Avey Ağstafa FK — Azərbaycanın Ağstafa rayonunu təmsil edən futbol klubu. 1984-cü ildə yaradılmışdır. Klub hazırda uşaq futbol liqasında fəaliyyət göstərir.
Avey Ağstafa FK | |
---|---|
Klubun tam adı | Avey Ağstafa Futbol Klubu |
Ölkə | Azərbaycan |
Kodu | AFK |
Rəng(lər) | |
Yaranma tarixi | 1984 |
Bağlama tarixi | 1993[1] |
Stadionu | Uşaq Gənclər İdman Məktəbi Stadionu |
Tutumu | 1.500 |
Baş məşqçisi |
Namiq Kərimov Rəşad Axundov Mahir Mustafayev |
Liqa | AFFA Uşaqlar Liqası |
Azərbaycannın Ağstafa rayonunu təmsil edən keçmiş peşəkar futbol klubudur. Komanda 1984-cü ildə Ağstafada yaranmışdır. İlk adı "Kooperator Ağstafa" olub. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
1988-ci ildə "Avey Ağstafa" komandası adı altında Azərbaycan çempionatında iştirak edib. 1990-cı ildə Azərbaycan çempionu adına layiq görülü. 1991-cı ildə SSRİ çempionatının 2-ci dəstəsində (Azərbaycan zonası) çıxış edib.
1992–1993-cü illərdə Azərbaycan Milli Çempionatının güclülər dəstəsində çıxış edib. 1994–1996-cı illərdə Azərbaycan Milli çempionatının birinci dəstəsində çıxış edib. Daha sonra 1996–2010-cu illərdə Azərbaycan çempionatı altında (Həvəskarlar Liqası) çıxış edib. 2008-ci ildə Həvəskarlar Liqasının qalibi olub və həmin ildə Slovakiyanın Zenec şəhərində keçirilən UEFA-nın 6-cı Regional kuboku yarışlarında iştirak edib. AFFA-nın təşkilatçılğı ilə keçirilən yeniyetmələr araslnda Ölkə birinciliyində (2005–2021-ci illər üzrə) "Ağstafa Avey Futbol Klubu" fasiləsiz olaraq bu günə qədər iştirak edir. Bunun nəticəsidir ki, klub Qəbələ və Sabah kimi Futbol Akademiyasına 20-dən çox gənc və perespektivli futbolçular vermişdir. Klubun yetirmələri Fərid Nəbiyev, Yusif Nəbiyev, Murad Qayalı və Emil Qasımov müxtəlif illərdə U-17, U-19 və U-21 Milli yığma komandalarının şərəfini qorumuşdular. Yusif Nəbiyev 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarında Milli yığma komandanın tərkibində Çempion adına layiq görülmüşdür. 2008-ci ildə Ağstafa Avey Futbol Komandası Həvəskar komandalar arasında X Ölkə birinciliyinin qalibi olmuş və Slovakiyanın Zeneç şəhərində keçirilən UEFA-nın VI Regional Kuboku yarışlarında 2-ci yeri tutmuşdur.
2020-ci ildə, klub yenidən Region Liqasında çıxış etməyi hədəfləmişdir. Lakin bir sıra problemlər gün üzünə çıxmışdır. Avey klubunun adı , elə Avey dağı bağlıdır. Bu dağ isə hazırda Qazaxda yerləşir. Bunun nəticəsində, avey klubunun yerinə yeni klub yaradılması və ya adının dəyişdirlməsi ilə bağlı müzakirələr başlamlşdır. Klub Avey adı altında fəaliyyətə başlamağa hazır idi.[2] Loqo belə hazır idi. Lakin nəticə etibarı ilə, yeni yaranan komanda 2020-ci ildə Ağstafa adı altında fəaliyyətə başladı. Yeni yaradılmaq istəyən loqonun adını və formaında da dəyişikliyə getmək qərarı vermişdir.[3]
Lakin klub Avey adı altında, uşaq futbolunda fəaliyyətini davam etdirir. Rəsmi olaraq isə, hazırda Ağstafa komandası Aveyin nəznində fəaliyyət göstərir.
Klubun loqosu qırmızı rəngdədir. Orta hissəsində Avey dağının şəkili, üst hissəsində klubun adı, alt hissəsində isə futbol topunun şəkli yer almışdır.
Futbol klubu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |