Bəybala Tacı oğlu Usubəliyev (1 oktyabr 1951, Ağsu rayonu – 18 mart 2022, Bakı) — Azərbaycanlı elm adamı, kimya elmləri doktoru.[1]
Bəybala Tacı oğlu Usubəliyev | |
---|---|
Doğum tarixi | 1 oktyabr 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 2022 (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Almara Novruz qızı Hümbətova |
Uşağı | 3 |
Atası | Usubaliyev Tacı Alosman oğlu |
Anası | Usubaliyeva Həcər Teymurxan qızı |
Elm sahələri | qeyri-üzvi kimya, Supramolekulyar kataliz, ekologiya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Xudu Məmmədov |
Bəybala Usubaliyev 1 oktyabr 1951-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1969-cu ildə orta məktəbi bitirərək, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakultəsinə daxil olmuşdur. 1970-ci ildən təhsil almaqla yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi kimya" İnstitutunda laborant vəzifəsində işləməyə başlamışdır. 1974–76-cı illərdə hərbi xidmətdə olmuşdur. Hələ tələbəlik illərində dünya şöhrətli alim, ictimai xadim Xudu Məmmədovun rəhbərliyi altında elmi işlərdə iştirak etməyə başlamış və bir neçə elmi məqalə dərc etdirmişdir. 1978-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi kimya" İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir.[2]
1978–1982-ci illərdə AMEA-nın "Qeyri-üzvi və Fiziki kimya" İnstitutunda dissertant kimi elmi fəaliyyətə başlamışdır.
1982-ci ildə görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədovun rəhbərliyi altında "Mis və gümüşün aromatik karbon turşuları ilə iki nüvəli kompleks birləşmələrinin sintezi, quruluşu və termoqrafik tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kimya elmlər namizədi elmi adını almışdır.
1982–1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi və Fiziki kimya" İnstitutunun struktur kimya laboratoriyasında mühəndis, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır.
1991-ci ildə köçürmə yolu ilə Mingəçevir Politexnik İnstitutuna təyinatını almışdır. Bir müddət sonra, 1995-ci ildə ümumi kimya fənni üzrə dosent elmi adına layiq görülmüşdür. 1991–1996-cı illərdə həmin institutun "Fiziki kimya" kafedrasında dosent əvəzi, dosent və kafedra müdiri kimi bir sıra vəzifələrdə çalışmışdır.[3]
1992-ci ildə Respublikada fəaliyyət göstərən gön-dəri sənayesinin kənardan gətirilən natrium sulfid reaktivinə olan tələbatını ödəmək üçün Dövlət sifarişi ilə "Sintez elm istehsalat" kiçik müəssəsini yaratmışdır.
1997-ci ildə "Azərbaycan Baş Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması" İnstitutunda kimya ixtisası üzrə tam ixtisasartırma kursunu keçmişdir.
1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin olunmuşdur. 1998-ci ildə həmin İnstitutda aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir. 2011-2017-ci illərdə isə həmin Elmi Tədqiqat İnstitutunun Doktorantura şöbəsində müdir vəzifəsində çalışmışdır.
2014-cü ildə "Metalların aromatik monokarbon turşuları ilə koordinasion birləşmələri əsasında klatratəmələgəlmənin quruluş-kimyəvi əsasları" mövzusunda doktorluq işini müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almışdır.
2014-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda həmin institutun "Kimyəvi reagentlər və sensorlar" laboratoriyasına rəhbərlik etmişdir.
2014–2015-ci illərdə Milli Aviasiya Akademiyasında "Aviasiya materialşunaslığı" kafedrasında dosent kimi çalışaraq, kimya ixtisası üzrə mühazirələr oxumuşdur.
Görkəmli alim Usubaliyev Bəybala 230-a yaxın elmi əsərin (onlardan 180-a yaxını xarici jurnallarda nəşr edilmişdir) o cümlədən 2 monoqrafiya, 4 müəlliflik şəhadətnaməsi, bir neçə metodiki göstərişin və 15 patentin (3 Avroasiya) müəllifi olmuşdur.[4]
Alimin rəhbərliyi ilə 1 elmlər doktoru və 5 fəlsəfə doktoru yetişdirilmişdir. O cümlədən, beş nəfərin fəlsəfə doktoru və üç elmlər doktoru dissertasiya işlərinə rəhbərlik edirdi.
