Azərbaycan Məmbətov

Azərbaycan Mədi oğlu Məmbətov (qazaxca: Әзірбайжан Мәдиұлы Мәмбетов, 2 sentyabr 1932—ci il, Savinka kəndi, Palasov kantonu, Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikası[1] - 17 noyabr 2009-cu il Astana, Qazaxıstan) — SSRİ, Qazaxıstan kino və teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1976), SSRİ Dövlət Mükafatı laureatı (1974), Qazaxıstan Xalq Qəhrəmanı (2000).

Azərbaycan Mədi oğlu Məmbətov
Әзірбайжан Мәдиұлы Мәмбетов
Doğum tarixi
Doğum yeri Savinka kəndi, Palasov kantonu, Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikası
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Astana, Qazaxıstan
Dəfn yeri
Milliyyəti qazax
Vətəndaşlığı
Fəaliyyəti kino rejissoru, opera rejissoru, teatr rejissoru, pedaqoq
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d]
Teatr M.О.Аuezov adına Qazaxıstan Milli Akademik Dram Teatrı
K.Kuanışbayev adına Qazaxıstan Musiqili Dram Teatrı
Mükafatları Qazaxıstan Xalq Qəhrəmanı
Vətən ordeni (Qazaxıstan)
"Qırmızı əmək bayrağı" ordeni Əmək Bayrağı ordeni
"Xalqlar dostluğu" ordeni Xalqlar Dostluğu ordeni
"SSRİ xalq artisti" fəxri adı SSRİ xalq artisti
SSRİ Dövlət mükafatı SSRİ Dövlət mükafatı
Qazaxstan SSR Dövlət mükafatı

Azərbaycan Mədi oğlu Məmbətov 2 sentyabr 1932—ci ildə Savinka kəndi, Palasov qəsəbəsi (hazırda şəhər), Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikasında[1] (bəzi mənbələrə görə sentyabrın 2-də hazırkı Rusiya Federasiyası, Volqoqrad vilayəti[2]) Palasov şəhərində) anadan olmuşdur. Milliyyətcə qazaxdır.

Müharibə zamanı ailə Alma-Ataya köçmüşdür. 1952-ci ildə N.Qoqol adına Alma-Ata Teatr və Rəssamlıq Məktəbinin aktyorluq hissəsini bitirmişdir. Təhsil aldığı müddətdə eyni zamanda Alma-Ata xoreoqrafiya məktəbinin rəqs şöbəsində rəqs etmişdir. Həmçinin təhsil aldığı dövrdə Qazaxıstan SSR Mahnı və Rəqs Ansamblının solisti olmuşdur.

1957-ci ildə Moskvada Rusiya Teatr Sənəti İnstitutunda rejissorluq şöbəsini bitirmişdir (N.M.Qorçakov və A.A.Qonçarovun tələbəsi olmuşdur).

Hələ tələbə ikən, filmlərdə rol almışdır. A.P.Staynın "Şəxsi İş", K.Qoldoninin "İki Ustanın Xidmətçisi" tamaşalarını Atırau və Jambul vilayət dram teatrlarının səhnələrində səhnələşdirmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məzun olduqdan sonra - Alma-Atada M.Auezov adına Qazaxıstan Akademik Dram Teatrında rejissor, 1965-ci ildən - baş rejissor (1970-ci ildən və direktor).

1970-ci illərin sonunda rejissorla kollektiv arasındakı qarşıdurma ilə əlaqədar olaraq teatrdan müvəqqəti olaraq kinoya getməyə qərar vermişdir. Mosfilm kinostudiyasında təcrübə keçmişdir. 1978-ci ildən - "Qazaxfilm" kinostudiyasının direktoru vəzifəsində çalışmışdır.

1 aprel 1995-ci ildə Qazaxıstan Teatr Xadimləri Birliyinə işə keçmişdir.

1999-cu ildən Astanada K.Kuanuşbayev adına Qazaxıstan Dövlət Musiqili Dram Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır.

