Vilyam Qladston

Vilyam Yuart Qladston (ing. William Ewart Gladstone; 29 dekabr 1809[1][2][…], Liverpul[1]19 may 1898[1][2][…]) — ingilis dövlət və siyasi xadimi, 1868-1874-cü illərdə Böyük Britaniyanın 41-ci, o cümlədən 43-cü (1880-1885), 45-ci (1886, fevral-iyul) və 47-ci (1882-1894) Baş naziri.

Vilyam Qladston
ing. William Ewart Gladstone
3 dekabr 1868 – 17 fevral 1874
MonarxI Viktoriya
ƏvvəlkiBenjamin Dizraeli
SonrakıBenjamin Dizraeli
Şəxsi məlumatlar
Doğum tarixi 29 dekabr 1809(1809-12-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 may 1898(1898-05-19)[1][2][…] (88 yaşında)
Dəfn yeri
Partiya Liberallar partiyası
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, statistik, yazıçı
Dini Anqlikan kilsəsi
Elmi fəaliyyəti
Elm sahəsi siyasət

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci baş nazirliyi (1868-1874)

[redaktə | mənbəni redaktə et]
Qladston 1861-ci ildə.

1868-ci il seçkilərində Qladstonun liberallar partiyasının qalib gəlməsinin səbəblərindən biri onların geniş islahat proqramı idi. O, birinci dəfə baş nazirliyi zaman aşağıdakı islahatların əksəriyyətini həyata keçirə bildi.

1870-ci ildə dövlət xidmətinin islahatı keçirildi. Dövlət qulluğuna keçmək üçün mütləq imtahan vermək lazım idi. Həmin imtahanın verilməsi heç də asan deyildi. Çünki imtahanı verə bilmək üçün qədim dilləri bilmək lazım idi. Qədim dillər isə gimnaziyalarda keçirilirdi. Burdan isə belə nəticə çıxırdı ki, imtahanda gimnaziya bitirmiş şəxslər iştirak edə bilərdilər.

1871-ci ildə hərbi nazirin adı ilə Korduell islahatı adlanan ordu islahatı keçirildi. İslahatın mahiyyəti belə idi ki, həmin dövrdə ingilislərdə zabit rütbəsi patent xarakteri daşıyırdı və zabit rütbəsi patentini almış şəxs bunu irsən oğluna da ötürə bilərdi. Bu patent həm də əsl gəlir mənbəyi idi. Bu vəziyyət isə İngiltərə ordusunun komandanlığını pis vəziyyətə salır və komandanlıqda zabit şərəfini təmin etmirdi. Yeni layihə də belə halların aradan qaldırılması məqsədi ilə irəli sürülmüşdü. Layihə parlamentdə ciddi müzakirə olundu, çünki nəinki mühafizəkarlar hətta liberalların da bir hissəsi hesab edirdilər ki, bu yetəri qədər ciddi bir məsələdir və parlament bu layihəyə rədd cavabı verə bilməz. Qladston bu vəziyyətdə çox orjinal bir təklif irəli sürdü: onun təklifinə əsasən, bu qaydanı vaxtilə kral hakimiyyəti tətbiq etmişdisə o zaman kralın özü də ləğv etməli idi.

1871-ci ildə tred-yunionlarının leqallaşdırılması haqqında qanun qəbul edildi. 1871-ci il qanununa əsasən tred-yunionlar hüquqi şəxs hüququ aldılar.

1871-ci ildə fəhlələrlə bağlı qanun qəbul edilərkən ona bir əlavə də qəbul edildi ki, bu əlavəyə görə, fəhlələrin piket keçirməsi qadağan edildi. Lakin, piketin qadağan edilməsi fəhlələr tərəfindən etirazla qarşılandı və məhz piketin ləğv edilməsi liberalların 1874-cü il seçkilərində məğlub olmasının səbəblərindən biri oldu. Çünki belə olan halda tred-unionlar səslərini liberallara yox, mühazfizəkarlara verəcəkləri barədə bəyanatla çıxış etdilər.

