Sarı Mustafa Paşa

Sarı Mustafa Paşa (ö. 1732) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Sarı Mustafa Paşa
Şəxsi məlumatlar
Atası Mehmed bəy
Uşaqları Sultanzadə Əhməd bəy
Fatma xanım Sultan

Atası IV Mehmed dönəminin sədrəzəmlərindən Dəli Hüseyn Paşanın oğlu Mehmed bəydir.[1] Saraya alındı və Əndərunda yetişdirildi. Burada yüksələrək qapıçılar kəndxudası oldu və 25 noyabr 1725-ci ildə vəzirlik rütbəsilə Sivas və İrəvan bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 21 oktyabr 1727-ci ildə Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. Bu səbəblə paytaxta çağırıldı və cütlüyün toy mərasimi 1728-ci ilin mayında baş tutdu. 1732-ci ildə İstanbulda vəfat etmişdir.

Saliha Sultanla olan nigahından 1 oğlu, 1 qızı dünyaya gəlmişdir:

  • Sultanzadə Əhməd bəy (1729-1736) — uşaq yaşlarında vəfat etmişdir. Əyyubsultanda dəfn olunduğu bilinir.
  • Fatma xanım Sultan (1730-1795) — 1748-ci ilin aprelində ögey atası Yəhya Paşanın kiçik qardaşı İbrahim bəylə evləndirildi. Bu nigahdan 2 övladı dünyaya gəldi.
    • Əminə xanım (?-12 may 1823) — Əmisi Yəhya Paşanın oğlu Əli bəylə evləndi və 2 qızı dünyaya gəldi. Cənazəsi nənəsi Saliha Sultanın yanına dəfn edildi.
      • Xədicə xanım
      • Nailə xanım
    • Mehmed bəy — Haqqında ətraflı məlumat yoxdur. Övladlarının adları bilinir.
      • Mehmed Rəşid bəy
      • Nəcibə xanım
      • Ləbibə xanım
  • Sicill-i Osmani IV cild, səh. 179
  1. Yusuf Sağır, “Gâzî Hüseyin Paşa’nın Girit’teki Vakıf Eserleri”, Turkish Studies, VIII/2 (Kış 2013), s. 298