I Leopold (Belçika kralı)

I Leopold (fr. Léopold Ier; alm. Leopold I‎) və ya Saksen-Koburq-Zaalfeldli Leopold Corc Kristian Fridrix (fr. Léopold Georges Chrétien Frédéric de Saxe-Cobourg-Saalfeld; alm. Leopold Georg Christian Friedrich von Sachsen-Coburg-Saalfeld‎) (16 dekabr 1790[1][2][…], Koburq, Saksen-Koburq-Zaafeld10 dekabr 1865[1][2][…], Laken[d], Brüssel) — ilk Belçika kralı.

I Leopold
alm. Leopold Georg Christian Friedrich von Sachsen-Coburg-Saalfeld
21 iyul 1831 – 10 dekabr 1865
Əvvəlki-
SonrakıII Leopold
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1790(1790-12-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1865(1865-12-10)[1][2][…] (74 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, əsilzadə
Həyat yoldaşları
Uşaqları
Ailəsi Saksen-Koburq-Qot sülaləsi
Dini lüteranlıq
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası, Saksen-Koburq-Qota, Belçika, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı, Saksen-Koburq-Zaafeld
Qoşun növü Belçika Silahlı Qüvvələri, Britaniya Ordusu[d]
Döyüşlər
Rütbəsi feldmarşal[d], general-leytenant

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saksen-Koburq-Zaalfeld hersoqu Fransiskin ən kiçik oğlu olan Leopold Rusiya imperiya ordusunda xidmət etdi və Napoleon müharibələrində Saksen-Koburqu işğal edən fransız qüvvələrinə qarşı döyüşdü. Napoleon Bonapartın məğlubiyyətinin ardından Leopol Birləşmiş Krallığa yollandı və burada 1816-cı ildə naib Şahzadə Corcun qızı Uelsli Şarlotta ilə evləndi. İlk evliliyində xoşbəxt olsa da, çox keçmədən xanımı doğuş əsnasında vəfat etdi. Buna baxmayaraq Leopold Birləşmiş Krallıqdakı nüfuzunu itirmədi.

Yunanıstan İstiqlaliyyət Müharibəsinin (1821-1830) ardından toplanan Birinci London konfransında Yunanıstan taxt-tacı Leopolda təklif edilsə də, bölgədəki qeyri-sabitlik səbəbilə bu təklifi qəbul etmədi. Bunun yerinə həmin il müstəqilliyini qazanan bir digər taxt-tac - Belçika səltənətində haqq iddia etdi və 21 iyul 1831-ci ildə keçirilən and içmə mərasiminin ardından ilk Belçika kralı seçildi. Ertəsi il Orleanlı Luiza ilə evlənən I Leopoldun bu nigahdan 4 övladı doğuldu. Üstəlik kralın məşuqəsindən də nigahdan kənar 2 oğlu dünyaya gəldi. Onun səltənəti hollandların Belçikanı yenidən işğal etmə cəhdləri və katolik-protestant sürtüşmələri ilə xarakterizə olunur. Protestant olan I Leopold, 1835-ci ildə Belçikadakı ilk dəmiryolu xəttinin çəkilməsini dəstəkləyərək iqtisadi modernizasiyanı və sənaye inqilabına təkan verdi. Belçika Konstitusiyasında qeyri-müəyyənlikdən istifadə edərək monarxın səlahiyyətlərini olduqca genişləndirsə də, 1848-ci il inqilablarının ölkənin siyasi həyatını dəyişdirməsinə imkan vermədi. 1865-ci ildə vəfat etdi və ölümünün ardından oğlu II Leopold taxta çıxdı.

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

16 dekabr 1790-cı ildə Saksen-Koburq-Zaalfeld hersoqluğundakı (indiki Bavariya) Koburq şəhərində dünyaya gəldi. Atası Saksen-Koburq-Zaalfeld hersoqu Fransisk, anası isə Ebersdoflu Avqustadır. Hələ 6 yaşında ikən, 1797-ci ildə Rusiya imperiya ordusundakı İsmayılovski alayında fəxri polkovnik ünvanıyla hərbi təhsilinə başladı və 6 illik təhsilin ardından general-mayor rütbəsinə yüksəldi. Napoleon müharibələri əsnasında 1806-cı ildə fransızların Saksen-Koburqu işğal etməsinin ardından Leopold Parisə aparıldı və burada bir müddət Napoleon Bonapartın sarayında saxlanıldı. Burada yavərlik təklif edilsə də, o bunu qəbul etmədi və qısa zaman sonra o əsnada Fransa ilə müharibə vəziyyətində olan Rusiya imperiya ordusundakı xidmətinə geri döndü. Napoleon Bonaparta qarşı aparılan hərbi yürüşə qatılan Leopold kirasir adlanan ağır süvari birliklərinin başında Kulm döyüşündə özünü göstərdi. Napoleon Bonapartın məğlub edildiyi 1815-ci ildə o, hələ 25 yaşında ikən artıq general-leytenant rütbəsinə yüksəlmişdi.

