Azərbaycan televiziya tamaşaları

Azərbaycan televiziya tamaşaları Azərbaycan Televiziyası tərəfindən sovet və müstəqillik dövrlərində yayınlanmışdır.[1]

Tamaşa Göstərilən il Rejissor(lar) Ssenarist(lər) İstehsalçı
Ötən ilin son gecəsi 1978 Ramiz Həsənoğlu
Tariyel Vəliyev
Anar Azərbaycan Televiziyası
Kökdən düşmüş piano 1982 Lətafət Cabbarova Mövlud Süleymanlı Azərbaycan Televiziyası

Tamaşanın əsasını piano kökləyən Qəhrəmanın (Yaşar Nuri) uğursuz taleyi təşkil edir. Piano kökləmək üçün gəldiyi evdə isti ailə münasibətini görən Qəhrəman istər istəməz öz dağılmış ailəsini xatırlayır və dərdini ev sahibləri Gülər (Səidə Quliyeva) və Nərimanla (Şahin Cəbrayılov) bölüşür.

Ac həriflər 1993 Ramiz Həsənoğlu Ramiz Həsənoğlu
Şərif Qurbanəliyev
"Sabah" yaradıcılıq birliyi

Film-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının (Yaşar Nuri) yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli (Bəhram Osmanov) buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində "quru bəylər" də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir. Dövrün "ac hərifləri" öz kələkləri ilə Həsən dayını aldatmaqla gülüş hədəfinə çevrilirlər.

Səni axtarıram

[redaktə | mənbəni redaktə et]
Tamaşa Göstərilən il Rejissor(lar) Ssenarist(lər) İstehsalçı
Səni axtarıram 1981 Tariyel Vəliyev Aslan Qəhrəmanov Azərbaycan Televiziyası
Tamaşada Elçinlə (Yaşar Nuri) Gülnar (Firəngiz Mütəllimova) ilk dəfə tanış olurlar. Əvvəlcə sözləri düz gəlməsə də, sonralar bu çəkişmə məhəbbətə çevrilir. Lakin atasının sözündən çıxa bilməyən Gülnar məhəbbətini atasına qurban verməli olur.
Bağışla 1983 Tariyel Vəliyev Aslan Qəhrəmanov Azərbaycan Televiziyası

"Səni axtarıram" televiziya tamaşasının davamı olan bu hissədə Elçinin (Yaşar Nuri) institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif (Rəfael Dadaşov) obrazını yeni konteksdə təqdim edir. İnstituta qayıdan Elçin yenidən Gülnarla (Firəngiz Mütəllimova) qarşılaşır, söz-söhbətlər calanır bir-birinə…

Səndən xəbərsiz 1985 Tariyel Vəliyev Aslan Qəhrəmanov Azərbaycan Televiziyası
Bu film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz (Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır…

Yaşıl eynəkli adam

[redaktə | mənbəni redaktə et]
Tamaşa Göstərilən il Rejissor(lar) Ssenarist(lər) İstehsalçı
Yaşıl eynəkli adam 1987 Ramiz Həsənoğlu
Tariyel Vəliyev
Vaqif Səmədoğlu Azərbaycan Televiziyası
Yaşıl eynəkli adam 2 1999 Ramiz Həsənoğlu Vaqif Səmədoğlu "Sabah" yaradıcılıq birliyi

Filmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar(Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin(Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?… Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar.

Yaşıl eynəkli adam 3 2002 Ramiz Həsənoğlu Vaqif Səmədoğlu "Sabah" yaradıcılıq birliyi
Bu filmdə qohumların müxtəlif partiyaya mənsubluğu onları ayrı salmışdır, hətta düşmənləşdirmişdir. Bitərəf Qafar(Hacı İsmayılov) isə artıq bir ildir ki, vəfat edən Feyzulla kişinin ölümünün ildönümünü qeyd etmək istəyir və qohumları yenə bir yerə yığmağa çalışır…
  1. "Azərbaycan Televiziyasının fəaliyyəti" (az.). aztv.az. 2017-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.