1872-ci ildə inzibati idarəetmə islahatı keçirildi. Yerli idarə orqanlarına, yerli şəhər bələdiyyələrinə rəhbərlik etmək üçün xüsusi bir nazirlik yaradıldı. İnzibati idarəetmə nazirliyi idarəetmədə mərkəzləşdirmə prinsipi həyata keçirirdi.

1872-ci ildə gizli səsvermə haqqında islahat keçirildi və bununla gizli səs vermə qaydası tətiq edilmiş oldu. 1872-ci ilə qədər İngiltərədə azad səsvermə qaydası pozulduğu üçün bu islahatın keçirilməsinə ehtiyac vardı. Amma bu islahata etirazını bildirənlər sırasında mühafizəkarlarla yanaşı liberallar da vardı. Çünki gizli səsvermə qaydasının tətbiq olunması partiyalara seçkilərdə istənilən  nəticənin əldə olunmasına mane olurdu.

1872-ci ildə təhsil və maarif sahəsində Forster qanunu qəbul edildi. İbtidai təhsil şəbəkəsi genişləndirildi. Yerlərdə məktəb komitələri yaradıldı. Məktəblər bir neçə şəbəkədən ibarət idi: dövlət məktəbləri, xüsusi məktəblər və kilsə məktəbləri. Valideynlər öz övladlarının istənilən məktəblərdə təhsil almasına qərar verə bilərdilər. Eyni zamanda qanuna edilmiş bir əlavəyə əsasən valideynlərin icazəsi və razılığı olduğu halda dövlət məktəblərində dərsdən sonra şagirdlərə Bibliya keçirilə bilərdi.

1873-cü ildə Ali məhkəmənin islahatı ilə bağlı müzakirələr keçirildi. İngiltərədə Ali məhkəmə Lordlar Palatası idi və bu islahata əsasən Lordlar palatasının bu hüququ ləğv edildi. Bunun üçün ayrıca Ali məhkəmə instansiyası yaradılmalı idi. Lakin bu islahat Lordlar palatasının qəti etirazı səbəbi ilə həyata keçirilmədi. Bu da Qladstonun növbəti seçkilərdə uğursuzluğunun səbəblərindən biri oldu.

İkinci və üçüncü baş nazirliyi (1880-1885, 1886)

[redaktə | mənbəni redaktə et]

1880-ci il növbəti parlament seçkilərində Qladstonun başçılıq etdiyi liberallar partiyası yenidən qalib gəldi. Bu dəfə onların qalib gəlməsinin əsas səbəbi mühafizəkarların ən həssas nöqtələrindən vurulması idi. Birinci Bur müharibəsində məğlubiyyət, Əfqanıstanla bağlı siyasətindəki uğurzusluqlar Dizraelinin bir növ siyasi məğlubiyyətinə gətirib çıxardı. Liberalla görə İngiltərənin xarici siyasətində daha möhkəm addımların atılması üçün ilk növbədə daxili siyasətdə möhkəm tədbirlər həyata keçirilməlidir.

1884-cü ildə İngiltərədə sayca 3-cü parlament islahatı keçirildi. İslahata əsasən 105 kiçik şəhərin təmsilçilik hüququ ləğv edildi. Eyni zamanda əhalisi az olan seçki dairələri ləğv olundu və onlar birləşdirildi. Nəticədə İngiltərə ərazisi hər birində 50 min əhali olan seçki dairələrinə bölündü.