Taxt-tac namizədliyi

[redaktə | mənbəni redaktə et]

1816-cı ilin martında Birləşmiş Krallıq vətəndaşlığını qəbul etdi və 2 may 1816-cı ildə Londonda Uelsli Şarlotta ilə evləndi. Şarlotta naib Şahzadə Corcun yeganə rəsmi övladı idi və bu səbəblə Birləşmiş Krallığın taxt sıralamasında ikinci yeri tuturdu. Cütlüyün evlənməsinin ardından Leopold feldmarşal ünvanı aldı və Bant ordeni ilə mükafatlandırıldı. Cütlük bu evliliyində xoşbəxt olsa da, çox keçmədən 5 noyabr 1817-ci ildə xanımı Şarlotta ölü bir oğlan uşağı dünyaya gətirdi və ertəsi gün özü də vəfat etdi. Leopoldun xanımının ölümündən məyus olduğu bilinir. Qızının ölümündən sonra varissiz qalan Şahzadə Corc isə taxt-tacın öz şəcərəsindən davam etməsi niyyətiylə Leopoldun nüfuzuna toxunmadı və 6 aprel 1818-ci ildə ona Əlahəzrət ünvanı verdi. 1828-1829-cu illərdə alman əsilli aktrisa Karolina Bauer ilə qeyri-rəsmi münasibət saxlayan Leopold onu və anasını Londona gətirdi. Ancaq 1829-cu ilin ortalarında bu münasibət sonlandı və məşuqəsiylə anasını yenidən Berlinə göndərdi. Aktrisanın ölümündən sonra nəşr olunan xatirələrində ikisi arasında qeyri-rəsmi nigah olduğu qeyd edilsə də, belə bir nigah barədə heç bir sübut tapılmadı.

Osmanlı imperiyasına qarşı olan Yunanıstan İstiqlaliyyət Müharibəsinin ardından toplanan Birinci London konfransında Yunanıstan taxt-tacı Leopolda təklif edilsə də, bölgədəki qeyri-sabitlik səbəbilə 17 may 1830-cu ildə bu təklifi geri çevirdi.

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

Həmin ilin avqustunda Birləşmiş Niderland Krallığının cənub bölgəsindəki holland idarəçiliyinə qarşı Brüsseldə üsyan başladı və üsyançılar 20 dekabr 1830-cu ildə toplanan İkinci London konfransına nümayəndə göndərərək yeni bir dövlət qurmaq niyyətlərini bildirdilər. Bölgədəki holland idarəçiləri qovuldu və baron Erasme-Lui naib olaraq bölgəni müvəqqəti olaraq idarə etməyə başladı. Ancaq ən mühüm problem yeni yaradılacaq bu dövlətin başına kimin gətiriləcəyi idi. Yerli əhali holland və ya fransız mənşəli birinin kral olmasına qarşı idilər. Nəhayət uzun müzakirələrin ardından 22 aprel 1831-ci ildə Belçika taxt-tacı Leopolda təklif olundu. İlk addımda bu təklifi qəbul etməyən Leopold 17 iyulda Kaledən Belçikaya gəldi və Brüsselə doğru səyahətə çıxdı. Keçdiyi şəhərlərdə təntənəli olaraq qarşılandı və 21 iyul 1831-ci ildə Brüsseldəki kral sarayında keçirilən mərasimlə kral seçildi. Həmin gün Belçikada milli bayram olaraq qeyd olunur.

I Leopold və monarxial qohumları (soldan sağa: oğlu Filipp, qardaşı oğlu Şahzadə Albert, onun qızı Şahzadə Alis, qardaşı nəvəsi İnfant Lui, bacısı qızı Kraliça Viktoriya, onun oğlu Şahzadə Eduard və özü)

I Leopoldun taxta çıxmasından 12 gün sonra 2 avqustda hollandlar Belçikaya müharibəyə elan etdi. Kiçik Belçika ordusu cəbhə boyunca geri çəkilməyə məcbur oldu. 8 il boyunca davam edən bu hərbi münaqişə fransızların dəstəyi ilə Belçikanın qələbəsi və 1839-cu ilin aprelində hollandların Belçikanın müstəqilliyini tanıması ilə nəticələndi.

