Con Meycor (ing. John Major, 29 mart 1943[4][5][…], London) — Böyük Britaniya dövlət və siyasi xadimi. 1990–1997-ci illərdə Böyük Britaniyanın baş naziri olmuşdur.[6]
Con Meycor | |
---|---|
ing. John Major | |
28 noyabr 1990 – 2 may 1997 | |
Monarx | II Elizabet |
Əvvəlki | Marqaret Tetçer |
Sonrakı | Toni Bleyr |
Böyük Britaniyanın xarici işlər naziri | |
24 iyul 1989 – 26 oktyabr 1989 | |
Baş nazir | Marqaret Tetçer |
Monarx | II Elizabet |
Əvvəlki | Ceffri Hau |
Sonrakı | Duqlas Hyord |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
London, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Partiya | Mühafizəkarlar Partiyası |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, bank meneceri[d], avtobioqraf[d], bankir |
Atası | Tom Meycor-Boll[d][2] |
Anası | Qvendolin Minni Koats[d][2] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | Anqlikan |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[3] |
|
|
Təltifləri | |
johnmajorarchive.org.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Con Meycor 29 mart 1943-cü ildə Cənub-Şərqi İngiltərədə, Sarrey qraflığında anadan olmuşdur. İbtidai sinfi Çim Kommonda oxumuş daha sonra- 1954-cü ildən etibarən təhsilini London Mertonda yerləşən Ratliş məktəbində davam etdirmişdir. 1959-cu ildə o məktəbi tərk etdi. Bu illər ərzində Meycor tarix, İngilis dili və ingilis ədəbiyyatı üzrə birinci səviyyəli sertifikatlar əldə etmişdi. Sonradan Britaniya konstutsiyası, riyaziyyat və iqtisadiyyat sahələri üzrə yeni setifikatlar qazandı.
Con Meycorun ilk işi 1959-cu ildə Londonda yerləşən "Pratt & Sons" adlı siğorta şirkətində müşavir idi. Tezliklə bu işdən istefa verərək Brikstonda Gənc Mühafizəkarlara qoşuldu. 1963-cü ildə London Elektrik Qurumunda yeni işə başladı. Sonradan bank sahəsi üzrə təhsil almağa qərar verən Meycor 1965-ci ildə "Standart Chartered Bank"ın CEO-su vəzifəsinə qədər yüksəldi.[6]
Uşaq yaşlarından siyasətə maraq duyan Con Meycor 1964-cü ildə 21 yaşında Lambez London Regional məclisinə öz namizədliyini irəli sürdü və 1968-ci ildə məclisin Mühafizəkar Qanadından deputat seçilməyə müvəffəq oldu. Meycor 1974-cü ildə Böyük Britaniyanın ümumi seçkilərində iştrak etsədə uğursuzluqla qarşılaşdı. 1979-cu ildə yenidən seçkilərdə öz deputatlığa namizədliyini irəli sürdü. Bu dəfə o Britaniya Parlamentinə daxil ola bildi. Sərhəd dəyişikliyindən sonra Meycor 1983-cü ildə yeni yaradılmış Huntingdon kreslosunun deputatı oldu və 1987, 1992 və 1997-ci illərdə yerini qorudu. 2001-ci ildə parlamentdən təqaüdə çıxdı. 1981-ci ildə Con Meycor Parlamentin Xüsusi Katibi vəzifəsinə yüksəldi. 1979-cu ildə İngilis Mühafizəkar Partiyasından İcmalar Palatasının nümayəndəsi seçildi. Tezliklə partiya daxilində nüfuzu artan Meycor 1989-cu ildə baş nazir Marqaret Tetçer tərəfindən yaradılan hökumətdə əvvəl xarici işlər naziri, sonra isə maliyyə naziri təyin olundu.[7]
1990-cı ilin noyabrında Tetçer baş nazir vəzifəsindən öz siyasi varisi Con Meycorun xeyrinə istefa verdi. Meycor XX əsrdə Böyük Britaniyanın ən gənc baş naziri oldu. O, siyasətdə nəzəriyyəçi və ideoloqdan daha çox pratik idi.