Digər teatr və şəhərlərdə (Praqa, Moskva, Daşkənd, həmçinin Alma-Atıdakı koreya, uyğur teatrlarında və digər teatrlarda) tamaşalar səhnələşdirmişdir.

1973-cü ildə Şirazda (İran) keçirilən Asiya, Afrika və Latın Amerikası Ölkələrinin Beynəlxalq Teatr Festivalında onun Ç.Aytmatovun "Ana tarlası" pyesi göstərildi və 1984-cü ildə Nansidə (Fransa) Beynəlxalq Millətlər Teatrı Festivalında Q.Musrepovun "Kozı Körpeş - Bayan Sulu" tamaşası ilə iştirak etmişdir.

1970-ci ildən Alma-Ata Teatr və İncəsənət İnstitutunda (indiki T.K.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası) dərs demişdir. 1979-cu ildən professor elmi dərəcəsini almışdır.

Qazaxıstan SSR Kinematoqrafçılar İttifaqının üzvü. 1981-ci ildən - Qazaxıstan Teatr Cəmiyyətinin sədridir (Qazaxıstan Teatr Xadimləri İttifaqı).[3].

1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü, 9-cu çağırış Qazaxıstan SSR Ali Sovetinin deputatı olmuşdur. 1989-cu ildə SSRİ Xalq deputatı seçilmişdir. Üç dəfə Qazaxıstan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

17 Noyabr 2009-cu ildə Alma-Atada[4] (bəzi mənbələrdə Astanada[5]) vəfat etmişdir. Alma-Atadakı "Kensay qəbiristanlığı"nda dəfn edilmişdir.[6]

  • Həyat yoldaşı - Qaziza Axmetovna Jubanova (1927-1993), bəstəkar, SSRİ xalq artisti (1981).
  • Beş uşaq atası idi.
  • Böyük bacısı teatr aktrisası Akkağöz Məmbətova (1923-2004). Qazaxıstan SSR əməkdar artisti (1966).
  • Qazaxıstan Xalq Qəhrəmanı (2000)
  • Vətən ordeni (Qazaxıstan)
  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Xalqlar Dostluğu" ordeni
  • "SSRİ xalq artisti" fəxri adı
  • SSRİ dövlət mükafatı
  • Qazaxıstan SSR Dövlət mükafatı
  • SSRİ Dövlət Mükafatı (1974) - A. K.Nurpeisovun "Qan və Tər" tamaşasının səhnələşdirilməsinə görə
  • Qazaxıstan SSR-nin K.Baiseitova adına Dövlət Mükafatı (1965) - Ç.Aytmatovun "Ana tarlası" tamaşasını səhnəyə qoyduğuna görə
  • Otan ordeni (2000)
  • Medallar
  • Qazaxıstan SSR Ali Sovetinin fəxri fərmanı
  • "Bölgədə Rejissorluğun İnkişafına Görkəmli Töhfəsinə görə" Xüsusi Mükafat (Beynəlxalq "Nauryz-92" Festivalı, Daşkənd)
  • "Yıldızlar Paradı" Respublika televiziya müsabiqəsində Qazaxıstan Respublikası mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri kimi tanınmışdı (1993)
  • Astananın fəxri vətəndaşı (2000)
  1. 1 2 Мамбетов Азербайжан Мадиевич // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — М.: Советская энциклопедия, 1969.
  2. Театральная Энциклопедия. драма опера балет оперетта цирк эстрада драматург режиссёр
  3. "Почетные граждане — Astana.gov.kz". 2014-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  4. "Ушел из жизни режиссёр Азербайжан Мамбетов". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
  5. "Скончался режиссер Азербайджан Мамбетов" (rus). Радио Азаттык. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
  6. "В Алма-Ате хоронили легендарного казахстанского режиссёра Азербайжана Мамбетова: Культура и шоу-бизнес, 21 ноября 2009". 2009-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-23.