Azərbaycan Atabəyləri dövləti — Akademik Ziya Bünyadovun Atabəylər Dövləti haqqında yazdığı kitab.
Azərbaycan Atabəylər dövləti | |
---|---|
| |
Müəllif | Ziya Bünyadov |
Janr | Tarix |
Orijinalın dili | Azərbaycan türkcәsi və Rus dili |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | Ziya Bünyadov. "Azərbaycan Atabəyləri dövləti (1136 -1225-ci illər)" (Bakı, Elm, 1978). |
Tərcüməçi | Cahangir Qəhrəmanov (2007) |
Nəşr | 1978, 1984, 2007. |
Cild | 1 |
Səhifə | 258(2007) |
ISBN | ISBN 978-9952-34-066-2 |
Ziya Bünyadovun "Azərbaycan Atabəyləri dövləti. 1136–1225-ci illər" adlı monoqrafiyası 1978-ci ildə çapdan çıxmışdır. Çap edildikdən sonra xeyli sayda müsbət rəylər alan və tənqidçilər tərəfindən yüksək qiymətləndirilən bu kitab sayəsində Bünyadov 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.[1]
Qeyd edilməlidir ki, bu kitab Azərbaycan şərqşünaslıq elmində bu dövrün hadisələrinin geniş bir şəkildə bəhs edildiyi ilk əsərdir. Bu kitaba qədər belə bir əsərin yazıla bilməməsinə səbəb kimi dövrün mənbələrinin azlığı, mövcud olanların isə eyni hadisələrdən bəhs etməsi göstərilir. Lakin Bünyadovun ərəb dilindən rus dilinə tərcümə edib hazırladığı ən-Nəsəvinin "Sultan Cəlaləddinin tərcümeyi-halı", əl-Hüseyninin salnaməsinini izahlı tərcüməsi kimi əsərləri onun bu kitabla orijinal bir tarixşünaslıq materialı formalaşdırmasına yol açmışdır.[2]
Kitabda Azərbaycan Atabəyləri dövlətində idarəetmə üsulu məsələləri ilk dəfə olaraq nəzərdən keçirilir. Bu dövlətin mədəni həyatı, vergi sistemi, şəhər və saray iyerarxiyası, əkinçilik və torpaqdan istifad edilməsi qaydası yeni səpkidə təhlil olunur.[3]
Tədqiqat prosesində Azərbaycan tarixi üçün yeni olan bir sıra orta əsr yazılı mənbələrindən də istifadə edilmişdir.[3]