Naxçıvanda parlament seçkiləri (2024)

Naxçıvanda parlament seçkiləri — 1 sentyabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilər.

← 2020  Naxçıvan  Növbəti →
Naxçıvanda növbədənkənar parlament seçkiləri (2020)
1 sentyabr 2024
Rəhbər İlham Əliyev
Partiya Yeni Azərbaycan Partiyası

COVID-19 pandemiyası

[redaktə | mənbəni redaktə et]

İkinci Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

Vasif Talıbovun istefası və dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci ildə qapalı keçirilmiş səkkizinci sessiyasında səhhəti ilə əlaqədər Ali Məclisə 1995-ci ildən bəri rəhbərlik edən Vasif Talıbovun vəzifəsindən istefa verməsi ilə bağlı müraciətə baxılıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq onun müraciəti qəbul olunub. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq Vasif Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməmişdir. Yeni sədr seçilənədək sədr vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir.[1][2] Azər Zeynalov 5 oktyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa vermişdir.[3] O, həmçinin, sədr səlahiyyətlərini icra edən vəzifəsindən də istefa vermiş,[4] bu səbəbdən də sədr müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin səlahiyyətlərini icra etməyə başlamışdır. Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 may 2023-cü ildə keçirilmiş iclasında Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdi.[5]

2020-ci il may ayının 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsinə Səbuhi Hidayət oğlu Məmmədovun təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.[6][7][8] İstefaların və vəzifədən azad edilmələrin ardınca 2024-cü il 25 aprel tarixində vəzifədən azad olunub.[9] Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuş[10] Ceyhun Cəlilov 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək[11] Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.[12]

Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti də tam tərkibdə yenilənmişdir. Belə ki, Bəxtiyar Məmmədov 20 iyun 2023-cü ildə Baş nazirin müavini təyin edilmişdir.[13] 28 dekabr 2022-ci ildə daxili işlər naziri Rəşad İsmayılov vəzifəsindən azad edilmiş, yerinə isə Süleyman Neymətov təyin olunmuşdur.[14] 17 yanvar 2023-cü ildə fövqəladə hallar naziri Şamı Abdullayev vəzifəsindən azad edilmiş və yerinə Şahin Mirzəyev təyin edilmişdir.[15] 28 fevral 2023-cü ildə isə kənd təsərrüfatı nazirinin müavini və nazir vəzifələrini icra edən Xəyalə Dadaşova vəzifəyə təyin olunmuşdur.[16]

Növbədənkənar prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

Növbədənkənar seçki tələbi

[redaktə | mənbəni redaktə et]

Kütləvi informasiya vasitələrində 20 iyun 2024-cü ildə hakim Yeni Azərbaycan Partiyasının qapalı iclasında növbədənkənar parlament seçkilərinin keçirələcəyinin müzakirə olunduğu iddia edilmişdir.[17] Parlamentin növbədənkənar son iclasında da parlamentin buraxılacağı iddia edilmişdir.[18] 20 iyun 2024-cü ildə hakim Yeni Azərbaycan Partiyası qapalı iclas keçirmiş, iclasda hakim partiyanın millət vəkilləri növbəti parlament seçkilərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı başda olmaqla digər mötəbər tədbirlərlə eyni vaxtda olması səbəbi ilə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul etmişdir.[19]

Parlamentin 21 iyun 2024-cü il tarixli iclasında hakim Yeni Azərbaycan Partiyası deputatları adından Hikmət Babaoğlu növbədənkənar seçki tələbini oxumuşdur. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılmış, Adil Əliyev komissiyanın sədri, Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən MusayevNigar Arpadarai isə komissiyasının üzvləri təyin olunmuşdur. Mətn səsə qoyulmuş iclasda iştirak edən 106 deputatdan 105-nin lehinə, 1-nin əleyhinə səsi ilə qəbul olunmuşdur.[20] Parlament adından hazırlanan Prezidentə müraciət mətnini Tahir Rzayev oxumuşdur.[21]

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 iyun 2024-cü ildə parlamentin 2024-cü il 21 iyun tarixli "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxaraq bu qərarın Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edildiyini elan etmişdir.[22]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 iyun 2024-cü ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalamışdır.[23]

Ardınca Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi Anar İbrahimov eyni gündə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı qərar imzalamışdır.[24] Seçkilər təyin olunmasına baxmayaraq Ali Məclis buraxılmamışdır.[25]

