Avstriya mətbəxi

Kartoflu Vyana şniseli
"Zaxer" tortu
Vyana melanjı

Avstriya mətbəxi tez-tez Vyana mətbəxinə bənzədilsə də, Avstriya-Macarıstan imperiyasının ümumi tarixinə əsasən, Avstriyanın ənənəvi mətbəx mədəniyyəti yerli cəhətlərinə görə özünəməxsusluğu ilə fərqlənir.[1] Avstriya mətbəxində Macarıstan, Bohemiya, Bavariyaİtaliya mətbəx mədəniyyətlərinin nümunələri geniş yayılmışdır. Digər ölkələrin yeməklərindən alınmış hazırlanma üsulları yerli ənənələrə uyğunlaşdırılmışdır. Avstriya mətbəxi bütün dünyada bişmə çörək və şirniyyatları ilə tanınır. Vyana şniseli isə dünya şöhrəti qazanmışdır.

  • Qəhvə: avstriyalılar qəhvənin müxtəlif növlərini (məsələn, Vyana melanjı) içməyi çox sevirlər. Belə içkilərə çoxsaylı kafelərdə rast gəlmək olar. Hazırlanmasında, əsasən, mokkonun növlərindən istifadə olunur. Qəhvənin də istifadə olunduğu xüsusi çərəz növləri mövcuddur ki, əvvəllər "Vyana qəhvəsi" ("Kofe lyejski") adını almışdı.
  • İsti şokolad.
  • Spirtsiz içkilər: almdudler.
  • Pivə: pivə ənənələri Almaniyadan mənimsənilib. Pivə 0,2 litr (Pfiff), 0,3 litr (Seidel və ya kleines Bier) və 0,5 litr (Krügerl, Halbe və ya großes Bier) həcmində təqdim olunur. Pivə festivallarında qonşu Bavariyada olduğu kimi bu məhsulu litrlik və ikilitrlik parçlara tökürlər. Avstriyada hazırlanan ən tanınmış pivə növləri lager (Märzen), süzgəcdən keçirilməmiş Zwicklbier və buğdadan hazırlanmış Stiegl pivələri hesab olunur. Milad bayramında bok pivəsi hazırlanmaq mühümdür.
  • Şərab: Avstriya şərabı ölkənin şərqində yerləşən Aşağı Avstriya, Burqenland və Ştiriya ərazilərində daha çox hazırlanır. Hoyriger kimi tanınan təzə şərab öz adını Vyana yaxınlığında yerləşən üzümlüklərdən əldə edib.
  • Digər spirtli içkilər: müxtəlif ərazilərdə sidr, şpans, likör kimi meyvə tərkibli spirtli içkilər hazırlanır.

Qəlyanaltılar

[redaktə | mənbəni redaktə et]

Qəlyanaltılar arasında kolbasa, qaxacpendirdən ibarət müxtəlif sendviç növləri üstünlük təşkil edir.

  • Liptov pendiri[2]
  • Yumurtalı şorba
  • Tirol şpiki

Avstriyalılar şirin məhsullara xüsusi əhəmiyyət verirlər. Bişmə çörək və şirniyyatlar bu mətbəxi formalaşdırmışdır.

  • Ştrudel
  • Lins tortu
  • "Zaxer" tortu
  • Kayzerşmarrn
  • Mohr im Hemd
  • Ştrisel
  • İşl kiçik tortları
  • Lins gözü
  • Punşkrapfen

Əsas yeməklər

[redaktə | mənbəni redaktə et]

Avstriya mətbəxinin əsas yeməklərini digər mətbəxlərdən götürülmüş xörəklər təşkil edir. Buna misal olaraq, macar mətbəxindən götürülmüş qulyaş[2]toyuq paprikaşını göstərmək olar. Eyni zamanda bir çox yeməklər Avstriya mətbəxinin xüsusiyyətlərini daşıyır.

  • Vyana şniseli
  • Vyanasayağı toyuq
  • Tafelşpis[3] — qaynadılmış mal ətinin filesi və qıtığotulu alma[4]
  • Boyşel
  • Svibelrostbraten
  • Vanillerostbraten
  • Rostbif Jirardi
  • Krautflekerl — kələm və yerli flekerl makaronundan hazırlanmış xörək

Bölgə mətbəxi

[redaktə | mənbəni redaktə et]
  • Vyana: Vyana mətbəxi
  • Aşağı Avstriya: quş ətinə üstünlük verilir.
  • Burqenland: macar mətbəxinin güclü təsiri; Burqenland kripfeli
  • Ştiriya: ənənəvi Şririya məzələri — bütün salatlara qatılan qabaq yağı
  • Karintiya: balıq ətinə üstünlük verilir.
  • Yuxarı Avstriya: Bavariya və Bohemiya mətbəxlərinin təsiri; şirniyyatlardan Lins tortu
  • Zalsburq: Zalsburq nokerli[5]
  • Tirol: Tirol qröstlü
  • Forarlberq: İsveçrə və Şvabiya mətbəxinin təsiri
  1. "Austrian cuisine". 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
  2. 1 2 Gundel, Karoly. Gundel's Hungarian cookbook. Budapest: Corvina. 1992. ISBN 963-13-3600-X. OCLC 32227400.
  3. "Vienna cuisine". 2018-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
  4. "Die Neue Fleischeslust (in German)". falstaff. 2016-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
  5. "Wienerbrød". Arbejdsgiverforeningen Konditorer, Bagere og Chocolademagere. 2008-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]