Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Azərbaycan Respublikasının Dövlət Bayrağı GünüAzərbaycan Respublikasının rəsmi dövlət bayramı. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir.[1]

Dövlət Bayrağı Günü
Ölkə
Qeyd olunmağa başlayıb 2009
Tarix 9 noyabr

1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi.[2] Həmin qərardan:

" Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. "

Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi.[3] Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi:[2]

" Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.

"

ABŞ veksilloloqu Vitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci il iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp

" Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır. "

Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi:

" Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur. "

Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. 2009-cu il noyabrın 9-da — Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.[4]

Bu tarixdən etibarən Bayraq günü Azərbaycan ərazisində və ondan kənarda yaşayan azərbaycanlılar arasında daha da təmtəraqla qeyd edilir.

Poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]
2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin noyabr ayının 9-da Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş poçt markası təqdim edilmişdir.[5] Qiyməti 30 qəpik, tirajı isə 100.000 ədəd olan həmin marka Azərbaycanın mininci poçt markası olmuşdur.[6][7]

Bayraq Gününün qeyd edilməsi:

  1. AnydayGuide. "State Flag Day in Azerbaijan / November 9, 2017". AnydayGuide (ingilis). 2019-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
  2. 1 2 "ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI". musavat.com. 5 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
  3. "Azərbaycan Xalq Cümhuriyyəti". 2019-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  4. "State Flag Day in Azerbaijan". 2019-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  5. "9 noyabr Dövlət Bayrağı günüdür". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  6. Yeni markalar çap olunub. ictnews.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine  (az.)
  7. 09.11.2011. 9 noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı günü. azermarka.az Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]