Bahar Əvəz qızı Muradova (20 mart 1962, Füzuli) — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini, sabiq deputat.
Bahar Muradova | |
---|---|
Vəzifədədir | |
12 mart 2020-ci ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Əvvəlki | Hicran Hüseynova |
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri | |
5 mart 2021 – 11 mart 2021 | |
Əvvəlki | Nurlana Əliyeva |
Sonrakı | Vəzifə ləğv edildi. |
2005 – 2019 | |
2000 – 2019 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1962 (62 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub[1]. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Milliyyətcə azərbaycanlıdır.
1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.
1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.
Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir.
1993–1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.
1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavini olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin II (2000), III (2005), IV (2010), V (2015) çağırış deputatı seçilib.[2]
2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur.
12 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edib.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[3]
Ailəlidir, bir qızı var.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 30 oktyabr 2009-cu ildə keçirilən müdafiədə Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır (İxtisasın kodu və adı: 23.00.04 – Beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri). Dissertasiyanın adı "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" olmuşdur. Elmi rəhbəri tarix elmləri doktoru, professor Ə. M. Həsənov, rəsmi opponentləri tarix elmləri doktoru, professor M. C. Qasımlı və siyasi elmlər namizədi H. B. Məmmədov olmuşdur[4].