Azərbaycan Premyer Liqasının bombardirləri

Burada Azərbaycan Premyer Liqasında bir mövsüm ərzində ən çox qol vuran oyunçuların mövsümlərə görə sıralaması qeyd olunacaq. 1992-ci ildən başlayan liqanın ilk bombardiri 33 oyuna 39 qol vuran Nazim Əliyevdir. Son bombardiri isə 2021–2022 mövsümündə 12 qol vuran Qarabağın futbolçusu Kadi Borqesdir.

Bu günə qədər 21 fərqli futbolçu ən çox qol vuran futbolçu adına yiyələnib. 3 dəfə bombardir olmağı bacaran Nazim Əliyev ən çox bu adı qazanan futbolçudur. 2 dəfə bombardir olan Zaur Ramazanov isə bu kateqoriyada ikincidir. Nazim Əliyev həmçinin ən çox — 3 fərqli klubun heyətində bombardir olmağı bacaran ilk oyunçudur. Bombardirlik titulunu qazanan 20 fərqli futbolçudan 13-ü yerli, 8-i isə xarici futbolçu olub. İlk dəfə bombardir olan legioner futbolçu Şəmkirin heyətində 1999–2000 mövsümündə 16 qol vuran Badri Kvaratsxeliya olmuşdur. Mövsüm ərzində ən çox qol vurmağı bacaran digər gəlmə futbolçular isə Yakuba Bamba, Valter Quqlemon, Georgi Adamiya, Bahodir Nasimov, Nikolas Kanales, Reynaldo Silva və Dani Kintanadır.

5 mövsümdə bombardir məhz Neftçi klubun futbolçusu olmuşdur ki, bu kateqoriyada Neftçi birincidir. İkincilik isə Qarabağdadır. 4 fərqli mövsümdə qol kralı Qarabağın heyətindən olan futbolçu olmuşdur.

Premyer Liqa tarixində sadəcə 1 mövsümdə bombardirlik 2 oyunçu tərəfindən paylaşılmışdır. 1995–1996 mövsümündə Kəpəzin 2 futbolçusu — Rövşən Əhmədov və Fazil Pərvərov 23 qol vurub, lakin daha az sayda oyun keçirdiyi üçün Fazil Pərvərov birinciliyi əldə edib.

Mövsümlərə görə bombardirlər

[redaktə | mənbəni redaktə et]
Qurban Qurbanov — 1996/97 mövsümü bombardiri
MÖVSÜM FUTBOLÇU KLUB OYUN QOL
1992 Nazim Əliyev "Xəzər" (Sumqayıt) 33 39
1993 Samir Ələkbərov "Neftçi" 16 16
1993/94 Musa Qurbanov "Turan" 29 35
1994/95 Nazim Əliyev "Neftçi" 24 26
1995/96 Fazil Pərvərov "Kəpəz" 26 23
Rövşən Əhmədov "Kəpəz" 27 23
1996/97 Qurban Qurbanov "Neftçi" 29 34
1997/98 Nazim Əliyev "Dinamo" (Bakı) 23 23
1998/99 Alay Bəhramov "Viləş"(Masallı) 28 24
1999/00 Badri Kvaratsxeliya "Şəmkir" 21 16
2000/01 Paşa Əliyev "Dinamo-Bakılı" 17 13
2001/02 Alay Bəhramov "Şəmkir" 23 15
2003/04 Samir Musayev "Qarabağ" 23 20
2004/05 Zaur Ramazanov "Karvan"(Yevlax) 26 21
2005/06 Yakuba Bamba "Karvan"(Yevlax) 22 16
2006/07 Zaur Ramazanov "Xəzər-Lənkəran" 24 20
2007/08 Xaqani Məmmədov "İnter" 23 19
2008/09 Valter Quqlemon "İnter" 24 17
2009/10 Fərid Quliyev "Standard" 29 16
2010/11 Georgi Adamiya "Qarabağ" 30 18
2011/12 Bahodir Nasimov "Neftçi" 29 16
2012/13 Nikolas Kanales "Neftçi" 31 26
2013/14 Reynaldo Silva "Qarabağ" 31 22
2014/15 Nurlan Novruzov "Bakı" 30 15
2015/16 Dani Kintana "Qarabağ" 32 15
2016/17 Rauf Əliyev "İnter" 26 11
2017/18 Baqali Dabo "Qəbələ" 27 13
2018/19 Mahir Emreli "Qarabağ" 26 16
2019/20 Baqali Dabo

