Azad Talışoğlu

Azad Talışoğlu (tal. Azad Toloşəzoə; 21 yanvar 1924, Qodman, Lənkəran qəzası16 may 2008) — Azərbaycan şairi.[1][2][3][4][5] Bakı Şəhər Daxili İşlər İdarəsinin, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat şöbəsinin rəisi işləyib.[6]

Azad Talışoğlu
tal. Azad Toloşəzoə
Doğum adı Azad Əkbər oğlu Quliyev
Təxəllüsü Talışoğlu
Doğum tarixi
Doğum yeri Qodman, Masallı rayonu
Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (84 yaşında)
Təhsili Azərbaycan Dövlət Universiteti
İxtisası Tarix fakültəsi
Fəaliyyəti 1950-2008
Əsərlərinin dili Azərbaycanca, talışca
İlk əsəri 1962. "Talış dağları"
Vikimənbənin loqosu Azad Talışoğlu Vikimənbədə

Azad Əkbər oğlu Quliyev 1924-cü il 21 yanvarda Masallı rayonunun Qodman kəndində dünyaya gəlib.[7] 1942-ci ildə, 18 yaşında Böyük Vətən Müharibəsinə səfərbər olunub. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb.[7] Müharibədən sonra 1945-ci ildən etibarən daxili işlər orqanlarında sıravi milis kimi işə başlayıb. Sonralar milis polkovniki rütbəsinə qədər yüksəlib. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra SSRİ DİN-də bir çox məsul vəzifələrdə çalışıb. Bakı Şəhər Daxili İşlər İdarəsinin, DİN-in pasport qeydiyyatı şöbəsinin rəisi işləyib.[7][8] Ədəbiyyatşünas Rüstəm Rüstəmzadə 26 avqust 1974-cü ildə "Vətən naminə" ("Kirovabad kommunisti") məqaləsində Azad Talışoğlunun yaradıcılığının əsasını "vətənpərvərlik, beynəlmiləlçilik, humanist ruhlu" şeirlərin təşkil etdiyini yazmışdı.[9]

Azad Talışoğlu 2008-ci ildə vəfat edib.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. 1950-ci illərdən başlayaraq dövrü mətbuatda lirik şeirləri dərc edilib. İlk şeir nəşri isə 1954-cü ilə təsadüf edir.[10] "Talış dağları", "Çiçəkli diyar" , "Ana məhəbbəti", "Vətən eşqi" və başqa kitablarında xalqa, vətənə, anaya, həmçinin birlikdə çalışdığı asayiş keşikçilərinə həsr etdiyi şeirlər yer almışdır. Azad Talışoğlunun qələmə aldığı son kitablarından biri müğənni Ruzə İbişovanın həyat və yaradıcılığına həsr olunmuşdur ("Sən oxuyanda". 2004). 2005-ci ilin yanvarında bu kitabın "Vahid" Poeziya Evində təqdimat mərasimi keçirilmişdir.[11] Azad Talışoğlu Azərbaycan dili ilə yanaşı Talış dilində də şeirlər yazırdı.[12][13] Bəstəkar Oqtay Kazımi Azad Talışoğlunun, "Polis qardaşım" şeirinə mahnı bəstələyib.[14]

  • "Talış Dağları" (Bakı, 1962)[15]
  • "Çiçəkli diyar" (Bakı, 1964)[16]
  • "Ana məhəbbəti" (Bakı, 1967)[17]
  • "Könül nəğmələri" (Bakı, 1969)[10][18]
  • "Səni unuda bilmədim" (Bakı, 1970)[10]
  • "Vətən eşqi" (Bakı, 1973)[10][19]
  • "Mavi ulduzlar" (Bakı, 1976)[10][20][21]
  • "Gəldim görüşünə" (Bakı, 1979)[10]
  • "Şəlalə" (Bakı, 1980)[10][20]
  • "Salam Ana Yurdum" (Bakı, 1985)[22]
  • "Hünər" (Bakı, 1987)[23][24]
  • "Bizim Ellər" (Bakı, 1987)[10]
  • "Bayatılar" (Bakı, 1991)
  • "Sən oxuyanda" (Bakı, 2004)

