Bığlı Mehmed Paşa

Bığlı Mehmed Paşa (ö. iyun 1701) — Osmanlı sultanı II ƏhmədII Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Bığlı Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Bağdad
Fəaliyyəti dövlət rəsmisi
Həyat yoldaşı Fatma xanım Sultan
Uşağı Səid Mehmed bəy

Əslən Misirli olub, burada doğulub böyümüşdür. Ciddə bəyliyinə yüksəldikdən sonra 1694-cü ildə vəzirliklə Həbəşistan bəylərbəyi oldu. Ertəsi il həcc əmirliyinə gətirildi. 1696-cı ildə Konya valisi, 1697-ci ilin iyulunda Belqrad valisi təyin edildi. 1698-ci ildə Sultan Muradın nəvələrindən Fatma xanım Sultanla (Mələk İbrahim PaşaRuqiyə Sultanın qızı) evlənərək Şam bəylərbəyliyinə gətirildi. Ardından 1699-cu ildə AnadoluDiyarbəkir bəylərbəyi oldu. 1701-ci ilin iyununda Bağdad uğrunda gedən döyüşlərdə göstərdiyi səriştəsizlik səbəbilə edam edildi.

Fatma xanım Sultanla olan nigahından Səid Mehmed bəy adlı oğlunun olduğu bilinir. Bu oğlu Sarı Mustafa PaşaSaliha Sultanın qızı Xədicə xanım Sultanla evlənmiş, Seyid Xəlil bəy (ö. 6 aprel 1782) adlı oğlu dünyaya gəlmişdir.

  • Sicill-i Osmani IV cild, səh. 16