Azad bir quşdum -Yüksək musiqi duyumu ilə seçilən və muğamlarımıza dərindən bələd olan dahi Cəfər Cabbarlı bir sıra pyeslərinin ruhuna uyğun olaraq yaddaqalan mahnı. 1905-ci ildə dramında Sonanın oxuduğu və Baxşının tarda müşayiət etdiyi Azad bir quşdum.[1]
Əməkdar artist Süleyman Tağızadənin (1905–1960) xatirələrindən aydın olur ki, Azad bir quşdum mahnısını Cəfər zümzümə edib və bəstəkar, dirijor, Xalq artisti Əfrasiyab Bədəlbəylidən (1907–1976) xahiş edib ki, onu nota salsın.[2] Azad bir quşdum mahnısının sözləri və musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu təsdiqləyən tanınmış dramaturq və aktyor, əməkdar artist Məcid Şamxalov (1907–1984) yazır: Əsərdə ("1905-ci ildə" nəzərdə tutulur – A. N.) Sonanın yanıqlı bir havası var:
Musiqisini şəxsən Cəfərin özünün bəstələdiyinin şahidiyəm"[3] Cəfərin ölümündən sonra Azad bir quşdum adlanan bu mahnının başqa müəllifi də peyda oldu. Cəfərin müasirləri, tanınmış aktyorlar – M. Şamxalov, S. Tağızadə və başqaları həmin mahnının musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu öz yazıları ilə təsdiqləmişlər. 1905-ci ildə tamaşasında Sona rolunun ifaçısı, gələcəyin xalq artisti Sona Hacıyeva (1907–1979) "Azad bir quşdum" mahnısını oxuyurdu, Baxşı rolunu oynayan S. Tağızadə isə onu (Sonanı) tarda müşayiət edirdi. Xatırladaq ki, C. Cabbarlının Süleyman Tağızadəyə bağışladığı tar hazırda AMEA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində (inventar № 2238) qorunur.
Süleyman Tağızadə xatirələrində yazır:
Teatrın foyesində gəzirdim. Bu vaxt Cəfər Cabbarlı mənə yaxınlaşıb:
– Yoldaş Tağızadə, tar çala bilirsinizmi? – deyə, soruşdu. – Xeyr, bilmirəım. – Çox təəssüf – deyə o, məndən ayrılıb, pillələrlə yuxarı çıxmağa başladı. Bu söhbət məni çox maraqlandırdı. Ertəsi gün Cəfər Cabbarlının kabinetinə gedib soruşdum: – Cəfər qardaş, sizin mənə verdiyiniz sualın səbəbini bilmək istəyirəm. – Mən sənə bir rol yazırdım, təəssüf ki, tar çala bilmirsən. – Cəfər qardaş, məktəbi yenicə qurtarıb gəlmişəm, tar almağa imkanım yoxdur. Əgər tarım olsaydı, sizin arzunuzu yerinə yetirərdim. Cəfər bir söz demədi. Bu vaxt zəng çalındı. Mən məşqə getdim. O zaman “Lyubov Yarovaya” pyesində Yarovoyun rolunu oynayırdım. Saat üçdə, məşqi qurtarana yaxın xidmətçi qadın mənə yaxınlaşıb dedi: – Yoldaş Tağızadə, Cəfər Cabbarlı səni çağırır. Getdim. Cəfər bir söz demədən ayağa durdu və: – Gedək! – dedi. İsti avqust günlərindən biri idi. Biz küçəyə çıxdıq. O, qoluma girdi. Yavaş-yavaş Kommunist küçəsinə doğru yönəldik. İndiki Sabir bağının yanındakı meydanda musiqi alətləri satılan mağaza var idi. Mağazaya girdik. Satıcı Cəfər Cabbarlını tanıdı və: – Cəfər qardaş, nə istəyirsiniz? – deyə, soruşdu. – Mənə bir yaxşı tar ver! Satıcı bir tar gətirib Cəfərə uzatdı. Cəfər tarın simlərini mizrabla cingildətdikdən sonra kassaya yaxınlaşıb, tarın pulunu verdi və tarı alıb, mənə uzatdı. Yəqin ki, tarı küçə ilə əlində aparmağa utanır, – deyə düşündüm. Biz mağazadan çıxıb yolumuza davam etdik. İndiki Azərbaycan Dövlət Universitetinin (hazırda İqtisadiyyat Universitetinin yerləşdiyi bina – A.N.) qabağında 2 nömrəli tramvayın dayanacağı var idi. Cəfər mənimlə xudahafizləşib tramvaya doğru yönəldi. – Cəfər qardaş, tarınız qaldı, – deyə, mən onu səslədim. Cəfər qayıtdı. – Deyirdiniz ki, tarım yoxdur, tar olsa, çalmağı öyrənib, sizin arzunuzu yerinə yetirərəm. Bu da tar. Mən bunu sənə yadigar verirəm. Necə deyərlər, bu meydan, bu da şeytan. İndi öyrən, – deyə, o, ikinci dəfə xudahafizləşib məndən ayrıldı. Bir tərəfdən böyük dramaturqun mənim üçün yazdığı rol, digər tərəfdən bu hədiyyə məni son dərəcə sevindirdi. Evə gəldim və o gündən tar çalmağı öyrənməyə başladım. Bir neçə vaxtdan sonra teatrda Cəfər Cabbarlıya dedim: – Cəfər qardaş, mən bir qədər öyrənmişəm. Əsərdə çalacağım havanı bilsəydim, pis olmazdı. O, Əfrasiyab Bədəlbəyliyə zəng etdi və dedi ki: – Sabah saat üçdə teatrda mənim yanımda olarsan. Ertəsi gün saat üçdə Əfrasiyab, mən və Cəfər Cabbarlı bir yerə toplaşdıq. Cəfər Əfrasiyaba dedi: – “Azad bir quşdum” mahnısını Tağızadəyə öyrətmək lazımdır Cəfər mahnının havasını zümzümə edib, notu yazmağı Əfrasiyab Bədəlbəyliyə tapşırdı. Bir müddət bəstəkarla bu havanın üzərində işlədim və nəhayət, Cəfərin istədiyi kimi çalmağa müvəffəq oldum. Əsər meydana çıxdı[4] |
Cəfərin yazdığı "1905-ci ildə" əsərində səslənən "Azad bir quşdum" mahnısının yaranma tarixçəsi belə olmuşdur. Süleyman Tağızadənin xatirəsindən bəlli olur ki, bu mahnının yalnız melodiyası Əfrasiyab Bədəlbəyli tərəfindən notlaşdırılmışdır.[5] Sonra isə həmin mahnını çalmağı Cəfərin bağışladığı tarda S. Tağızadəyə öyrədiblər. Cəfər Cabbarlının ömür-gün yoldaşı Sonaxanımın (1907–1971) digər mahnılar, eləcə də Azad bir quşdum mahnısının böyük dramaturqun bəstələməsi haqqında maraqlı xatirələri var.[6]
C. Cabbarlının bizə məlum olan (təəssüf ki, bir sıra mahnıları vaxtında nota alınmadığından unudulmuşdur) melodiyalarının siyahısını təqdim edirik: