Azərbaycanda intihar —
İntihar | Köməkli intihar | Evtanaziya | Cəza |
---|---|---|---|
Maddə 125. Özünü öldürmə həddinə çatdırma
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[1] |
VIII əsrdən Azərbaycanda yayılmış İslam dinin müqəddəs kitabında qeyd edilir:
"Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (Ən-Nisa surəsi)
Əbu Hüreyrə başqa bir rəvayətlə Məhəmməd peyğəmbərin belə dediyini nəql edib:
"Özünü boğub intihar edən Cəhənnəmdə də boğar. Özünə bir şey batırmaqla intihar edən həmin şeyi Cəhənnəm atəşində də özünə batırar. Özünü hündür bir yerdən atıb intihar edən Cəhənnəmdə də özünü atar".
Şərqi pravoslav kilsəsinə görə intihar Tanrının fiziki həyat hədiyyəsinin rəddi hesab edilir. Roma-Katolik kilsəsi teologiyasına görə intihar "Öldürməyin" əmrinə zidd olan günahdır.
intihar statistikası | ||||||
İl | Say | |||||
---|---|---|---|---|---|---|
2008[2] | 138 | |||||
2009 | 165 | |||||
2010 | 289 | |||||
2011[3] | 414 | |||||
2012 | 482 | |||||
2013[4] | 436 (43-ü intihara cəhd) | |||||
2014[5] | 490 | |||||
2015 | 499 | |||||
2016 | 507 | |||||
2017 | 498 | |||||
2018 | 521 | |||||
2019 | 316 (ilk 7 ay) |
Ölkədə kəndlərə nisbətən şəhərlərin, əsasən də Bakının intihar payı digər yerlərdən daha çoxdur (2013-cü il məlumatı). Mütəxəssislərə görə rəsmi statistikada qeyd edilən rəqəmlər əslində “daha yüksək” olmalıdır, çünki intihar hadisələri adətən ailələrin açıqlamaq istəmədiyi mövzulardandır.[2]
Psixoloq Elnur Rüstəmova görə insanlar daha çox diqqət cəlb etmək üçün “göstərişli intiharlara” əl atır. Səbəblər ailədaxili konfliktlər, sosial qayğılar və psixoloji xəstəliklərdir. "Sevgi məsələləri"nə görə intihar edənlər barədə psixoloq deyir ki, milli ədəbiyyatda sevgi dastanlarının əksəri “əzablar üzərində qurulub”.[2]
Bakıda "intihar məkanları"na Qız qalası, Xəzər dənizi, Koroğlu körpüsü misal göstərilə bilər. Yevgeni Paxomovun Qız qalası haqqında dediyi əfsanəyə görə şahın qızı özünü qaladan Xəzər dənizinə ataraq intihar edir.[6] İntiharların qarşısını almaq məqsədilə Qız qalasının müşahidə hissəsinə şüşə divarlar bərkidilib. Belə ki, İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsinin sifarişi ilə Qız qalası abidəsinin baxış meydançasında şəffaf şüşə konstruksiyası quraşdırılıb. Kənardan görünməyən, eyni zamanda tarixi abidənin xarici görünüşünə xələl gətirməyən konstruksiya 1,4 metr hündürlükdə olmaqla baxış meydançasının kənarları boyu yerləşdirilib və ziyarətçilərə şəhərin mənzərəsini seyr etməyə heç bir maneə yaratmır.[7]
2016-cı il məlumatlarına görə Azərbaycan 183 ölkə arasında 100 min nəfərə düşən intihar hallarına görı 175-ci yerdədir (bir neçə ölkə eyni yeri tuta bilər).
Ölkələr siyahısında yeri |
Ölkə | Hər iki cins | Kişilər | Qadınlar | Kişi-qadın nisbəti |
---|---|---|---|---|---|
3 | Rusiya | 26.5 | 48.3 | 7.5 | 6.44 |
116 | Türkiyə | 7.2 | 11.3 | 3.2 | 3.53 |
123 | Gürcüstan | 6.7 | 12.3 | 1.9 | 6.47 |
138 | Ermənistan | 5.7 | 10.1 | 2.0 | 5.05 |
155 | İran | 4.0 | 4.9 | 3.1 | 1.58 |
175 | Azərbaycan | 2.6 | 4.3 | 1.0 | 4.3 |