Azərbaycan U-18 milli futbol komandası

Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası

Qitə birinciliklərində

[redaktə | mənbəni redaktə et]

İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41.

Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb.

Valentin Qranatkin kubokunda

[redaktə | mənbəni redaktə et]

4 dəfə iştirak etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]