1886-cı ildə Qladstonu ən çox düşündürən məsələ İrlandiya problemi idi. Çünki bu dövrdə İrlandiyada aqrar hərakat genişlənməkdə idi ki, bu da İngiltərəni narahat etməyə bilməzdi. Digər bir tərəfdən parlamentdə mühafizəkarlarla liberallar elə səs sayına malik idilər ki, bəzən onların yeni hökumət təşkil edib etməmələri irland deputatlarından asılı olurdu. İrland deputatlarına parlamentdə 103 yer məxsus idi. Onların hansı partiyanı dəstəkləməsindən asılı olaraq yeni hökumət də həmin partiya tərəfindən təşkil olunurdu. 1886-cı ildə Qladston bununla bağlı yeni bir qanun layihəsi hazırladı. Mahiyyətə görə İrlandiyaya muxtariyyat hüququ verilir, buna uyğun olaraq İrlandiyada iki palatalı parlament yaradılırdı. İrlandlar özlərinin daxili problemlərinin həllində azad idilər. Lakin bəzi sahələrdə məsələn, gömrüyün təyin edilməsi, pul dövriyyəsi istisnalar mövcud idi. Bu qanun layihəsi parlamentdə ciddi narazılıqla qarşılandı. Libaralların 95 üzvünün daxil olduğu qruplaşmanın lideri olan Cozef Çemberlen belə hesab edirdi ki, bu layihənin qanun şəklində qəbul edilməsi Britaniya imperiyasının dağılmasının başlanğıcı olacaqdır. Son nəticədə layihə qəbul edilmədi. Bundan sonra Qladston istefaya getməli oldu. 1886-cı ildə mühafizəkarlar Robert Solsberinin başçılığı altında hakimiyyətə gəldilər. Lord Solsberi belə hesab edirdi ki, İrlandiyada sərt siyasət yürüdülməlidir.

Dördüncü baş nazirliyi (1892-1894)

[redaktə | mənbəni redaktə et]
Qladston tətildə

1892-ci il növbəti parlament seçkiləri ərəfəsində liberallar və mühafizəkarlar seçiciləri öz tərəflərinə çəkmək üçün islahatlar vəd etməyə başladılar. Nyukaslda etdiyi çıxışı zamanı Qladston məhkəmə və təhsil sahəsində islahatlar keçiriləcəyini vəd verdi. Nəhayət 1892-ci il parlament seçkilərində Qladston başda olmaqla liberallar yenidən hakimiyyətə gəldilər. Lakin əslində onların yenidən qələbə çalması irlandlara bir sıra vədlər vermələri sayəsində baş vermişdi. Yeni hökumət qurulandan sonra vəd verildiyi kimi, Homrul layihəsi parlamentdə müzakirəyə çıxarıldı. 83 günlük müzakirələrdən sonra layihə parlamentin icmalar palatası tərəfindən qəbul edildi. Lakin yuxarı palatanın bir həftə davam edən müzakirələrindən sonra, son nəticədə 41 səs leyhinə, 417 səs əleyhinə olmaqla layihənin qəbul edilməsi baş tutmadı.

Qanun layihəsi ləğv edildikdən sonra Qladston əsas etibarı ilə İngiltərənin imperiya planlarının həyata keçirilməsinə diqqət ayırmağa başlayır. 1893-1894-cü illərdə İngiltərə hökuməti və parlamentində İngiltərənin hərbi qüdrətinin artırılması ilə bağlı məsələlər müzakirə olunur: bunun üçün vəsait ayrılması lazım idi. 1894-cü ildə donanmaya əlavə olaraq 4 milyon funt sterlinq ayrılması haqqında müzakirələr gedərkən Qladston hökumətin üzvlərinin əksəriyyəti bu qanun layihəsinin qəbul olunmasına səs verdikləri halda Qladston layihənin əleyhinə çıxdı. Eyni zamanda 1895-ci ildə yerli qəsəbə idarəçiliyi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılarkən layihə həm libarallar, həm də mühafizəkarlar tərəfindən rədd edildi. Belə olan halda Qladston 1895-ci ildə növbəti parlament seçkilərini gözləmədən istefaya getdi.

1895-ci ildən etibarən İngiltərədə siyasi elita başına gənclər gəldilər. 1896-cı il növbəti parlament seçkilərində liberallar məğlub oldular və mühafizəkarların rəhbərliyi altında yeni hökumət quruldu, mühafizəkarların hökuməti 1896-1905-ci illər ərzində fəaliyyət göstərdi. Hökumətin başçısı 1902-ci ilədək Robert Solsberi, 1902-1905-ci illərdə isə Artur Balfur olmuşdur.

  • Georg Barnett Smith, «The Life of the Right Hon. W. E. Gladstone»;
  • G. W. E. Russell, «W. E. Gladstone» (London, 1891);
  • James J. Ellis, «W. E. Gladstone» (London, 1892);
  • Justin H. McCarthy, «England under Gladstone 1880—1885» (London, 1885);
  • P. W. Clayden, «England under the Coalition, 1885—1892» (London, 1892).