Seçkilərin elanından və seçkilərə az müddət qala Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev istefa vermişdir.[26] Daha sonra keçirilən iclasda komissiya üzvü Əkrəm Hüseynzadə komissiyanın sədri seçilmişdir.[27]

Partiyalardakı vəziyyət

[redaktə | mənbəni redaktə et]

Son parlament və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü ildə qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir.[28]

Seçkilərdən öncə, yəni 4 may tarixində Müsavat Partiyası XI Qurultayını keçirmək qərarı almışdır.[29] Qurultaydan öncəki Məclis toplantısında sədr Nüşabə Sadıqlı sabiq başqan İsa Qəmbərin başqan namizədi olması təklifini irəli sürmüşdür.[30] O zamanadək isə sədr müavini Osman Kazımov və Natiq Ulubəy başqanlığa namizəd olmuşdur. İsa Qəmbər 29 aprel tarixində başqanlığa namizədliyini irəli sürmüşdür,[31] digər namizədlər isə ardınca namizədliklərini geri çəkmişdir.[32][33] 4 may 2024-cü ildə keçirilən qurultayda İsa Qəmbər Müsavat Partiyasının yenidən partiyanın başqanı seçilmişdir.[34]

Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Yaşar Bağırsoy partiyanın seçkilərdə iştirak etməyəcəyini açıqlamışdır. O, bunu partiyanın Milli Məclisə keçirilən seçkiləri boykot qərarı ilə əlaqələndirmişdir.[35] Müsavat Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri partiyanın seçkilərdə iştirak etməsinə baxmayaraq nə özünün, nə də partiya üzvlərinin seçkidə həvəsli olduğunu bildirmişdir. Belə ki, partiya üzvlərindən namizədlik üçün müraciət edən olmamışdır.[35]

Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Ədalət, Hüquq, Demokratiya PartiyasıMilli Cəbhə Partiyası seçkilərdə iştirak etməmə qərarı almışdır.[36] Ağ Partiya seçkilərdə iştirak qərarı almışdır.[37] Belə ki, partiyanın yeganə namizədi olacaq şəxs isə 40 saylı Saltaq seçki dairəsi üzrə Mətləb Abbasovdur.[36]

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının istefa vermiş sədri Əjdər Əliyev, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının direktoru Rza Xudiyev və Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini Canməmməd Canməmmədov da Culfa rayonundan deputatlığa namizədliyini irəli sürmüşdür.[38]

