Bavariyalı Yelizaveta (Belçika kraliçası)

Bavariyalı Yelizaveta (fr. Élisabeth en Bavière; 25 iyul 1876[1][2][…]23 noyabr 1965[1][2][…], Brüssel[3]) — Bavariya hersoqu Karl Teodorun qızı, III Belçika kraliçası.

Bavariyalı Yelizaveta
23 dekabr 1909 – 17 fevral 1934
ƏvvəlkiAvstriyalı Mariya Henretta
Sonrakıİsveçli Astrid
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyul 1876(1876-07-25)[1][2][…]
Vəfat tarixi 23 noyabr 1965(1965-11-23)[1][2][…] (89 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Fəaliyyəti fotoqraf
Həyat yoldaşı
Uşaqları
Ailəsi Vittelsbax sülaləsi
Dini Roma-Katolik kilsəsi[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

25 iyul 1876-cı ildə Bavariyadakı Possenxofen qəsrində Bavariya hersoqu Karl Teodorun qızı olaraq dünyaya gəldi. 2 oktyabr 1900-cü ildə MünxenBelçika kralı II Leopoldun qardaşı oğlu Şahzadə Albertlə evləndirildi. Ərinin 1909-cu ildə taxta çıxmasıyla Belçika kraliçası oldu. Hal-hazırda Konqo Demokratik Respublikası ərazisində yerləşən şəhərlərdən biri onun şərəfinə Yelizavetvil (indiki Lubumbaşi) adlandırıldı.

Sələflərindən fərqli olaraq daha sadə həyat tərzi yaşayan Yelizaveta bir çox sosial və xeyriyyə fondlarıyla birgə fəaliyyət göstərdi. Alman əsilli olmasına baxmayaraq Birinci Dünya Müharibəsi illərində xalqının yanında oldu. Əriylə birlikdə tez-tez cəbhələri ziyarət etdi və yaralılarla şəxsən maraqlandı. Müharibənin ardından 23 sentyabr-13 noyabr 1919-cu il tarixləri ərzində baş tutan ərinin ABŞ səyahətində oğlu Şahzadə Leopoldla birlikdə iştirak etdi.

Ərinin 1934-cü ildə qəza nəticəsində vəfat etməsinin ardından yeganə oğlu Şahzadə Leopold taxta çıxdı. Bu səbəblə nisbətən geri plana çəkilən Yelizaveta, gəlini İsveçli Astridin 1935-ci ildə avtomobil qəzasında vəfat etməsinin ardından yenidən nüfuz qazandı və öz xeyriyyəçilik fəaliyyətini davam etdirdi. Olduqca uzun yaşayan Yelizaveta, oğlunun taxta çıxışı və ölkədən qovulmasına, daha sonra isə taxtdan çəkilməsinə, eləcə də digər oğlunun naib ünvanıyla ölkəni idarə etməsinə, hətta nəvəsinin taxta çıxışına şahidlik etdi. 1940-1944-cü illərdə Faşist Almaniyası tərəfindən işağl edilən Belçikadakı yəhudiləri sürgündən xilas etdi və yüzlərlə yəhudi uşağın ölkədən gizlicə qaçırılmasına vasitəçi oldu. Brüsselin azad edilişinin ardından öz şəxsi mülkü olan sarayını ingilis hərbi birliklərinin istifadəsinə verdi. Müharibənin ardından İsrail hökuməti tərəfindən Beynəlxalq ədalətlilər ordeniylə mükafatlandırıldı.

1950-ci illərdə Sovet İttifaqı, ÇinPolşaya rəsmi ziyarətlər etməsi onun "Qızıl Kraliça" olaraq anılmasına səbəb oldu. 1959-cu ildə İsrailə etdiyi rəsmi səfərlə, ölkəyə gələn ilk monarx ailəsi üzvü oldu. 23 noyabr 1965-ci ildə Brüsselürək çatışmazlığı səbəbilə vəfat etdi. Cənazəsi Laykendəki ailə məzarlığına dəfn olundu.

  1. 1 2 3 4 Élisabeth de Wittelsbach, reine des Belges // Biographie Nationale de Belgique (fr.). / Académie royale des sciences, des lettres et des beaux-arts de Belgique BXL.
  2. 1 2 3 4 5 Lundy D. R. Elisabeth Gabriele Valérie Marie Herzogin in Bayern // The Peerage (ing.).
  3. 1 2 Union List of Artist Names (ing.). 2021.
  4. Wittelsbach Elisabeth (1876 - 1965 ) // The Righteous Among the Nations Database (ing.).