Hüseynov Azər Mahal oğlu (1 avqust 1983, Novosaratovka, Gədəbəy rayonu – 11 dekabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Azər Hüseynov | |
---|---|
Azər Mahal oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1983 |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 2020 (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Dəfn tarixi | 13 dekabr 2020 |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Azərbaycan Quru Qoşunları |
Rütbə | MAHHXHQ, əsgər |
Vəzifəsi | Kiçik Çavuş |
Təltifləri |
Hüseynov Azər Mahal oğlu 1 avqust 1983-cü ildə Gədəbəy rayonunun Yenikənd kəndində anadan olub. 1990-2001-ci illərdə həmin kənddə orta təhsil alıb. 2001-2003-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.[1]
Ailəli idi, üç övladı vətənə əmanət qaldı.
Hüseynov Azər 2016-cı ildə yenidən ordu sıralarına qayıdır. Müddətdən artıq hərbi xidmətə başlayır. Kiçik çavuş rütbəsi alır.[2]
25 oktyabr 2020-ci ildə Gədəbəy rayonundan döyüşlərə qatılıb. Qələbə gününə qədər silahını yerə qoymur. Xüsusən Şuşada ağır döyüşlərdə böyük fəallıq göstərir. Düşmənin çox sayda canlı qüvvəsini məhv edir.[3] Laçın dəhlizi, Şuşa, Hadrut, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.
Lakin Xocavənddə qalan son düşmən terrorçularına qarşı antiterror əməliyyatı keçirilir. Dekabrın 11-dən 12-nə keçən gecə Hadrutda döyüş zamanı Azər düşmən snayperi tərəfindən ürəyindən vuruluraraq şəhid olur. Azər Hüseynov 13 dekabr tarixində doğulduğu kənddə dəfn edilib.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Hüseynov ölümündən sonra "Şuşanın azadlığına görə" medalları ilə təltif edildi.[6]