Siyasi partiya
İştirak
Partiyanın rəhbəri
Namizəd sayı
Ağ Partiya ✅Y Tural Abbaslı 1[37]
Ana Vətən Partiyası Fəzail Ağamalı
Azad Vətən Partiyası Akif Nağı
Azərbaycan Demokrat Partiyası Sərdar Cəlaloğlu
Azərbaycan Demokratik Maarifçilik Partiyası Elşən Musayev
Azərbaycan Xalq Cəbhəsi Partiyası ❌N Əli Kərimli
Azərbaycan Xalq Partiyası Pənah Hüseyn
Azərbaycan Milli İstiqlal Partiyası Arzuxan Əlizadə
Azərbaycan Ümid Partiyası ❌N İqbal Ağazadə
Böyük Azərbaycan Partiyası Elşad Musayev
Böyük Quruluş Partiyası ❌N Fazil Mustafa
Demokratik İslahatlar Partiyası Asim Mollazadə
Ədalət, Hüquq, Demokratiya Partiyası ❌N Qüdrət Həsənquliyev
Ədalət Partiyası İlyas İsmayılov
Gələcək Azərbaycan Partiyası Ağasif Şakiroğlu
Haqq Ədalət Partiyası Əli İnsanov
Klassik Xalq Cəbhəsi Partiyası Mirmahmud Mirəlioğlu
Milli Cəbhə Partiyası ❌N Razi Nurullayev
Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc Quliyev
Müasir Müsavat Partiyası Hafiz Hacıyev
Müsavat Partiyası İsa Qəmbər
Respublikaçı Alternativ Partiyası İlqar Məmmədov
Vəhdət Partiyası Tahir Kərimli
Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı
Yeni Azərbaycan Partiyası İlham Əliyev
Yeni Zaman Partiyası Musa Ağayev
  1. "Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən azad edilib - QƏRAR". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  2. "Vasif Talıbovun Ali Məclisin Sədri vəzifəsindən azad olunması ilə bağlı QƏRAR - YENİLƏNİB + FOTO/VİDEO". Oxu.az (az.). İstifadə tarixi: 2024-07-31.
  3. "Azər Zeynalov Naxçıvan Ali Məclisi Sədrinin birinci müavini vəzifəsindən istefa verib". Report İnformasiya Agentliyi (az.). 2023-10-05. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.
  4. "Azər Zeynalov Naxçıvan Ali Məclisi Sədrinin birinci müavini vəzifəsindən istefa verib". Report İnformasiya Agentliyi (az.). 2023-10-05. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.
  5. "Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçilib | Report.az". report.az. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
  6. "Arxivlənmiş surət". 2020-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  7. http://serqqapisi.az/images/bugun/24-05-2020.pdf[ölü keçid]
  8. "Arxivlənmiş surət". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  9. "Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO". Oxu.Az (az.). 2024-04-25. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  10. "C. R. Cəlilovun Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı". Şərq qapısı. 2023-03-16. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  11. "C. R. Cəlilovun Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı". Şərq qapısı. 2024-04-25. İstifadə tarixi: 2024-04-25.
  12. "C. R. Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı". Şərq qapısı. 2024-04-25. İstifadə tarixi: 2024-04-25.
  13. "Bəxtiyar Məmmədov Naxçıvan Baş nazirinin müavini təyin edilib". Şərq qapısı (ingilis). İstifadə tarixi: 2024-07-31.
  14. "Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi - VİDEO". Oxu.az (az.). İstifadə tarixi: 2024-07-31.
  15. "Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub". nuhcixan.az (az.). 2023-01-17. İstifadə tarixi: 2024-07-31.
  16. "Xəyalə Dadaşova kollektivə təqdim olunub". nuhcixan.az (az.). 2023-03-02. İstifadə tarixi: 2024-07-31.
  17. "YAP-ın QAPALI iclasında hansı qərarlar alındı?". musavat.com (az.). 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  18. "Azərbaycanda parlament buraxılır - Növbədənkənar seçki olacaq". publika.az (az.). 2024-06-20. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  19. "YAP-çı deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət edəcəklər". Report İnformasiya Agentliyi (az.). 2024-06-20. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  20. "Növbədənkənar seçkilərin əleyhinə 1 deputat səs verdi". musavat.com (az.). 2024-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
  21. "Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB-3". Report İnformasiya Agentliyi (az.). 2024-06-21. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  22. "Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - QƏRAR - YENİLƏNİB-2". Report İnformasiya Agentliyi (az.). 2024-06-27. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  23. "Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  24. "Naxçıvan Ali Məclisinə sentyabrın 1-nə seçkilər təyin olunub". Report İnformasiya Agentliyi (az.). 2024-06-28. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  25. "Naxçıvan Ali Məclisi niyə buraxılmadı?". tns.az (az.). İstifadə tarixi: 2024-07-31.
  26. "Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri istefa verib? - ŞOK". tns.az (az.). İstifadə tarixi: 2024-07-31.
  27. "Naxçıvan Mərkəzi Seçki Komissiyasına sədr seçilib". tns.az (az.). İstifadə tarixi: 2024-07-31.
  28. moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  29. Gudratli, Rufat. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Cebhe Info (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  30. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  31. "İsa Qəmbər rəsmən namizəd oldu — Foto". Qafqazinfo (az.). 2024-04-29. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  32. "Osman Kazımov geri çəkildi - "İsa Qəmbərin qərarı ilə..."". Teleqraf.com (az.). 2024-04-30. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  33. modern.az. "İsa Qəmbər Müsavat başqanlığına yeganə namizəd olacaq". modern.az (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  34. "İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB". apa.az. 2024-05-04. 2024-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2024.
  35. 1 2 "Talıbovlardan YENİ XƏBƏR VAR - Müvəqqəti olaraq..." musavat.com (az.). İstifadə tarixi: 2024-07-31.
  36. 1 2 "YAP Naxçıvan Ali Məclisinə seçkilərdə niyə iştirak etmir? - Bu partiyalar isə..." tns.az (az.). İstifadə tarixi: 2024-07-31.
  37. 1 2 "Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası - Xəbərlər". nmsk.gov.az. İstifadə tarixi: 2024-07-31.
  38. "Bu şəxslər Culfa rayonundan Ali Məclisin deputatı seçilə bilərlər". tns.az (az.). İstifadə tarixi: 2024-07-31.