Avropa komissiyası

Avropa KomissiyasıAvropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir. Birliyin hərəkətverici orqanı olaraq Parlament və Şura tərəfindən hazırlanan büdcə və proqramları tətbiq etmək vəzifəsini daşıyır. Birlik müqavilələrinin qoruyucusudur və Ədalət Divanı ilə birlikdə birlik hüququnun doğru tətbiq edilməsini təmin edir.

Avropa Komissiyası
EC, CE, EK
Loqonun şəkli
Yaranma tarixi 1 yanvar 1958
Mərkəzi
Sədr Ursula fon der Leyen
Üzvləri
  • 32.399 nəf. (1 yanvar 2019)[1]
commission.europa.eu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq platformada və beynəlxalq müqavilələrin müzakirələrində, xüsusilə ticarət və əməkdaşlıq sahələrində Birliyi təmsil edir. Avropa Komissiyası 1994-cü ildə Şuraya 558 təklif və eskiz ilə 272 bildiriş, memorandum və hesabat təqdim etmişdir. Bu sənədlər siyasət, idarəetmə, iqtisadiyyat və cəmiyyət üzvlərilə sıx fikir alış-verişi nəticəsində əldə edilmiş məhsullardır. Komissiya üzvləri vəzifələrini yerinə yetirərkən öz milli hökumətlərindən tamamilə azad olaraq davranmaq və sadəcə Avropa Birliyinin xeyrinə işlər görməklə mükəlləfiyyətlidirlər.

Komissiyanı işdən azad edə biləcək tək orqan Avropa Parlamentidir. Komissiyanın hər üzvünün bir və ya bir neçə siyasət sahəsində xüsusi cavabdehlikləri vardır. Ancaq qərarlar kollektiv cavabdehlik qaydası formasında alınır. Komissiya xüsusilə və hər şeydən əvvəl Anlaşmaların qorunması və izlənməsiylə vəzifələndirilib. Vəzifəsini yerinə yetirərkən tərəfsiz davranır və Anlaşma hökmləri ilə Anlaşmalar təməlində alınan qərarların düzgün formada tətbiq olunmasına nəzarət edir. Üzv Dövlətlərdən hər hansısa birinə qarşı Anlaşma pozulması istintaqı başlada bilər və lazım bildiyində məsələni Avropa Ədalət Divanına qaldıra bilər. Bunlarla bərabər, xüsusilə Avropa Birliyinin rəqabət qaydalarını pozduqları təqdirdə ayrı-ayrı şəxslərə və şirkətlərə pul cəzası verə bilər. Komissiya bundan başqa Birliyə hərəkət verən orqandır.

Qanunvericilik müddətini başlatmaq mövzusunda tək hüquq sahibidir və yeni bir Avropa konstitusiyasının qəbulu müddətinin hər mərhələsinə təsir etmə gücünə və hüququna sahibdir. Hökumətlərarası əməkdaşlıq sahəsində Üzv Dövlətlər kimi təklif etmə haqqına sahibdir. 18 noyabr 2004-cü ildə Avropa Parlamentində keçirilən inam səsverməsindən sonra Barrosonun başçılığı altındakı 25 üzvlü yeni Avropa Komissiyası 22 Noyabrda işə başladı. Barrosonun başçılığı altındakı Avropa Komissiyası 5 il vəzifədə qalacaq. Başçı və Komissiya üzvləri üzv ölkə hökumətləri tərəfindən ortaq uzlaşmayla təyin olunurlar və ancaq Avropa Parlamenti tərəfindən işdən azad edilirlər. Komissiyanın idarəyə aid personalının çoxu (Komissiya mərkəzinin yerləşdiyi) Brüsseldə, bir qismi isə Lüksemburqda işləyir.

Komissiya orqanlarındakı təqribən 30 Əsas Müdirlük və ona oxşar sahələrdə təxminən 16.000 işçi işləyir. Komissiyanın və digər qurumların fəaliyyət xərcləri Birliyin büdcəsinin 5 faizini keçmir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]