Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası — İctimai Birliyi, qeyri-kommersiya təşkilatıdır, ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi
AİKTSA
Loqonun şəkli
Növü Qeyri-hökumət təşkilatı
Fəaliyyəti İnformasiya texnologiyaları, Elektron sənaye, Proqram təminatı, Portal
Şüar Texnologiya bütün sahələri birləşdirən dəyər zənciridir.
Yaranma tarixi 12 avqust 2011
Qeydiyyat tarixi 26 iyul 2022
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Azərbaycan Azərbaycan, Bakı, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küç. 16, Tramvay Döngəsi 4
Sədr Elvin Abbasov
aictia.org

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" 12 avqust 2011 tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1111-Q37–2974 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib.[1][2][3][4]

26 iyul 2022 tarixində "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin idarə heyəti növbəti iclası keçirib. Toplantıda İTK müttəxəssisi Elvin Abbasov birliyə yeni rəhbər seçilib.[5][6] Birliyin yeni dövr üçün fəaliyyəti "Texnologiya bütün sahələri birləşdirən dəyər zənciridir" şüarı ətrafında tənzimlənəcək. Birliyin misyası; İKT sektorunun davamlı inkişafı vǝ rǝqabǝt qabiliyyǝtini artırmaq, qlobal rǝqabǝtçiliyǝ yüksǝlmǝk. Vizyonu; Müasir elm vǝ texnoloji nailiyyǝtlǝrǝ ǝsaslanan innovasiya vǝ yüksǝk texnologiya sahǝlǝrində inkişaf etmiş ən güclü ölkəyə verilmək.[7][8][9]

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi—Şəhadətnamə

Birliyin fəaliyyət pridmeti və məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə və inkişafına dəstək vərmək, onların sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqlarına köməklik göstərmək. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin həmcinin İKT sahələri üzrə peşə fəaliyyətləri ilə məşqul olan şəxslərin kütləviləşməsinə şəraət yaratmaq, Birliyin bir digər məqsədi Azərbaycanı İKT sahəsi üzrə beynəlxalq formlarda layiqincə təmsil etmək, bu sahədə həyata keçirilən dövlət siyasətinə uygun fəalliyyət göstərməkdədir.

Birlik fəaliyyət göstərdiyi müddətcə qurumlarla sıx əməkdaşlıq əlaqələri inkişaf etdirir, İKT qanunvericiliyinin təkmilləşdirilməsi, İKT sektorunda fəaliyyət göstərən şirkətlər arasında beynəlxalq əlaqələrin qurulması, İKT mühitinin münbitləşməsi məqsədilə dövlət qurumlarından müxtəlif imtiyazlar[10] yaradılması, hökumət və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən aparılan islahatlarının dəstəklənməsi istiqamətində mühüm işlər görülməsi nəzərdə tutulur. Birlik ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarla birlikdə İKT sektorunun inkişafı ilə bağlı bir sıra konfranslar, seminarlar və dəyirmi masalar təşkil edəcəkdir.

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında" Azərbaycan respublikasının Qanunu, digər normativ-hüquqi aktlarNizamnaməsi əsasında həyata keçirir. Birliyin baş qərargahı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri mövcutdur. Birliy hazırda fəaliyyətini uğurla davam etdirir.

Birlik yaradılarkən onun məqsədlərindən biridə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərində, ictimai və beynəlxalq təşkilatlarda üzvlərinin maraqlarının fəal müdafiəsi, onların biznes xidmətlərinə və yardıma ehtiyaclarının ödənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi olmuşdur.

  • Azǝrbaycan dövlət qrumlarında imtiyazlar əldə edərək İKT mühitinin münbitləməsi və genişlǝndirilmǝsi;[11][12][13][14]
  • İKT bazarını daim analiz edib hesabatların hazırlanması vǝ yeni strategiyaların tǝklifi;
  • İKT sektorunda fǝaliyyǝt göstǝrǝn şirkǝtlǝrin kvalifikasiyası;[15]
  • İKT ǝmǝk bazarında fǝaliyyǝt göstǝrǝn aktivlǝrin kvalifikasiyasının artırlması və sertifkalaşması;[16][17]
  • 4-cü sǝnaye inqilabına keçid mǝrhǝlǝsi üzrǝ arxitekturanın qurulmasına dǝstǝk olmaq;
  • İKT sahǝsindǝ Alternativ "Milli İnternet Resursları"-nın vǝ "Made in Azerbaijan" brendlǝrinin yaranmasına dǝstǝk olmaq.[18]

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi-nin loqosu fon üzərində göy (mavi) Buta, Butanın üzərində ki naxışlar elektron sxem olaraq təsvir edilmişdir.

