Bahreyn Körfəzi— Qətər yarımadası vasitəsilə suyun əsas hissəsindən ayrılan Səudiyyə Ərəbistanının şərq sahillərində İran körfəzinin giriş hissəsidir. Körfəz Bəhreyn adalarını əhatə edir. Kral Fəhd körpüsü Bəhreyn körfəzinin qərb hissəsini keçərək, Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında əlaqə yaradır.
Bəhreyn körfəzi | |
---|---|
خليج البحرين | |
| |
Ümumi məlumatlar | |
Tip | körfəz |
Yerləşməsi | |
25°41′50″ şm. e. 50°32′03″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bəhreyn körfəzi, Qətər yarımadası və Səudiyyə Ərəbistanı arasında İran körfəzinin qərb hissəsində uzanan böyük bir körfəzdir. Qətərin şimal hissəsi ilə Səudiyyə Ərəbistanı sahilinə çatmamış altı adadan və bir çox kiçik adacıklar qrupundan ibarət Bəhreyn yerləşir. Bəhreyn körfəzinin bu səbəbdən İran körfəzinə iki girişi var, ucqar qərbində Səudiyyə Ərəbistanına gedən qısa körpü yerləşir. Bəhreyn körfəzinin cənub hissəsinin uzanması Salvah körfəzini formalaşdırır. Bəhreyn adasının cənub-şərqində və Qətər sahillərinə yaxın, indi Bəhreynin bir hissəsi olan Havar adaları uzanır.[1]
Səudiyyə Ərəbistanını Bəhreyn adasına birləşdirən Kral Fəhd körpüsünün 26 noyabr 1986-cı ildə təntənəli surətdə açılışı edildi.[2] Körpü bir-birinə bərk bağlanmış beş körpüdən ibarətdir və dizaynı ətraf mühitə təsirini minimuma endirmək üçün seçilmişdir.[3] Bəhreyni Qətərə bağlamaq üçün başqa bir körpü (2012) planlaşdırılmışdır. Bunun təxminən yarısı uzunluğunda möhkəm bənd olaraq, digər yarısı isə körpü olacaq. Körpünün mövcudluğu körfəzdəki suyun dövriyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.[4]
Qətərin sahillərində olan Havar adaları, 1997-ci ildə Ramsar sahəsi olaraq siyahıya alındı.[5] Onlar Sokotra qarabatdaq da daxil olmaqla bir çox quş növlərinə ev sahibliyi edir. Əsas adada ərəb köpgəröküzü və qum ceyranlarının kiçik sürüləri var.[6]
Bəhreyn körfəzi dayazdır və sular kiçik bir istilik qabiliyyətinə malikdir. Sular sahil ətrafında 14 ilə 35 °C arasında (57-95 °F) temperaturda böyük tərəddüdə məruz qalırlar. Su İran körfəzinin digər hissələrinə nisbətən daha çox duzludur (10%). Bəhreyn ətrafında dəniz çəmənlikləri, mərcan rifləri, bataqlıq və manqrov sıx meşəliyi yayılmışdır. Bu sahələr ərazinin bioloji müxtəlifliyi, onurğasızlar, kiçik balıqlar, dəniz tısbağasının yaşayış mühitini təmin etmək üçün vacibdir.[3]
Bəhreyn sahildə dəniz dibinin və yatağının torpaqla doldurulması ilə ərazisini genişləndirir. 1963-cü ildə Bəhreynin sahəsi 668 km2 (258 sq mi) idi və 2007-ci ilə qədər isə ərazisi 759 km2 (293 sq mi) olmuşdur. Bitişik dənizlərdəki geniş mərcan rifləri məhv edilmiş və dənizdəki artan çöküntü digərlərinə zərərli təsir göstərmişdir. 1996 və 1998-ci illərdə Bəhreyn və Qətər arasındakı Fəşt Adam rifi istilik təzyiqindən zədələnmişdi, o zamandan bəri demək olar ki, tamamilə məhv edilmişdir.[4]