Sumqayıt (qəzet)

"Sumqayıt" (1952-1990-cı illər aralığında "Sosialist Sumqayıtı") — Sumqayıtda nəşr olunan şəhər qəzeti.[1]

Sumqayıt
Redaktor

Yaranma tarixi 1952
Dil azərbaycanca
Ünvan Sumqayıt

"Sosialist Sumqayıtı" qəzetinin çox maraqlı yaranma tarixçəsi var.

1952-ci ilin dekabr ayının axırlarında Sumqayıt metallurqları ilk boru istehsal edib Bakı neftçilərinə göndərdilər. Bu respublikada böyük bir hadisəyə səbəb oldu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov bu münasibətlə hamını, ilk növbədə sumqayıtllıarı təbrik etdi və çıxışında belə bir ifadə işlətdi ki, "Sumqayıtda artıq qəzet nəşr olunur." Həqiqətdə isə Sumqayıtın öz mətbu orqanı yox idi. Amma söz Bağırovun ağzından çıxmışdı. Deməli, qəzet də nəşr olunmalı idi.

Mərkəzi Komitənin ideologiya üzrə katibi təcili Sumqayıt şəhər partiya komitəsinin birinci katibini və respublikanın bir neçə tanınmış jurnalistlərini bir yerə toplayır və deyir: "Nəyin bahasına olursa-olsun, qəzet sabah Bağırovun stolunun üstünə qoyulmalıdır." Bütün günü, gecə və gündüz işləyirlər və qəzeti səhər saat 6-da çapa verirlər. Ertəsi gün qəzet Bağırovun stolunun üstünə qoyulmuşdu. Bu "Sosialist Sumqayıtı" qəzeti idi.[2]

  • Məmmədyar Ağayev
  • Kamran Hacıyev
  • Qüdrət Muğanlı
  1. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006
  2. "Jurnalist Mir Cəfər Bağırovun Sumqayıtda dediyi səhvi necə düzəltdi?". 2013-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-07.