Meycor hökuməti 1988-ci ildən seçicilər üzərinə qoyulmuş və xalq tərəfindən yaxşı qarşılanmayan "can vergisi"ni 1991-ci ilin payızında ləğv etdi. Onun daxili siyasətdə əsas məqsədi Tetçerin hakimiyyəti illərində sosial-iqtisadi sahədə qazanılan uğurları qoruyub saxlamaq və möhkəmləndirmək idi. Hakimiyyətə keçən kimi Meycor sağlam mühafizəkarlıq ideyasının irəli sürdü. Seçkiqabağı kampaniyada o, Tetçerin 190 inadkar, fəal elektoratı səfərbərliyə almaq taktikasından imtina edərək, cəmiyyətin geniş təbəqələrinin simpatiyasını qazanmağı üstün tutdu. 1992-ci ilin aprelin 2-də icma palatasına keçirilən seçkilərdə mühafizəkarlar partiyası 41,9% səs alaraq əksəriyyət qazandı. Mühafizəkarlar partiyası daxilindəki müxalifəti aradan qaldırmaq üçün Con Meycor ən sərt metodlara əl atmalı oldu.[7] 1992-ci ildə iqtisadiyyatda canlanma müşahidə edilməyə başladı. 1997-ci ilə qədər inkişafın dinamikası Avropa İttifaqının digər ölkələrini ötüb keçdi. Qadınların fəallığı artdı. Meycor hökuməti kiçik biznesin maraqlarını nəzərə alaraq 1992-ci ildə "Kiçik biznesin xartiyası" sənədini işləyib hazırladı. Onlara kredit ayrıldı və vergi güzəştləri edildi. Vətəndaş cəmiyyətinin hüququ əsasları möhkəmləndirildi. Hökumət 1992–1993-cü illərdə "Vətəndaş xartiyası" adı altında "Valideynlərin xarityası", "Pasientlərin xartiyası", "Mənzildəki ailə başçılarının xartiyası", "İstehlakçıların xartiyası", "İş axtaranların xartiyası", "Sərnişinlərin xartiyası" adlı sənədlər qəbul etdi. Meycorun baş nazirlik dövründə regionlaşma siyasəti də xeyli fəallaşdı. Şotlandiya, Şimali İrlandiya, Uels kimi nisbətən geridə qalmış rayonların iqtisadi inkişafını stimullaşdırmaq istiqaməti götürüldü. Onun hökuməti sosial sahədə də tədbirlər həyata keçirdi.[8] 90-cı illərdə sosial xərclər artdı. Təhsil və səhiyyə sahəsində vəziyyət əsaslı şəkildə dəyişməsə də, digər sahələrdə dövlət tərəfindən göstərilən xidmətlərin keyfiyyəti yüksəldildi. Pensiya və müavinətlərin həcmi artırıldı.[8]
Meycorun xarici siyasəti daha praktik və konstruktiv idi. Onun hökuməti Böyük Britaniyanın ABŞ-la mütəffiqliyini daha da möhkəmləndirmək siyasətini həyata keçirməyə başladı. 1990-cı ildə Meycor ABŞ-yə səfər etdi. Meycor hakimiyyətə gəldikdən sonra Almaniya ilə münasibətləri qaydasına qoymaq üçün böyük səylər göstərdi. İngiltərə hökuməti Balkan münaqişəsinin həllində NATO ilə mütəffiqliyə başlıca diqqət yetirdi. Meycor hökuməti dünyanın 7 böyük dövlətinin başçılarının görüşlərinin əsas iştirakçılarından biri oldu. SSRİ ilə münasibətlərə gəldikdə isə, Meycor əvvəl SSRİ-nin dağılmasını separatizm kimi qiymətləndirdi. 1991-ci ilin yanvarında Latviya və Litvadakı hadisələrə sərt münasibətini bildirdi. Avropa dövlət başçılarından birinci olaraq Meycor Moskvada 1991-ci il avqust qiyamını mühakimə etdi. Rusiyanı SSRİ-nin varisi kimi tanıdı.[8]
Azərbaycan- Böyük Britaniya münasibətlərinin inkişafında Böyük Britaniyanın Baş naziri Con Meycorun dəvəti ilə Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin 22–25 fevral 1994-cü il tarixdə bu ölkəyə səfəri mühüm əhəmiyyət kəsb etmişdi. Səfərin əhəmiyyətindən danışan dönəmin Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev qeyd etmişdi: "Bu, müstəqil Azərbaycanın Prezidentinin Böyük Britaniyaya ilk səfəridir. Bizdən ötrü, Azərbaycan Respublikasından ötrü bunun böyük əhəmiyyəti var. Çünki Böyük Britaniyanı dünya siyasətində sanballı, siyasi çəkisi olan ölkə, dünya iqtisadi sistemində çox mühüm yer tutan, zəngin tarixi və gözəl ənənələri olan ölkə, hərtərəfli əməkdaşlıq yaratmaqla ondan çox şey öyrənmək mümkün olan ölkə hesab edirik." Bu görüşdə Prezident Heydər Əliyev və Böyük Britaniyanın baş naziri Con Meycor tərəfindən 23 fevral 1994-cü ildə "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş" Britaniya və Azərbaycan arasında mədəni əməkdaşlığın hüququ əsasının qoymuşdur. Bundan başqa 1995-ci ilin mayın 6-da Londonda Con Meycorla Heydər Əliyevin 2-ci görüşü baş tutmuşdur. Görüşdə hər iki ölkəni maraqlandıran məsələlər barədə müzakirələr aparılmış, Con Meycor Azərbaycanda demokratiyanın inkişafından razılıqla söhbət açmışdır.[9]
• "Con Meycor: Avtobioqrafiya" (ing. John Major: The Autobiography )
• "Oyundan daha çoxu, Kriketin tarixi" (ing. More than a Game, a history of cricket )
• "Mənim qədim dostum, Musiqili Zalın tarixi" (ing. My Old Man, a history of Music Hall )