Logoda istifadə edilən Buta ― Azərbaycanın tanınmış nişanəsidir. Olduqca çox sirli tərəflərə malikdir. Buta bir çox qədim əsərlərimizdə də adı çəkilən bir nişanədir, onda tariximizin izi var. Butanın sirləri arasında Qız Qalası da gizlənir. Görünür bu səbəbə görə, xalqımız Butanı Azərbaycanın milli rəmzi hesab etmişlər. Buta yuxarıdan baxdıqda 6 rəqəminə bənzəyir. Dünyada 6 rəqəmini xatırladan ən məşhur üç tikili vardır: Bunlardan biri Misirdə, biri Mesopatomiyada, digəri isə Bakıda yerləşən Qız Qalasıdır. Buta bizim tariximizin bir hissəsidir. Çünki bütün qədim xalçalarımız, memarlıq abidələrimiz buta nişanəsi ilə bəzədilmişdir. Butanın izahlı lüğətlə olan tərcüməsi belədir: qönçə və parçaların üzərində badamabənzər xırda naxış, xırda gril şəkli.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" Butanı rəsmi logosunda istifadə edərək milli mənsubiyyətini, məfkurəsini, təfəkkürünü və bir çox xarakteriskasını Buta simvolu ilə ifadə edir həmçinin təşkilatın adı 6 kəlmədən ibarətdir, bu isə Butanın 6 rəqəmini ifadə etdiyi digər xüsusiyyətlərdən biridir. Butanın naxışlarının elektron sxemə bənzədilməsi isə təşkilatın İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində fəaliyyətini ifadə edir.

Logoda istifadə edilən göy (mavi) rəng əbədilik, sadiqlik rəmzidir. təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Mavi sülhü, sevgini ifadə edir. Bu rəng dünyagörüşünün artırması, səyahət etmək, həyatı sevmək, qalib gəlmək və uğur qazanmağ kimidə xarakterizə olunur, Bu rəng təbiət ilə harmonyadadır, Tarixi mənbələrdə Azərbaycan xalqı göy (mavi) rəng başqa mənalarla yanaşı, həm də sevincin, şadlığın, xoş xəbərin simvolu kimidə qəbul edir.

Logonun fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmcinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiramı bildirir.

Birliyinin rəsmiləri

[redaktə | mənbəni redaktə et]
  • İdarə Heyətinin sədri: Elvin Abbasov[19]
  • İdarə Heyətinin sədr müavini: Vüsal Məsiyev
  • İdarə heyətinin üzvü: Fariz Cəfərov
  • İdarə heyətinin üzvü: Emin Novruzov
  • İdarə heyətinin üzvü: İlham Əzizov
  • Baş Katib: Qəşəm Məmmədov
  • Mətbuat Katib: Orxan Kərim
  1. "("Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi yaradılır)". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  2. "("Ədliyyə Nazirliyi yeni QHT-ləri dövlət qeydiyyatına alıb" (SİYAHI))". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  3. "("Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi yaradılır")". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  4. "("İKT üzrə yeni İctimai Birlik yaradılır)". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  5. "("Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası"na yeni rəhbər seçilib)". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  6. "("Azərbaycan İKT Sənayesi Assosiasiyası"na yeni sədr seçilib)". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  7. "Kocaeli Haber - Azerbaycan Bilgi ve İletişim Teknolojileri Sanayi Derneği yeni bir aşamaya giriyor!". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  8. "(«Ассоциация индустрии информационно-коммуникационных технологий Азербайджана» вступает в новый этап)". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  9. "(Assosiasiya yeni mərhələyə qədəm qoyur)". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  10. "Məşğulluq Agentliyi ilə İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası birgə layihələr həyata keçirəcək". İstifadə tarixi: 2023-10-10.
  11. "AİKTSA-nın təşəbbüsü ilə SİF nümayəndələri ilə görüş keçirilib". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  12. "İKT sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları müzakirə olunub". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  13. "Assosiasiya sədri Elvin Abbasov Mediasiya Şurasının rəhbərliyi ilə görüşüb". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  14. "Ölkəmizdə İKT-nin inkişafını təşviq etmək məqsədilə birgə işlər görüləcək". 2023-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  15. "AZSTAND və AIKTSA arasında Anlaşma Memorandumu imzalanacaq". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  16. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-01.
  17. "Peşə hazırlığı müəssisələrinin reyestri". 2023-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
  18. "Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün təkliflər paketi hazırlanacaq". 2022-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  19. ""Azərbaycan İKT Sənayesi Assosiasiyası"na yeni sədr seçildi". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]