Dövlət idarəsini ümumilikdə məclisə verən I Leopold, Belçika Konstitusiyasında qeyri-müəyyənlikdən istifadə edərək monarxın səlahiyyətlərini olduqca genişləndirdi. Hollandlarla aparılan hərbi münaqişə səbəbilə bütün iqtisadi və ticarət əlaqələri kəsilən Belçika, ard-arda gələn quraqlıq illəri səbəbilə yoxsulluq çəkməyə başladı. Sənaye inqilabını dəstəkləmək məqsədilə Belçikadakı ilk dəmir yollu xətti olan Brüssel-Meşelin dəmiryolu xətti 1835-ci ildə fəaliyyətə başladı. Bu isə Avropadakı ilk dəmiryolu xətlərindən biri hesab olunur. Nəticədə yaranan iqtisadi böhran 1850-ci ilədək davam etdi. Digər yandan ölkədəki katolik və liberallar arasındakı siyasi mübarizə ən pik həddinə çatdı. 1846-cı ildə liberalların siyasi partiya olaraq fəaliyyətə keçməsiylə bu mübarizə daha da qızışdı.

1848-ci il inqilabları qonşu ölkələrdən fərqli olaraq Belçikada çox dəyişikliyə səbəb olmadı. Fransa inqilabının ardından Parisdə yaşayan Belçikalı işçi miqrantların ölkəyə qayıtması və burada da monarxiyanı devirərək respublika qurmaq arzusu ölkədə qısamüddətli vətəndaş müharibəsinə səbəb oldu. Mart ayında çıxan silahlı çatışmalarda 7 nəfər miqrant öldürüldü, çoxlu sayıda miqrant isə həbs olundu. Ölkəyə qayıdan miqrantlar sərhəddə saxlanılaraq tərk-silah edildilər. Bütün bu hadisələr əsnasında I Leopold, xalqının gələcəyi üçün taxtdan çəkilməyi belə təklif etdi. Ancaq həmin ilki məhsul bolluğu və bu səbəblə əldə olunan iqtisadi rifah əhalinin çatışmalardan soyumasına səbəb oldu və dövlətə olan etimadını artırdı.

Siyasi arenadakı tərəfsizliyi və Avropanın bir çox monarx ailəsiylə olan qohumluq əlaqələri səbəbilə, siyasi vasitəçi rolu oynamağa başlayan I Leopold, əsasən Birləşmiş KrallıqIII Napoleon arasındakı münasibətlərin yaxşılaşmasında mühüm rol oynadı. Belə ki, Birləşmiş Krallığın imperatriçası Kraliça Viktoriya onun bacısı qızı idi və onun digər qardaşı oğlu Şahzadə Albertlə olan evliliyi I Leopold tərəfindən təşkil olunmuşdu. Bu isə I Leopoldun ilk evlilik planı deyildi. Bundan başqa o, qardaşı oğlu Ferdinandın Portuqaliya kraliçası II Mariya ilə evlənməsini də tərtibləmişdi.

I Leopoldun cənazə mərasimi

I Leopold 10 dekabr 1865-ci ildə Brüsseldəki Laykendə vəfat etdi. Cənazə mərasimi isə bir həftə sonra - 16 dekabrdakı doğum günündə keçirildi. Mərasimin ardından cənazə Layken yaxınlığındakı monarxial məzarlığa - ikinci xanımı Orleanlı Luizanın yanına dəfn olundu. Yerinə isə 30 yaşlı oğlu II Leopold Belçika taxt-tacına sahibləndi.

İlk evliliyi 2 may 1816-cı ildə Londonda naib Şahzadə Corcun yeganə övladı Uelsli Şarlotta ilə baş tutdu. Ancaq cütlüyün ölü doğulan bir oğlan uşağından başqa övladı olmadı.

İkinci evliliyi isə 9 avqust 1832-ci ildə Fransa kralı I Lui-Filippin qızı Orleanlı Luiza ilə baş tutdu və cütlüyün bu nigahdan 4 övladı doğuldu.

Bundan başqa onun Arkadiye Meyer adlı məşuqəsindən 2 nigahdna kənar oğlu daha vardı. Hər iki oğlu da 1862-ci ildə qardaşı II Ernest tərəfindən qraf ünvanı aldı

  1. 1 2 3 4 Leopold I // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Lundy D. R. Leopold I Georg Christian Friedrich, Roi des Belges // The Peerage (ing.).
  3. 1 2 3 4 Kindred Britain.