XVIII əsrdə meydana gələn Nazirlər kabinetindən ibarət olan hakimiyyətin başçısı "Baş nazir" (bəzən "Birinci nazir") adlanırdı; bu günə qədər də Baş nazir həmişə nazirliklərdən birinin yerini tutmuşdur (adətən xəzinənin birinci lordu).
Müasir tarixçilər adətən hesab edirlər ki, ilk baş nazir 1721-ci ildən 1742-ci ilə qədər iyirmi il müddətində Böyük Britaniya hakimiyyətinin başında durmuş ser Robert Uolpol olmuşdur. Marqaret Tetçer Böyük Britaniyanın Baş naziri vəzifəsini tutmuş ilk qadın olmuşdur. Öz vəzifəsində ölən son baş nazirlər Henri Con Templ və vikon Palmersto olmuşdur (1865-ci il). Yeganə qətlə yetirilmiş baş nazir Spenser Persival olmuşdur (1812-ci ildə).
Baş nazir ənənəvi olaraq LondondakıDauninq-strit, 10 ünvanındakı — Böyük Britaniya kralı II Georq tərəfindən ilk baş nazir Robert Uolpola şəxsən hədiyyə edilmiş evdə yaşayır. Uolpol ona hədiyyə edilmiş evdən şəxsi evi kimi deyil, 1735-ci ildən Birinci lorların rəsmi iqamətgahı kimi məskunlaşdırdı. Birinci lordların əksəriyyəti Dauninq strit, 10 evində yaşasa da, onların bir qismi öz şəxsi evlərində yaşamışdılar. Onlar əsasən Londonun mərkəzində böyük evlərə sahib olan aristokratlar olmuşdur. Harold Makmillan və Con Meycor kimi bəzi baş nazirlər Dauninq strit, 10 evində təmir və bərpa işləri gedən zaman Admiraltey evində yaşamışlar. Dauninq strit, 11 evinə bitişik ikinci xəzinə lordların (həmçinin xəzinə kansleri, faktiki olaraq maliyyə naziri) iqamətgahı yerləşir. Dauninq strit, 12 evində Baş "qamçı"nın (Whip) iqamətgahı yerləşir.
↑Blick, Andrew. At Power's Elbow: Aides to the Prime Minister from Robert Walpole to David Cameron / Andrew Blick, George Jones. — London : Biteback Publishing, 2013. — ISBN 978-1-849-54572-3.
↑Kreike, edited by Emmanuel. Corrupt histories. Rochester (N.Y.): University of Rochester Press. 2004. xii & 167. ISBN1-58046-173-5. (#accessdate_missing_url) ([[:Category:|link]])[[Category:]]
↑Byrn, edited by John D. Naval courts martial, 1793–1815. Farnham, Surrey, England: Ashgate for the Navy Records Society. 2009. xviii. ISBN978-0-7546-6781-0. ([[:Category:|link]])[[Category:]]
↑H.S.Q, Henriques,. The Jews and the English law. Clark, N.J.: Lawbook Exchange. 2006. 241–5. ISBN1-58477-645-5.
↑Chaurasia, Radhey Shyam. History of modern India : 1707 A.D. upto [sic] 2000 A.D. New Delhi: Atlantic. 2002. 21–25. ISBN81-269-0085-7.
↑Kulisheck, P.J. The Duke of Newcastle, 1693–1768, and Henry Pelham, 1694–1754 : a bibliography. Westport, Conn.: Greenwood Press. 1997. 207–8. ISBN0-313-29501-8.