Mahir Emreli

Stiven Monroz

Peyman Babayi

"Neftçi"

"Qarabağ"

"Neftçi"

"Sumqayıt"

15

16

19

19

7
2020/21 Namik Ələskərov "Neftçi" 26 19
2021/22 Kadi Borges "Qarabağ" 25 12

[1]

Komandalara görə göstəricilər

[redaktə | mənbəni redaktə et]
SIRA KLUB BOMBARDİR SAYI MÖVSÜMLƏR
1 "Neftçi" 8 1993; 1994/95; 1996/97; 2011/12; 2012/13; 2019/20; 2020/21
2 "Qarabağ" 7 2003/04; 2010/11; 2013/14; 2015/16; 2018/19; 2019/20; 2021/22
3 "İnter" 3 2007/08; 2008/09; 2016/17
4 "Karvan" 2 2004/05; 2005/06
"Kəpəz" 1995/96

Milliyətə görə göstəricilər

[redaktə | mənbəni redaktə et]
MİLLİYƏT BOMBARDİRLİK SAYI
Azərbaycan Azərbaycan 20
Fransa Fransa 3
Gürcüstan Gürcüstan 2
Braziliya Braziliya 3
Kot-d'İvuar Kot-d’İvuar 1
Uruqvay Uruqvay 1
Özbəkistan Özbəkistan 1
İran İran 1

Çempionatlar tarixində 100 qol səddini keçənlər

[redaktə | mənbəni redaktə et]
SIRA FUTBOLÇU QOL
1 Nazim Əliyev 183
2 Müşviq Hüseynov 125
3 Rövşən Əhmədov 116
4–5 Qurban Qurbanov 115
Samir Ələkbərov 115
6 Alay Bəhramov 108
7 Nadir Nəbiyev 103
8–9 Xaqani Məmmədov 102
Vadim Vasilyev 102
10 Kənan N. Kərimov 101

Ən məhsuldar legionerlər

[redaktə | mənbəni redaktə et]
SIRA FUTBOLÇU QOL
1 Badri Kvaratsxeliya 71
2 Georgi Adamiya 61
3 Viktor İqbekoyi 47
4 Reynaldo Silva 44
5 Flip Ozobiç 43
6 Branimir Subaşiç 42
7–8 Baqali Dabo 41
7–8 Leandro Qomeş 41
9–10 Fernando Peres 40
9–10 Junivan Suares 40

Çempionatlar tarixinin ən yaxşı bombardiri

[redaktə | mənbəni redaktə et]

Bombardirlər siyahısının lideri Nazim Əliyev 183 qola 236 matçda imza atıb. 1992-ci ildə Sumqayıt "Xəzər"i ilə Azərbaycan çempionatında debüt edən hücumçu qollarından 93-nü bu klubda vurub. "Neftçi"də 42 dəfə fərqlənən Əliyev "Dinamo"da 25, "Qarabağ"da 23 dəfə rəqib qapılarına yol tapıb. 183 qolu 9 mövsümdə vuran forvard 4 klubla buna nail olub.

MÖVSÜM KLUB OYUN QOL
1992 Xəzər (Sumqayıt) 33 39
1993 Xəzər (Sumqayıt) 18 11
1993/94 Xəzər (Sumqayıt) 29 24
1994/95 Neftçi (Bakı) 23 26
Xəzər (Sumqayıt) 1 0
1995/96 Qarabağ (Ağdam) 15 6
"Neftçi" (Bakı) 14 16
1996/97 "Qarabağ" (Ağdam) 29 17
1997/98 "Xəzər" (Sumqayıt) 13 11
"Dinamo" (Bakı) 10 12
1998/99 "Dinamo" (Bakı) 31 13
1999/00 "Xəzər" (Sumqayıt) 20 8
CƏMİ 236 183

[2]

Azərbaycan Çempionatları tarixində rekordlar

[redaktə | mənbəni redaktə et]
  • Bir mövsümdə ən çox qol : 39
  1. Nazim Əliyev (Xəzər) — 1992
  • Çempionatlar tarixində ən çox qol : 183
  1. Nazim Əliyev
  1. Vüqar Xeyrullayev, Apasport. "Çempionat bombardirləri tarixi" (az.). apasport.az. 17.05.2016. 2016-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  2. PFL. "Peşəkar Futbol Liqası Arxivi" (az.). pfl.az. 03.06.2016. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.