Bəxtiyar İbrahim oğlu Məmmədov (1971, Naxçıvan şəhəri) — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini (26 sentyabr 2024-cü ildən) və VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.
Bəxtiyar Məmmədov | |
---|---|
Vəzifədədir | |
26 sentyabr 2024-cü ildən | |
Əvvəlki | Anar İbrahimov (müvəqqəti) |
Vəzifədədir | |
26 sentyabr 2024-cü ildən | |
Sədr | Özü (2024-cü ildən; müvəqqəti) |
Əvvəlki | Azər Zeynalov |
Vəzifədədir | |
26 sentyabr 2024-cü ildən | |
Seçki dairəsi | 2024 – 41 saylı Ordubad şəhər |
20 iyun 2023-cü il – 24 sentyabr 2024 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Partiya | Yeni Azərbaycan Partiyası |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Bəxtiyar İbrahim oğlu Məmmədov 1971-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 1978-1988-ci illərdə Naxçıvan şəhər 3 nömrəli rus orta məktəbində almış və həmin məktəbi fərqlənmə ilə bitirmişdir. 1988-1993-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması ixtisası üzrə ali təhsil almışdır. Avtomatlaşdırma üzrə mühəndisdir.[1] Rus və ingilis dillərini bilir. Ehtiyatda olan zabitdir. Ailəlidir, 2 övladı var.
Əmək fəaliyyətinə 1993-cü ildə “Azərneftyağ” Neftayırma Zavodunda cihazçı kimi başlamış, 1995-2003-cü illərdə “Azərneftyağ” İstehsalat Birliyində mühəndis, rəis müavini, 2003-2015-ci illərdə “Azərneftyağ” Neft Emalı Zavodunda şöbə rəisinin müavini, şöbə rəisi-baş metroloq, 2015-2016-cı illərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda baş metroloqun müavini, 2016-2019-cu illərdə Karbamid zavodunda direktor müavini-baş mühəndis, 2019-2023-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunda direktor vəzifələrində çalışmışdır.[1][2]
2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsində çalışmışdır.[1][3]
Bəxtiyar Məmmədov 1 sentyabr 2024-cü ildə VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə 41 saylı Ordubad şəhər seçki dairəsindən namizədliyini irəli sürmüş və seçicilərin rəğbətini qazanaraq deputat seçilmişdir.[4] 26 sentyabr 2024-cü ildə keçirilmiş VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının gündəliyinə uyğun olaraq Ali Məclis sədrinin birinci müavini vəzifəsinə Bəxtiyar Məmmədovun namizədliyi irəli sürülmüş və təklif səsə qoyularaq qəbul edilmişdir.[5]
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
18 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.[6]