Azərbaycan kərtənkələsi

Azərbaycan kərtənkələsi (lat. Darevskia raddei) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.

Azərbaycan kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xariçi görünüş

[redaktə | mənbəni redaktə et]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kələzin uzunluğu 76 mm, quyruğu bədənindən iki dəfə uzundur. Onun başı aşkarcasına batıq formadadır. Yaxalığı isə dişvari formada qabarıqdır. Bədənində yerləşən pulçuqları hamar və qabarıqdır. Boğaz nahiyəsi boyunca 20-29 pulсuğa malik olur. Kələzin bədəni boyunca isə ortalama 48-62 pulcuğa sahib olur. Ön ərtaflarda olan pulcuqlar bel nahiyyəsindən kiçik olur.

Kələzin bədəninin yuxarı hissəsi açıq-qəhvəyi, qum rəngi və ya tünd-qonur bəzən isə demək olarki qara olur. Kərtənkələnin bel nahiyyəsini eni boyunca dördbucaqlı xalı tutur ki, onun üzəsi isə qara nöqtələr vardır. Kələzin böyür hissələrində tund 3-4 halqa vardır. Onların daxilindən ağ zolaqlar keçir. Qarın nahiyyəsi ağımtıl, mavi və bəzənsə yaşıl rəngə çalır. Erkəklərdə çütləşmə zamanı göz kənarları açıq göy və ya bənövşəyi rəng alır.

Bu növün qidasının əsasını: Sərtqanadlılar, Zərqanadlılar, İkiqanadlılar, Kəpənəklər, digər Cücülər, həmcinin Hörümçəklər, Çoxayaqlılar, Molyusklar və Soxulcanlar

Dişilər iyun ayının ortasından iyul ayının əvvəllərinə qədər yumurta qoyurlar. Dağlıq ərazilərdə isə bu hadisə iyulun ortalarından avqustun əvvələrinə qədər davam edir. Dişilər bu vaxt ərzində 2-dən 5-ə qədər yumurta qoya bilirlər. Çox vaxt 4 yumurta qoyur. İnkubasiya dövrü 55 gün davam edir. Əsasən iyulun sonları və ya sentyabrın əvvəllərində balalar yumurtadan çıxırlar. Balalar 24–27 mm uzunluğa malik olurlar.

Azərbaycan kərtənkələsi əsasən Kiçik Qafqaz dağları ərazisində daha geniş yayılmışdır. Azərbaycanın quraq dağlıq razilərində, Kürün yuxarı axarlarında və Gürçüstanın cənub hissələrində yayılmışdır. Bu növə Qafqazdan kənar ərazilərində əsasən Türkiyənin şimal-şərq və İranın (Cənubi Azərbaycan) şimal-qərbi ərazilərində də rast gəlinir. Bu növə daxil olan kərtənkələlər əsasən digər Qayalıq kərtənkələləri kimi qayalıqlarda və daşlıq ərazilərdə rast gəlinir. Dağ çayları yaxınlıqlarında və Dağ meşələri bölgələrində də təsadüf edilir. Yüksəklikdən asılı olaraq fevralın sonları martın əvvəllərindən başlayaraq, sentyabr və ya noyabr aylarına qədər aktiv həyat sürürlər. Əlverişli yerlərdə kələzlərin sayı 1 km yol boyunca 40-60 baş təşkil edir.

Növün təsnifatı

[redaktə | mənbəni redaktə et]

Bu növ üç yarımnövə bölünür ki, onlarında 2-si Ön Qafqaz ərazisində yaşayır:

  • 1. Lacerta raddei raddei Boettger, 1892 — Kiçik Qafqazın dağlıq ərazilərində əsasən Azərbaycan, az miqdarda isə Ermənistan ərazilərində müşahidə edilir (Kiçik Qafqazın cənub aşırımları istisnadır).
  • 2. Lacerta raddei nairensis Darevsky, 1967 — Şərqi Türkiyə, Kür çayının yuxarı axarları və Gürcüstanın cənub hissəsi.
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.