Haqqındakı xatirələr

[redaktə | mənbəni redaktə et]
" Atam, Fətulla Hüseynovdan əvvəl də Azərbaycan QAİ-sinin rəisi Azad Quliyevlə (mərhum həm də şair idi, Azad Talışoğlu imzası ilə şeirlər yazırdı) yaxın münasibətdə olmuşdu. O qədər yaxın ki, cavanlığına salıb Bakı küçələrində sükan arxasında yol hərəkəti qaydalarını tez-tez pozar, müfəttişlər saxlayanda da yarızarafat ərklə deyərmiş ki, qaydaların pozulmasına icazəni şəxsən Azad Quliyevin özündən almışam. Yazıq müfəttişlər də çox zaman bir söz deməyib məcbur imişlər ki, bu "naruşitel"dən (yaxınları, dost-tanışları arasında bu ləqəbi özü qazanmışdı) əl çəksinlər. Müfəttişlərə çəkdirdiyi "zülmlərə" baxmayaraq, əslində, onlara xoş bir münasibəti də vardı, "İzlənən kölgə" adlı bir şeir də həsr etmişdi onlara. Süjetli şeirdə ərköyün sürücüləri qarabaqara izləyən fəlakət kölgəsini bir müfəttiş obrazı izləyir... Azad Quliyev həmin şeiri tabeçiliyindəki işçilərə tez-tez oxutdurarmış...
"

" Demək ,səkkiz may günü işdən çıxmışam. Ondan bir ay əvvəl Fikrət Qoca, Əkrəm Əylisli, Mirzə İbrahimova deyiblər ki, bəs Musa Yaqub Bakıya gəlir, ona bir iş vermək lazımdır. Gəldim Mirzə müəllimin yanına. Qayıtdı ki, a bala, gəl çıx da. Gəl çıx da, mənim abrımı töküblər. Sən kənddən gəlmisən, təmiz oğlansan, təmiz uşaqsan. Mənə o saat nəşriyyat şöbəsinin müdirliyi vəzifəsini verdi. Amma işim sənədləşəndə, Mirzə müəllimin katibəsi Kübra xanım dedi ki, şəhər qeydiyyatın yoxdu, səni işə götürmək olmaz. Mən də elə bilirəm ki, Mirzə müəllim deyibsə, qurtardı- getdi. Yox, gördüm qanun qanundur. Getdim Azad Talışoğlunun yanına. Şair idi, həm də DİN-in pasport- masa rəisi işləyirdi. Burda bir məqamı, yeri gəlmişkən, qeyd etməliyəm. Şair Azad Talışoğlu ədəbi aləmdən başqa, qəzet, radio və televiziyada çalışan bir çox jurnalist və rejissorların- hələ mən tanıdıqlarımdan danışıram- “şəhər qeydiyyatı” məsələsini həll edib. Özü də pulsuz və minnətsiz. Xatırladım ki, o vaxtlar şəhər qeydiyyatına düşmək zülm idi. Allah Azad müəllimə qəni –qəni rəhmət eləsin! Götürdü zəng elədi o vaxtkı Ordjenikidze rayon pasport şöbəsinə. O rayonda əmimoğlu yaşayırdı. Məni onun evinə qeydiyyata götürməliydilər. Azad müəllim dedi ki, Bakıya xuliqanı qeydiyyata götürmürəm, şairi qeydiyyata götürürəm. Bu iş on günə düzəldi.
Musa Yaqub Bakı qeydiyyatına düşməsi barəsində danışarkən[26]
"

