Bəxt üzüyü 2

Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı "Bəxt üzüyü 2" filmi çəkilib.

'Bəxt üzüyü'
Bəxt üzüyü 2 (film, 2018)
Janr Komediya
Rejissorlar Ənvər Mansurov
Baş rollarda
İstehsalçı Planet Parni iz Baku
İlk baxış tarixi 2017
Müddət 1:50:23 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 2017
Əvvəlki film Bəxt üzüyü (film, 1991)
Rəng rəngli

Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk "Bəxt üzüyü"ndə oynamış aktyorların iştirakına çalışılıb.

Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb.

Nüşabə xanım deyib ki, "möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək". "Bəxt üzüyü 2" filminin çəkilişlərini "Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəst-xət üzrə davam edir.

Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, Firəngiz Rəhimbəyli və başqaları çəkilib. "Bəxt üzüyü" Azərbaycan kinematoqrafiyasının ən maraqlı komediyalarından biri sayılır. [1]

Film xalq artisti Rafael Dadaşovun kinoda son işidir.

İlk "Bəxt Üzüyünün" baş qəhrəmanlarının həyatında 27 il ərzində çox şey dəyişməyib. Moşu şeirlərini yazmaqda davam edir, Söylü də ən birinci ev işlərini görür sonra da Xoşu başda olmaqla uşaqları ilə məşğuldur. Rasim də bərkgedən biznesmen olaraq qalır. Gözlənilmədən vəziyyət dəyişir. Rasimin qızı Dəniz yenicə münasibət qurduğu adaxlısı ilə atasıgilə qonaq gəlir. Eyni zamanda Söylünün kiçik qardaşı Fedot da Rusiyadan qayıdır və gözəl Dəniz xanımın ətrafında öz planlarını qurmağa çalışır.[2]

  1. "Arxivlənmiş surət". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
  2. "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]