Bəyazid qülləsi

Bəyazid qülləsi (türk. Beyazıt Kulesi) və ya Serəskər qülləsi — Osmanlı Hərbi Nazirliyi tərəfindən tikilmiş, hazırda İstanbul Universitetinin əsas kampusunun (əvvəlki Osmanlı Hərbi Nazirliyi) həyətində yerləşən 85 metr hündürlüyündə (279 ft) yanğınsöndürmə qülləsidir. Türkiyənin İstanbul şəhərində, Beyazid meydanı (Roma dövründə Forum Tauri olaraq bilinir), I Konstantinin inşa etdirdyi "yeddi təpədən" birinin üstündədir.

Bəyazid qülləsi
türk. Beyazıt Kulesi
İstanbul Universitetinin əsas kampusundakı Bəyazid qülləsi
İstanbul Universitetinin əsas kampusundakı Bəyazid qülləsi
Xəritə
Ümumi məlumatlar
Növü Müşahidə qülləsi
Radiotranslyasiya qülləsi
Ölkə Türkiyə Türkiyə
Şəhər İstanbul
Koordinatlar 41°00′45″ şm. e. 28°57′53″ ş. u.HGYO
Şərəfinə adlandırılıb II Bəyazid
Tikintisinin başlaması 1749
Açılma 1749
Hündürlük
Hündürlük 85m
İstinadlar
https://www.tripadvisor.com.tr/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qüllədəki yazı.

Bəyazid qülləsinin tikilməsi Osmanlı sultanı II Mahmud (1808–1839) tərəfindən sifriş edilmişdir. 1828-ci ildə yanğında dağılmış və əvvəllər memarın qardaşı Krikor Balyan tərəfindən inşa edilən orijinal taxta Bəyazid qülləsi yerində onu daşdan tikən Sənəkərim Balyan tərəfindən dizayn edilmişdir.

Hazırda hava şəraitini fərqli rənglərdə göstərmək üçün işıqlandırma sistemi ilə təchiz edilmişdir. Qırmızı rəng havanın qarlı, mavi rəng- gözəl və aydın , yaşıl rəng - yağışlı və sarı rəng isə - dumanlı olacağını bildirir.[1]

Beyaziddəki ilk yanğınsöndürmə qülləsi 1749-cu ildə ağacdan tikilmiş, lakin 1756-cı ildə Cibalidə böyük yanğın əsnasında yandırılmışdır. Eyni yerdə başqa bir taxtadan qüllə tikildi ki, sultan II Mahmudun 1826-cı ildə Yeniçəri Korpusunu ləğv etmək qərarı ilə bağlı baş üsyanlardan sonra dağıdıldı. Elə həmin il saray memarı Krikor Balyan tərəfindən dizayn edilmiş və tikilən və yeniçərilərin tərəfdarları tərəfindən yenidən yandırılan ərazidə başqa bir taxta qüllə tikildi. Nəhayət, daşdan hazırkı qüllə, 1828-ci ildə Sənəkərim Balyan tərəfindən Osmanlı barokko üslubunda inşa edilmişdir.[2]

Daş qüllənin yuxarısında yanğına baxmaq üçün 50 m²-lik mərtəbəyə sahib idi ki,buraya qalxmaq üçün 180 addımlıq taxta pilləkəndən keçilməli idi. Bu saat otağının 13 dairəvi tağlı pəncərəsi var. Başlanğıcda, qüllə konus şəklində taxta bir dam örtüyünə sahib idi. 1849-cu ildə üst hissəyə dairəvi pəncərəli səkkizguşəli planlı üç mərtəbə əlavə edildi: biri siqnal,digərləri siqnal səbətləri və bayraqlar üçün. Ən yüksək üç mərtəbənin daha kiçik diametri ikinci mərtəbədə bir teras üçün yer yaradır. 1889-cu ildə damında 13 metrlik dəmir dirək ucaldıldı. Qüllə 1889-cu il zəlzələsində qismən ziyan gördü və sonradan bərpa edildi. Hazırda qüllənin daş damı və 256 pilləli taxta pilləkəni var.

Yanğın İstanbul üçün əhəmiyyətli bir təhlükə idi və çox sayda genişmiqyaslı fəlakətə səbəb oldu, çünki əsasən İçərişəhərin tarixi məhəllələrindəki evlərin əksəriyyəti taxtadan idi. Bəyazid qülləsi, Qalata qülləsi və İcadiye Gözətçi qülləsi (Vanıköy təpəsində), şəhərin yuxarıdan uzaq mənzərələrinə xitab edə bildikləri üçün yanğın təhlükələrini aşkar etmək üçün istifadə edilirdilər. Bütün İçərişəhər (Yeddiqüllə, Topkapı, Kocamustafapaşa, Fateh, Bəyazid meydanı), Haliç bölgələrinin kəsiyi (Fənər, Balat, Eminönü) və Boğaziçi (Topxana, Beşiktaş, Ortaköy), Mərmərə dənizin girişi (Üsküdar, Kadıköy) və hətta şəhərin cənub-şərqindəki Şahzadə adaları Bəyazid qülləsindən seyr edilə bilinirdi.

Gündüz zənbillər endirilərək, gecə rəngli lampalar yandırılaraq yanğın siqnalı verilirdi. Zənbillərin və ya lampaların sayı və rəngi yeri, yəni İstanbulun hansı bölgəsində yanğın hadisəsi göstərirdi. Cavab olaraq, Boğazın Anadolu tərəfindəki İcadiye Gözətçi qülləsi daha sonra vətəndaşlara yanğını bildirmək üçün 7 yaylım atəş açırdı. İyirmi xilasetmə qrupu 1923-cü ilə qədər Bəyazid qülləsində dururdu. 1997-ci ildə struktur hərtərəfli bərpa olundu.[3]

Bəyazid qülləsi bu gün də bir gözətçi qülləsi olaraq, gecə Haliçdəki gəmilərə hava proqnozu və dəniz naviqasiya məlumatları siqnallarını vermək üçün istifadə olunur. Qüllə qabaqcıl rabitə texnologiyasının inkişafı ilə əhəmiyyətini itirdi. Son vaxtlarda üç növbədə iki yanğınsöndürən qüllədə yalnız mühafizə məqsədilə yerləşdirilib. 1972-ci ildən bəri qülləyə daxil olmaq üçün xüsusi icazə tələb olunur.[4]

  1. Beyazıt Kulesi Arxivləşdirilib 2020-03-25 at the Wayback Machine, www.itfaiye.ibb.gov.tr. Erişim Tarihi: 25.03.2020.
  2. Beyazıt Kulesi, istanbul.ktb.gov.tr. Erişim Tarihi: 25.03.2020.
  3. "16 Nisan 1999". 2008-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
  4. Hürriyet Daily News, Weathercast in 4 colors, 08.12.2010 (İngilizce)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]