asif İmaməliyev 1969-cu il aprelin 29-da Ermənistan SSR Qafan şəhərində müəllim ailəsində anadan olmuşdur.1976–1986-cı illərdə orta təhsilini Sumqayıt şəhər 910 saylı məktəblərdə almışdır.

Azərbaycan İnşaat Mühəndisləri Universitetini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1986–1987-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında çilingər, idman üzrə instruktor – metodist;
  • 1987–1989-cu illərdə Sovet ordusu sıralarında taqım komandiri;
  • 1989–1992-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında mexannik;
  • 1992–1997-ci illərdə Azərbaycan Respublikası Tikinti və Yenidənqurma üzrə İstehsalat Birliyinin 4 saylı Təmir-tikinti İdarəsində iş icraçısı, 26 saylı Təmir-tikinti İdarəsində rəis, 2 saylı Təmir-tikinti Trestində baş mühəndis, Birliyin Kommersiya işləri üzrə baş direktorunun müavini, 17 saylı Təmir-tikinti Trestinin baş mühəndisi və müdir əvəzi;
  • 1997–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində su ehtiyatları üzrə müfəttiş;
  • 2000–2003-cü illərdə Sumqayıt şəhər bələdiyyəsində təşkilat işi və daimi komissiyalarla iş şöbəsinin müdiri;
  • 2003–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat, regional məsələlər daimi komissiyasının üzvü;
  • 2005–2017-ci illərdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri;
  • 2017–2021-ci illərdə Yeni Azərbaycan Partiyası İcra Katibliyində seçkilər ilə əlaqədar sektor müdiri;
  • 2021-ci ildən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini vəzifəsində işləyir.

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1988-ci ildə Sverdlovsk vilayətinin Novouralsk şəhər Partiya Komitəsinin qərarı ilə Kommunist partiyasının üzvlüyünə namizəd;
  • 1989–1991-ci illər Sumqayıt şəhər Rabitə Qovşağında Komsomol təşkilat katibi;
  • 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü;
  • 1997–2006-cı illərdə YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Sumqayıt şəhər Gənclər Birliyinin sədr;
  • 1999–2005-ci illər YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini;
  • 2005–2017-ci illər YAP Sumqayıt şəhər təşkilatının sədri
  • 1999–2001-ci illər YAP Siyasi Şurasının üzvü;
  • 2001–2021-ci illər YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü;

Seçkili orqanlarda iştirakı[redaktə | mənbəni redaktə et]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir. 4 övladı, 2 nəvəsi var.

Atası Ağalar Bəylər oğlu İmaməliyev(10.04.1939-16.05.2022) kimya elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin müəllimi.

Anası Elmira Ziyəddin qızı Hacıyeva (20.03.1951-22.12.2021).

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 19.11.2009 — Azərbaycan "Tərəqqi" medalı[3] (Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə).

Elmi məqalələri[redaktə | mənbəni redaktə et]

  • Yeniləşmə və inkişaf yolu ilə. "Məslək" qəzeti, 24.11.2006  (az.)
  • Qəzet daim öndə getməlidir. "Məslək" qəzeti, 14.02.2007  (az.)
  • "Azərkimya" yüksəlişə doğru. "Azərbaycan" qəzeti, 22.07.2007  (az.)
  • Partiyanın ən qabaqcıl dəstələrindən biri. "Məslək" qəzeti, 28.02.2008  (az.)
  • Cəmiyyət İlham Əliyevin namizədliyinin irəli sürülməsində israrlıdır. "İki sahil" qəzeti, 29.02.2008  (az.)
  • Heydər Əliyev dünyanın ən böyük, ən fədakar azərbaycanlısı idi. "Sumqayıt" qəzeti, 26.04.2008  (az.)
  • Sumqayıt şəhəri ölkənin dinamik inkişafında inamla iştirak edərək, bu prosesə layiqli töhfələr verir. "Yeni Azərbaycan" qəzeti, 07.11.2009  (az.)
  • Политический анализ западных моделей местного самоуправления // Межкультурные коммуникации. Международное научно-периодическое издание. Тбилиси, 2011, № 2, с.146[4].  (rus.)
  • Heydər Əliyev və Azərbaycanda yerli özünüidarəetmənin formalaşması // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı illiyinə həsr olunmuş Elmi konfransın tezisləri. DİA, Bakı, 2012. s.172[4].  (az.)
  • Böyük Britaniyada və Fransada yerli özünüidarəetmənin xüsusiyyətləri // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci illiyinə həsr olunmuş Elmi konfransın tezisləri. DİA, Bakı, 2013, s.212[4].  (az.)
  • Yerli hakimiyyət institutu probleminə nəzəri yanaşmalar // Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə, 2015, № 1, s.219[4].  (az.)
  • Azərbaycan Respublikasında yerli özünüidarəetmənin konstitusion-hüquqi əsasları // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı — mart 2015, № 3, s.10[4].  (az.)
  • Azərbaycan Respublikasında bələdiyyələrin strukturu və fəaliyyət istiqamətləri // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı — mart 2015, № 7, s.134[4].  (az.)
  • Yerli hakimiyyətin həyata keçirilməsində icra hakimiyyəti və bələdiyyə orqanları münasibətləri // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı. mart 2016, №.3, s.175[4].  (az.)
  • "İlham Əliyev və yeni Sumqayıt" məqaləsi. "İlham Əliyev – 8 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2011. "Şərq-Qərb", Bakı-2011[5]
  • "İlham Əliyev və yeni Sumqayıt" məqaləsi. "İlham Əliyev – 10 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2013. "Şərq-Qərb", Bakı-2013, s.13. ISBN 978-9952-489-10-1[6][7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]