B.T.Usubaliyevin elmi istiqamətləri qeyri-üzvi kimya, supramolekulyar kimya, koordinasion birləşmələr kimyası, quruluş kimyası, nanoquruluşlu birləşmələr kimyası, kimya texnologiyası, nanotexnologiya klatrat birləşmələr kimyası aiddir.
İşlədiyi müddət ərzində Respublikamızın aparıcı sahəsi olan neftin müəyyən sahələrində kimya elminin tətbiqinə çalışmış və buna nail olmuşdur. 2018-ci ildə onun tərəfindən dünyada ilk dəfə olaraq neftin çıxarılması, nəqli və saxlanılması proseslərinin effektivliyini artırmaq üçün nanoquruluşlu koordinasion polimer əsaslı yeni çoxfunksiyalı texnologiya hazırlamışdır. Bu yeni texnologiya dəfələrlə Respublikamızın və respublikamızdan kənarda (Qazaxıstan, Türkmənistan və Rusiya Federasiyası) müxtəlif neft yataqlarında sınaqdan keçirilmiş, reagentin təsir mexanizmi öyrənilmiş və yüksək nəticələr əldə edilmişdir. Koordinasion birləşmələr əsasında qeyri valent birləşmələrin sintezi və quruluş-kimyəvi əsaslarının öyrənilməsi elmi istiqaməti Respublikamızda məhz onun adı ilə bağlıdır. O, Respublikada ilk dəfə bir-, iki- və çoxəsaslı aromatik karbon turşularının metallarla kompleks birləşmələri əsasında bu sinif birləşmələri almış, onların alınmasının quruluş-kimyəvi əsaslarını işləmiş və təsnifatını vermişdir. Dünyada ilk dəfə olaraq, bu tip birləşmələri və ümumiyyətlə klatrat əmələgəlməni neftçıxarmaya tətbiq edərək, yüksək nəticələri əldə edən ilk alimlərdən olmuşdur.
18 mart 2022-ci ildə Bakı şəhərində vəfat etmiş, Yasamal qəbiristanlığında dəfn edilmişdir.[5]
1978–1982-ci illərdə AMEA-nın "Qeyri-üzvi və Fiziki kimya" İnstitutunda dissertant kimi elmi fəaliyyətə başlamışdır.
1982-ci ildə "Mis və gümüşün aromatik karbon turşuları ilə iki nüvəli kompleks birləşmələrinin sintezi, quruluşu və termoqrafik tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kimya elmlər namizədi elmi adını almışdır.
1982–1991-ci illərdə AMEA-nın "Qeyri-üzvi və Fiziki kimya" (indiki "Kataliz və Qeyri-üzvi kimya") İnstitutunun laboratoriyasında mühəndis, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır.
Respublika Bilik Cəmiyyətinin 1991-ci il 24 may tarixli qərarı ilə Xudu Məmmədov adına birinci dərəcəli mükafata layiq görülmüşdür.
1994–1997-ci illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki Mingəçevir Dövlət Universiteti) "Fiziki kimya" kafedrasında dosent əvəzi, dosent (1995) və kafedra müdiri kimi bir sıra vəzifələrdə çalışmışdır.
1997–2022-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində fəaliyyət göstərən "Neftin, Qazın Geotexnoloji Problemləri və kimya" Elmi Tədqiqat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, "Kimyəvi reagentlər və sensorlar" laboratoriyasının müdiri, Doktorantura şöbəsinin müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
2014-cü ildə "Metalların aromatik monokarbon turşuları ilə koordinasion birləşmələri əsasında klatratəmələgəlmənin quruluş-kimyəvi əsasları" mövzusunda doktorluq işini müdafiə edərək, kimya elmləri doktoru elmi dərəcəsini almışdır.
2014–2015-ci illərdə Milli Aviasiya Akademiyasında "Aviasiya materialşunaslığı" kafedrasında dosent kimi çalışaraq, kimya ixtisası üzrə mühazirələr oxumuşdur.
2016-cı ildən Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professorudur.
Elmin İnkişafı Fondunun resenzenti idi.
2018-ci ildən Asiya Kimya Cəmiyyətinin (Asian Chemical Sosiety (AChemS)) Fəxri üzvi və resenzenti idi.