" Sovet dövründə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vardı – Azad Quliyev. Şair ruhlu adam idi. “Azad Talışoğlu” təxəllüsü ilə şeirlər də yazırdı. Şairlərə, yazıçılara böyük hörmətlə yanaşır, onların qayğısına qalırdı. Azad müəllim istefaya çıxdıqdan sonra doğulduğu Masallı rayonunda yaşayırdı. Günlərin bir günü atam dedi ki, “dayın Rafiqlə gedirik Masallıya. Azad Talışoğlunun 80 yaşıdır. Köhnə dostumuzu təbrik etmək lazımdır". 100 dollar da konvertə qoydu ki, xətri nə istəsə özü alar. Səhəri gün qayıtdılar. Atamın təəssüratı isə vəzifədə olan insanlara qiymət vermək baxımdan mənimçün bir etalona çevrildi: “Azad müəllim çox kövrəldi. Pulu almadı. Dedi ki, “sənin gəlişin mənimçün milyondur. Vəzifədə olduğum 30-40 il ərzində çox insana yaxşılıq etmişəm, türmədən qurtarmışam, düz yola qaytarmışam, çörək vermişəm, vəzifəyə qoymuşam... Onlardan heç biri bu gün məni yada salıb, təbrikimə gəlməyib. Bircə, Qabil, sən gəlmisən. Heç bir yaxşılığım keçməyən, təmənnasız, səmimi dost, şair Qabil””.
"
  • Əhmədov, T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S.102. 2011.
  1. Qulam Məmmədli. İmzalar. Bakı: Azərnəşr: azkurs.org. 1977. səh. 110. 2018-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
  2. Ədalət. ""MASALLININ SÖZ ÇƏLƏNGİ"" (az.). anl.az. 17.09.2014.
  3. Bəhram Yaqubov. "Şeir müsabiqəsinə yekun vurulub" (az.). anl.az. 20.11.2010. 2017-09-18 tarixində arxivləşdirilib.
  4. Metodika və biblioqrafiya şöbəsinin müdiri – G. Qasımova. "Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsi ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR" (az.). zardab.cls.az. 17.01.2019.[ölü keçid]
  5. Nizami Cəfərov. "Ədəbiyyat söhbətləri" (PDF) (az.). ataturk.az. 2008. 2019-07-14 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  6. Mahir Qabiloğlu. "Kəmaləddin Heydərov - "Yaxşı adamların həsrətindəyik!"" (az.). modern.az. 10.07.2013. 2020-06-26 tarixində arxivləşdirilib.
  7. 1 2 3 Xodaşitin Cəbiyev. "Azad Talışoğlunu xatırlayarkən..." (az.). azpress.az. 18.06.2015. 2020-06-27 tarixində arxivləşdirilib.
  8. Ülfət Kürçaylı. "Şair Qabilin polkovniki içirdib silahını alması - "GİZLİ ƏDƏBİYYAT"" (az.). kulis.az. 29.05.2015. Archived from the original on 2020-03-10.
  9. Gülxani Pənah. "Rüstəm Rüstəmzadə fəal tənqidçidir" (az.). gulxani.net. 2021-04-15 tarixində arxivləşdirilib.
  10. 1 2 3 4 5 6 7 8 Sedat Adıgüzel. "Azad Talışoğlu (1924 - )" (türk). azerbaycanedebiyati.com. 2020-06-27 tarixində orijinalından arxivləşdirilib.
  11. "2019-cu il üçün Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2023-06-28 tarixində arxivləşdirilib (PDF).
  12. "VƏTƏN" Azad Talışoğlu" (Talysh). 2020-06-26 tarixində arxivləşdirilib.
  13. Vaqif Yusifli. "ƏDƏBİ HƏYAT" (az.). anl.az. 25.05.2013. 2019-09-13 tarixində arxivləşdirilib.
  14. sozmusiqi.wordpress.com. "Oqtay Kazımi (1932-2010)". Musiqi və Notları tap (az.). sozmusiqi.wordpress.com. 2020-06-26 tarixində arxivləşdirilib.
  15. M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanası. "Talış dağları" (az.). e-kitab.nakhchivan.az. 2020-06-27 tarixində arxivləşdirilib.
  16. M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanası. "Çiçəkli diyar" (az.). e-kitab.nakhchivan.az. 2020-06-27 tarixində arxivləşdirilib.
  17. M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanası. "Ana məhəbbəti" (az.). e-kitab.nakhchivan.az. 2020-06-26 tarixində arxivləşdirilib.
  18. M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanası. "Könül nəğmələri" (az.). e-kitab.nakhchivan.az. 2020-06-26 tarixində arxivləşdirilib.
  19. M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanası. "Vətən eşqi" (az.). e-kitab.nakhchivan.az. 2020-06-26 tarixində arxivləşdirilib.
  20. 1 2 "Azad Talışoğlu" (türk). awww.biyografya.com. 2020-06-25 tarixində arxivləşdirilib.
  21. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi. "Mavi ulduzlar" (az.). e-kitab.ameanb.nmr.az. 2020-06-27 tarixində orijinalından arxivləşdirilib.
  22. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi. "Salam, ana yurdum" (az.). e-kitab.ameanb.nmr.az. 2020-06-26 tarixində orijinalından arxivləşdirilib.
  23. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi. "Salam, ana yurdum" (az.). e-kitab.ameanb.nmr.az. 2020-06-26 tarixində orijinalından arxivləşdirilib.
  24. M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanası. "Hünər" (az.). e-kitab.nakhchivan.az. 2020-06-26 tarixində arxivləşdirilib.
  25. Nəriman Qasımoğlu. "Generalın əmri ilə..." (az.). axar.az. 02.06.2016. 2021-05-14 tarixində arxivləşdirilib.
  26. Qorxmaz Şıxalıoğlu. "Dörd il əvvəlin söhbəti!" (az.). 525.az. 05-10.07.2014. 2023-06-28 tarixində arxivləşdirilib.
  27. Mahir Qabiloğlu. "Kəmaləddin Heydərov - "Yaxşı adamların həsrətindəyik!"" (az.). modern.az. 10.07.2013. 2020-06-26 tarixində arxivləşdirilib.