Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam rayonu) — ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Azərbaycanın məşhur aktyoru və bədii qiraətçisi, Azərbaycan Respublikasının əməkdar artisti, 3-cü dərəcəli "Əmək" ordenli professor, "Sənətkar" medalı laureatı.
Azad Şükürov | |
---|---|
Digər adı | Azad Şükür |
Doğum tarixi | 11 fevral 1959 (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1981-bu günə qədər |
Təhsili | |
Tanınma səbəbi | aktyor, bədii qiraətçi, pedaqoq |
Mükafatları |
|
Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb.
1977–1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alaraq, İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1981–1984-cü illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 1984–1990-cı illərdə Tədris Teatrında, 1990–1992-ci illərdə isə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışmışdır.[1]1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında öz fəaliyyətini davam etdirmişdir.
1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 1996–2002, 2015–2022-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmış, hal-hazırda Musiqili teatr aktyoru kafedrasının müdiridir. Həmçinin, müxtəlif ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, görkəmli qiraət ustasıdır.
1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. "Televiziyada danışıq" proqramı (1990), "Danışıq texnikası" və "Televiziyada danışıq" fənninə dair tədris proqramı və metodik göstərişlərin müəllifidir.[2]