Ruqiyə Sultan (1639, Topqapı sarayı – 1716, İstanbul) — 17. Osmanlı sultanı IV Muradın qızı.
Ruqiyə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1639 |
Doğum yeri | Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 1716 |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Sultan Əhməd türbəsi, Sultan Əhməd külliyəsi |
Atası | IV Murad |
Anası | Hasəki Ayşə Sultan |
Həyat yoldaşı | Mələk İbrahim Paşa |
Uşaqları |
Ayşə xanım Sultan Fatma xanım Sultan |
Ruqiyə Sultan 1639-cu ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 1 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Ruqiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1663-cü ildə vəzir Mələk İbrahim Paşayla nigahlanan Ruqiyə Sultanın bu nigahdan 2 qızı dünyaya gəldi.
Ərinin 1685-ci ilin dekabrında edam edilməsinin ardından çox yaşamayan Ruqiyə Sultan 1696-cı ilin martında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu.